1837 10 sentyabr
Rus qoşunlarının əks hücuma keçərək Quba üsyançılarını məğlub etməsi. Quba üsyanı nəticəsində Hacı
Məhəmməd oğlu ilə birlikdə xəyanət yolu ilə ələ keçirilib hökumətə təslim edildi, üsyan rəhbərlərini mühakimə
etmək üçün Bakıda hərbi-səhra məhkəməsi təşkil edildi, məhkəmənin hökmü ilə 37 nəfərə ağır cəza verildi,
Hacı Məhəmməd isə edam olundu, Yarəli başda olmaqla, üsyan rəhbərlərindən altı nəfəri dağ mahallarına
qaçaraq mübarizəni davam etdirdi
1838 yay
Acıaxur döyüşü. Döyüş nəticəsində başda Yarəli olmaqla Quba üsyançıları ruslara məğlub oldu, üsyan
rəhbərləri , o cümlədən Yarəli Rusiyaya sadiq qalacaqlarına and içərək xəzinəyə xərac verməklə cəzadan
xilas oldular
1837
Məşədi Məhəmmədin Şəkiyə gələrək, burada çarizm əleyhinə təbliğata başlaması
1838
Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Şəkidə Məşədi Məhəmmədin başçılığı ilə üsyan baş verməsi
1838 iyul
Məşədi Məhəmmədin Şəki həbsxanasından qaçaraq Şəki üsyanına başçılıq etməyə başlaması
1838 avqust
Şəki üsyançılarının qala istisna olmaqla bütün şəhəri ələ keçirməsi
1838 3 sentyabr
Şəki üsyanının çarizm tərəfindən yatrılması. Üsyan nəticəsində üsyançılar məğlub olaraq Şəkini tərk etdilər.
Məşədi Məhəmməd İrana qaçdı. Üsyanların məğlub olmasına baxmayaraq, təsirsiz qalmadı, üsyanların təsiri
ilə Rusiya Azərbaycanda komendant idarə üsulunu ləğv etməyə məbur oldu və bir sıra inzibati, məhəkəmə,
həmçinin aqrar islahatlar həyata keçirdi
ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN BİRİNCİ YARISINDA
XIX əsrin I rübü
Azərbaycanda komendant idarə üsulu yaratması. Komendant idarə üsuluna əsasən xanlıqlar və sultanlıqlar
əyalətlər və dairələrə çevrildi. Komendant idarə üsulu dövründə Cənubi Qafqaz inzibati cəhətdən mərkəzi Şuşa
şəhəri olan Müsəlman əyalətələri rəisliyinə (bura Şəki, Şirvan, Qarabağ və Lənkəran əyalətləri daxil idi) və
mərkəzi Dərbənd şəhəri olan Hərbi dairə rəisliyinə (bura Bakı və Quba əyalətləri, Yelezavetpol, Car-Balakən
dairələri, Qazax və Şəmşəddil distansiyaları daxil idi) bölünmüşdü. Komendant idarə üsuluna əsasən
Azərbaycanın əyalətləri inzibati cəhətdən, mahallara, mahallar isə kəndlərə bölünürdü
XIX əsrin I yarısı
Komendant idarə üsulu dövründə Qarabağ və Şəkidə əyalət məhəkəmələrinin, Bakı, Quba və Gəncədə şəhər
məhkəmələrinin fəaliyyət göstərməsi
1801
Şuşada İbrahim xan məscidi nəzdində yerləşən milli məktəbin – mollaxananın fəaliyyət göstərməyə başlaması
1809
Muğanlı Əvəzin “Kəlilə və Dimnə” əsərinə dair rəsimlər çəkməsi
1817
“Asiya musiqi jurnalı”nın 4-cü sayında “Dərbəndli Fətəlinin İran mahnısı”nın nota köçürülməsi
1817
General Yermolovun almanların ilk dəstələrinin Qafqaza köçürülməsinə razılıq verməsi
1817-1818
Qafqazda ilk alman koloniyaları olan Annenfeld və Yelenendorf koloniyalarının salınması
1819
Mirzə Cəfər Topçubaşovun Sankt-Peterburq universitetində fars dilinin tədrisinə başlaması
1820
Mirzə Kazımbəyin “Ərəb dilinin müxtəsər qrammatikası” əsərini yazması
1821-1822
Hacı Zeynalabdin Şirvaninin fars dilində “Cənnət bağı səyahətləri” əsərini yazması
1821 8 oktyabr
Çar fərmanı ilə Cənubi Qafqazda güzəştli ticarət tarifi tətbiq olunması. Bu tarifə əsasən Cənubi Qafqaza
gətirilən əcnəbi mallarından yalnız 5% gömrük haqqı alınırdı
1823-1852
Salyan axundu Məhəmməd Əlinin şeyxulislam vəzifəsini tutması
1826
Təbriz mətbəəsində Ədbürrəzzaq Dünbulinin “Hökmdarın şanlı işləri” əsərinin işıq üzü görməsi
1828
Qriboyedov-Zavileyski tərəfindən “Rusiya-Cənubi Qafqaz ticarət şirkəti”nin layihəsinin tərtib edilməsi.
