1827 oktyabr
Rus qoşunlarının Mərənd, Xoy və Təbriz şəhərlərini işğal etməsi. Təbrizi işğal edildikdən sonra şəhəri idarə
etmək üçün rus zabitlərinin başçılıq etdiyi müvəqqəti idarə yaradıldı. Bu idarəyə Təbriz ruhanilərinin başçısı
Ağa Mirfəttah və Təbrizin keçmiş qubernatoru Fətəli xan da daxil idi
1827 7 noyabr
II Rusiya-İran müharibəsinin gedişində tərəflər arasında sülh danışıqlarının başlanması
1828 28 yanvar
Rus qoşunlarının Urmiya şəhərini işğal etməsi
1828 8 fevral
Rus qoşunlarının Ərdəbil şəhərini işğal etməsi. Ərdəbil şəhərini ruslar işğal etdikləri zamanı Şeyx Səfi
kitabxanası qarət edilərək nadir əlyazmalar Sankt-Peterburq şəhərindəki imperator kitabxanasına
göndərilmişdir
1828 10 fevral
Türkmənçay sülhü. Rusiya ilə İran arasında imzalanan və 15 maddədən ibarət Türkmənçay müqaviləsi ilə II
Rusiya-İran müharibəsinə son qoyuldu və Azərbaycanın bölüşdürülməsinin ikinci mərhələsi başa çatdı.
Türkmənçay sülhünü
İran tərəfindən Abbas Mirzə, Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş
komandanı Paskaveç imzaladılar. Sülhün şərtlərinə əsasən Rusiya öz qoşunlarını Cənubi Azərbaycan
torpaqlarından çıxarmağı öhdəsinə götürdü, İran Şimali Azərbaycana olan iddialarından əl çəkərək əvvəllər
işğal edilmiş xanlıqlarla birlikdə, İrəvan və Naxçıvan xanlıqalarının da Rusiyaya ilhaq edilməsinə razılıq
verdi, İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıdı və Xəzər dənizində hərbi donanma
saxlamaq hüququ yalnız Rusiyaya verildi, İran Rusiyaya 20 milyon gümüş manat məbləğində təzminat
verməli və bu məbləğin çox hissəsi ödənilənə qədər Cənubi Azərbaycan vilayətləri Rusiyanın işğalı altında
qalmalı idi. Müqavilədə əhalinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verilirdi
1828 21 mart
Naxçıvan və İrəvan xanlıqlarının ləğv edilərək onların yerində qondarma “Erməni vilayəti” yaradılması
1828-1829
Rusiya-Osmanlı müharibəsi. Ədirmə sülhü. Ədirnə sülhünün şərtlərinə əsasən Osmanlı dövləti Axalsıx
paşalığının bir hissəsini itirdi və bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsini tanıdı.
Müqavilədə Osmanlı dövlətindən Cənubi Qafqaza, eləcə də Şimali Azərbaycana 84 min nəfərdən çox erməni
köçürülməsi də nəzərdə tutulurdu
ŞİMALİ AZƏRBAYCANDA RUSİYANIN MÜSTƏMLƏKƏÇİLİK REJİMİ ƏLEYHİNƏ ÜSYANLAR
XIX əsrin 30-cu illəri
Car-Balakən, Lənkəran, Quba və Şəkidə müstəmləkəçilik əleyhinə üsyanlar baş verməsi
1830 fevral
Rusiyanın Paskeviçin başçılığı ilə Car-Balakənə qoşun yeritməsi. Paskeviç hücum etməzdən əvvəl əhaliyə
Azərbaycan dilində Bəyannamə ilə müraciət etdi. Bəyannamədə bildirilirdi ki, vilayət yeni “Qaydalar”
əsasında idarə olunacaqdır. Yeni “Qaydalar”a əsasən doqquz nəfərdən ibarət olan Müvəqqəti idarə yaradılırdı.
