1832
A.Bakıxanov tərəfindən müsəlman məktəblərinin təsis edilməsi haqqında layihə hazırlanması. Müsəlman
məktəbələri haqqında layihəyə əsasən məktəb üç sinifdən ibarət olmalı, orada iki müsəlman və bir rus
müəllimi çalışmalı, şagirdlərə ana dili, fars və rus dilləri ilə yanaşı tarix, coğrafiya, hesab fənləri də keçilməli
idi. Belə məktəblərin Bakı şəhərində açılması nəzərdə tutulurdu
1832 yanvar
“Tiflisskiye vedemosti” qəzetinin Azərbaycan dilində “Tatar xəbərləri” adlı əlavəsinin çıxmağa başlaması.
Burada qanunvericilik sənədləri və Qafqaza dair sərəncamlar çap olunurdu. Vərəqənin hazırlanmasında və
nəşrində A.Balıxanov fəal iştirak etmişdir
1832
Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağı” əsərini yazması
183
“Qalanın dibində” adlı Azərbaycan xalq mahnısının nota
köçürülməsi
1834
Mirzə Cəfər Topçubaşovun “İran xrestomatiyası” və “Monqolların ən qədim dövrlərdən Teymurləngə qədərki
tarixi” adlı əsərlərinin nəşr edilməsi
1835
Mirzə Cəfər Topçubaşovun Sankt-Peterburq universitetinin kafedra müdiri və professoru təyin edilməsi
1836
“Cənubi Qafqaz ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyət”in təsis edilməsi və Xanabad manufakturasının
bu cəmiyyətin ixtiyarına keçməsi
1836
Alban katolikosluğunun ləğv edilməsi
1836 6 iyun
Şimali Azərbaycanda rəhdar sisteminin ləğv edilməsi
1839
N.Dementiyevin – “Türk-tatar əlifbası”, “Yazı nümunələri”, “Təhsillər və povestlər”, M.Kazımbəyovun “Türk-
tatar dilinin qrammatikası” dərsliklərinin yazılması
1839-1843
Azərbaycanda pul islahatı həyata keçrilməsi. İslahata əsasən köhnə əskinaz gümüş pulla əvəz edildi
1840 10 aprel
Çar I Nikolay tərəfindən Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanunu qəbul edilməsi
.
Qanun 1841-ci il yanvarın 1-dən qüvvəyə mindi. İnzibati islahata əsasən Komendant idarə üsulu ləğv edildi
və Cənubi Qafqazın inzibati quruluşu
Ümumimperiya inzibati-ərazi bölgüsünə
uyğunlaşdırıldı, Cənubi
Qafqaz diyarı Gürcüstan-İmeretiya quberniyasına (mərkəzi Tiflis) və Xəzər vilayətinə (mərkəzi Şamaxı)
bölündü, Yelizavetpol qəzası (Qazax və Şəmşəddil nahiyyələri ilə birlikdə), Car balakən dairəsi və Naxçıvan
qəzaları Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı, Quberniya və vilayətlər qəzalara, qəzalar isə
nahiyyələrə bölündü, Qafqazda ali hakimiyyət çar tərəfindən təyin edilən Qafqazının baş hakiminin əlində
qaldı, quberniyaları çar tərəfindən təyin edilən hərbi qubernatorlar idarə edirdilər, qubernatorun və Xəzər
vilayətinin rəisini çar təyin etsə də, onlar Qafqazının baş hakiminə tabe edildi, mahal naibləri vəzifəsi isə ləğv
edildi
1840 10 aprel
Cənubi Qafqazda məhkəmə islahatı keçirilməsi. İslahata əsasən məhkəmə sistemi yenidən qurularaq
quberniya, vilayət və qəza məhkəmələri yaradıldı, məhkəmələr Ümumrusiya qanunları əsasında fəaliyyət
göstərməyə başladı, Azərbaycan məmurları məhkəmə aparatının bütün pillələrində ruslarla əvəz olundu, artıq