Layihəyə əsasən şirkətin səhmlərin bir hissəsi yerli tacirlərə və başqa imtiyazlı şəxslərə verilməli, şirkətin
təsərrüfat fəaliyyətini təşkil etmək üçün 120 min desyatin torpaq ayrılmalı idi
1828-1829
İran və Kiçik Asiyadan ermənilərin Şimali Azərbaycana köçrülməsi
1829
Müsəlman ruhanilərinin hüquqi və vəzifələrini müəyyən edən komitənin yaradılması. Şimali Azərbaycanda
şeyxülislam və müfti vəzifələrinin təsdiq edilməsi
1829
Nuxu şəhərinə Azərbaycanda ilk manufaktura tipli müəssisə olan Xanabad fabrikinin fəaliyyətə başlaması
1829
Kür çayındakı bütün balıq vətəgələrinin dövlətin sərəncamına keçməsi
1829
Cənubi Qafqaz məktəbləri haqqında məktəb nizamnaməsi qəbul edilməsi. Bu nizamnaməyə əsasən qəza
məktəbələri açılmalı idi. Belə məktəblər ilk dəfə Şuşada (1830), daha sonra Bakıda (1832), Nuxada (1832),
Yelizavetpolda (1833), Naxçıvanda (1837) və Şamaxıda (1838) açıldı
1829-1830
Senetorlar P.İ. Kultaysov və Y.İ. Meçnikovun Cənubi Qafqazda yoxlamalar aparması.
Bu zaman senetorlar
müsəlman əyalətlərində maliyə-vergi sistemində saysız-hesabsız qanunsuzluqlar aşkar etmiş və komendantların
özbaşınalıqlarından heyrətə gəlmişdilər
1830 20 oktyabr
Rusiyadan təriqətçi və bidətçilərin Cənubi Qafqaz vilayətlərinə köçrülmələri haqqında hökumət sərəncamı
verilməsi. Rusların Azərbaycana köçürülməsi nəticəsində yaylaq və qışlaq təsərrüfatlarına ciddi zərbə vuruldu
və əhalinin yaşayış səviyyəsi aşağı düşdü
1830 31 iyul
Çar I Nikolayın fərmanı ilə feodalların tutulmuş torpaqlarının özlərinə qaytarılması. Bunun əvəzində bəylər
idarəetmədə iştirak etməli idilər
1931 3 iyun
Ticarət “Əsasnamə”si ilə Cənubi Qafqazda yeni ticarət tarifinin tətbiq olunması. “Əsasnamə”yə əsasən Avropa
malları daha Cənubi Qafqaz vasitəsilə üçüncü ölkəyə aparıla bilinməzdi.
“Əsnamə”də rəhdarın ləğvi də
nəzərdə tutulurdu.
8 oktyabr 1821-ci il çar fərmanı ilə 3 iyun 1831-ci il əsasnaməsi arasında əsas fərq ondan
ibarət idi ki, bu əsasnamədə Rus tacirlərinin Cənubi Qafqazda tam ağalığı təmin edilirdi