Müvəqqəti idarəni onun rəisi, Baş hakim tərəfindən təyin olunacaq iki nəfər səlahiyyətli məmur və camaat
tərəfindən seçilmiş altı nəfər nümayəndə idarə etməli idi. Müvəqqəti idarəyə ilk rəis knyaz Bekoviç-
Çerkasski təyin edildi. Yeni “Qaydalar” Car-Balakənlə yanaşı İlisu sultanlığına da şamil edildi
1830 3 mart
Rus qoşununun Cara daxil olması. Rus qoşununun Cara daxil olması nəticəsində Car-Balakənin daxili
muxtariyyətinə son qoyuldu və burada müvəqqəti idarə yaradıldı
1830 12 iyun
Rusiyanın müstəmləkəçilik rejiminə qarşı Car-Balakəndə Həmzət bəyin başçılığı ilə ilk üsyan baş verməsi
1830 21 iyun
Rus ordusu ilə Car-Balakən üsyançıları arasında Zaqatala qalası yaxınlığında ilk döyüş baş verməsi. Döyüş
nəticəsində üsyançılar məğlub oldu
1830 15 oktyabr
Rus ordusu ilə Car-Balakən üsyançıları arasında həlledici döyüş baş verməsi. Döyüş nəticəsində rus qoşunu
kifayət qədər müqavimək göstərə bilməyərək məğlub oldu, Həmzət bəy başda olmaqla üsyançılar parlaq qələbə
qazandılar, Yeni Zaqatala qalasında yerləşən rus qoşunu təcrid olundu, üsyançılar Cara yiyələndilər. Lakin
sonralar Car-Balakən üsyanı yatırıldı, üsyan rəhbərlərindən 32 nəfər isə həbs olunaraq hərbi məhkəməyə
verildi
1830 14 noyabr
Rusların Car-Balakən, Köhnə Zaqatala və Göyəm kəndlərini ələ keçirməsi
1830 dekabr
Balakəndə Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə yenidən üsyan baş verməsi
1831 mart
Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Lənkəranda Mir Həsən xanın başçılığı ilə üsyan baş verməsi
1831 22 aprel
Rus qoşununun Lənkəran üsyançılarının son sığınacağı olan Əmburan qalasını tutması. Üsyan yatrıldı, Mir
həsən xan İrana qaçdı. Üsyanın uğursuzluqla nəticələnməsinin səbəbi əhalinin müəyyən hissəsinin
müstəmələkəçilərin mövqeyində dayanması, Mir Həsən xanın imkanlarından kifayət qədər istifadə edə
bilməməsi və həlledici məqamda ləngiməsi, üsyançıların kifayət qədər silahlana bilməməsi, hakim təbəqənin
öz imtiyazlarını və əmlaklarını qorumaq naminə mübarizənin həledici məqamında ondan uzaqlaşması idi
1837
Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Qubada Hacı Məhəmmədin başçılığı ilə üsyan baş verməsi. Quba
üsyanı XIX əsrin 30-cu illərində Azərbaycanda çarizmin müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanlar
içərisində iştirakçılarının sayına və təsir dairəsinə görə ən güclüsü idi
1837 əvvəlləri
Quba əyalətində Varşavadakı müsəlman alayına atlılar toplanması haqqında xəbərin yayılması. Bu zaman
üsyan rəhbərləri hökumət qarşısında dövlət mükəlləfiyyətlərinin azaldılması, əyalətdən süvariləri toplanmasının
dayandırılması, komendant Gimbutun və onun yaxın adanlarının əyalətdən qovulması haqqında tələblər irəli
sürdülər
1837 avqust
Qubanın Yuxarıbaş mahalı kəndlilərinin dağlıların lideri Şeyx Şamillə əlaqə saxlaması və üsyançıların Hərbi
Şura yayratması
1837 4-5 sentyaybr
Üsyançılarının Quba şəhərinə hücuma keçməsi. Hücum nəticəsində Yarəlinin başçılıq etdiyi dəstə şəhər
məhkəməsinin binasını ələ keçirdi. Lakin, rus əsgərləri top atəşinin köməyi ilə üsyançıları şəhərdən çıxardı