cinayət işlərinə Hərbi məhkəmələrdə deyil, mülki məhkəmələrdə baxılırdı, kəbin-talaq və vərəsəlik məsələləri
ilə məşğul olan şəriət məhəkəmələri isə saxlanıldı
1841 25 aprel
Qazax, Şəmşəddil və Borçalı nahiyyələrində yaşayan bəy və ağaların torpaq sahibliyindən və kəndlilər
üzərindəki hüquqlarından məhrum edilməsi
1841 28 may
Xəzər vilayətinin bəylərinin tiyul torpaqlarının müsadirə olunması və kənd idarəçiliyindən uzaqlaşdırılması
1841
A.Bakıxanovun “Gülüstani-İrəm” əsərini yazması. “Gülüstani-İrəm” əsəri ən qədim zamanlarda 1813-cü il
Gülüstan sülhünə qədərki dövrü əhatə edir. Əsərdə ilk dəfə olaraq Azərbayvan tarixi bir tam halında nəzərdən
keçirilir və dövrləşdirilir. Farsca yazılan əsərdə tarixi hadisələr dövrlərlə şərh edilmişdi
1841-1846
“Zaqafqazski vestnik” qəzetinin Azərbaycan türkcəsində “Qafqazın bu tərəfinin əxbarı” adlı əlavəsinin
buraxılışının nəşr olunması
1842
Bəylərin və ağaların torpaqlarının müsadirə olunmasının dayandırılması və I Nikolayın göstərişi ilə ağaların
mülkiyyət hüququ barədə “Əsasnamə” hazırlamaq üçün komitələr yaradılması
1843
Nuxa şəhərində “Təcrübə ipəkçilik məktəbi”nin fəaliyyətə başlaması
1843
A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Qafqazın şərq hissəsinin tarixi” adı ilə rus dilinə tərcümə edilməsi
1844
A.Budaqovun “Türk-tatar dilinin əlifbası” dərsliyini yazması
1844
Şəmşəddil, Borçalı və Qazax nahiyələrinin kəndlilərinin dəstələrinin Şıxlı kəndində toplaşaraq vergi və
mükəlləfiyyətləri icra etməkdən imtina etməsi
1844
Cənubi Qafqaz Baş hakimliyinin ləğv edilməsi və mərkəzi Tiflis olan Qafqaz canişinliyinin yaradılması
1844-1854
Qafqazın ilk canişini qraf S.M.Vorontsovun hakimiyyəti
1845
A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin Rusiya Elmlər Akademiyasında müzakirə edilməsi
1845
M.Adıgözəl bəyin ilk olaraq Qarabağ xanlığının tarixinə aid “Qarabağnamə” əsərini yazması. Mirzə Adıgözəl
bəyin “Qarabağnamə” əsəri yazılarkən şifahi tarixi qaynaqlarla yanaşı, bir sıra sənəd və materiallardan da
istifadə edilmişdir. Əsərdə Qarabağın 1736-cı ildən 1828-ci ilə qədərki siyasi tarixindən bəhs edilir
1846 6 dekabr
Çar I Nikolayın bəy və ağaların hüquqları haqqında reskript imzalaması.
Bu sərəncamla ilk dəfə olaraq bəy və
ağalara məxsus olan bütün torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq edildi, bəylərə kəndlilər arasında
qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verildi, mülk, mülki-
xalisə ilə bərabər tiyul da bəy və ağaların rəsmən mülkiyyəti elan olundu, bəy və ağaların torpaqlarının özgə
silklərə keçirməsi qadağan olundu, verilmiş hüquqlar müqabilində bəylər ilk çağırışla ordu sıralarına
qoşulmağa və onun üzərinə qoyulacaq başqa vəzifələri can-başla yerinə yetirməyə borclu idi, sahibkar
kəndlilərinə rəiyət, rəncbər, nökər, elat adları əvəzinə ümumi mülkədar tabelisi adı verildi. İslahatın
əhəmiyyəti ondan ibarət idi ki, Şimali Azərbaycanın “ali müsəlman silki” Rusiya zadəganları ilə bərabər