1858
Cənubi Azərbaycanda ilk qəzet olan “Azərbaycan” qəzetinin (fars dilində) nəşr olunması
1869
Təbrizdə “Mədrəseye-Nasiri” adlı məktəbin açılması
11872-1881
Təbriz əhalisinin Sahibi-Divana qarşı çıxışı baş verməsi. Uzun müddət davam edən etirazlar nəticəsində 1881-
ci ildə Təbriz əhalisi Sahibi – Divanı Cənubi Azərbaycandan qova bildi
1875
Məhəmməd Təbrizi və Mirzə Mehdi Əxtər tərəfindən “Əxtər” (“Ulduz”) qəzetinin nəşr edilməsi
1877
Təbriz Dövlət Mədrəsəsinin (Darülfününun) təsis edilməsi
1878
Urmiyada Ali Tibb Məktəbinin fəaliyyətə başlaması
1880-1884
Cənubi Azərbaycanda “Təbriz” və “Mədəniyyət” adlı ilk xüsusi qəzetlərin nəşr olunması
1883
M.H.Rüşdiyyə tərəfindən İrəvanda yeni tipli “Üsuli-cədid” məktəbi təsis edilməsi
1886
Cənubi Azərbaycanda xalisə torpaqlarının satılması haqqında şah fərmanı verilməsi
1887
M.H.Rüşdiyyə tərəfindən Təbrizdə ilk xüsusi yeni tipli “Üsuli-cədid” məktəbinin təsis edilməsi
1888
Cənubi Azərbaycanda Ə.Talıbov tərəfindən “Şahsevən” qəzetinin nəşr edilməsi
1891-1892
Təbrizdə ingilis kapitalisti Tablota qarşı Tənbəki üsyanı baş verməsi. Üsyanın səbəbi İran şahı tərəfindən Tütün
və tənbəki inhisarının ingilist kapitalisti Talbota verilməsi idi. Üsyan nəticəsində şah hökuməti Talbotla
bağladığı müqaviləni 1892-ci ildə ləğv etməli oldu
1897
Cənubi Azərbaycanda “Ettehadiyyə cəmiyyəti”nin yaradılması. Cəmiyyət tacirlər tərəfindən, xarici kapitalın
təzyiqlərinə davam gətirmək məqsədilə yaradılmışdır
1898
Təbrizdə iri feodallar və ruhanilərin taxıl möhtəkirliyinə qarşı Zeynəb paşanın başçılığı ilə əhalinin etiraz
çıxışları baş verməsi. Üsyan zamanı möhtəkirlərin taxıl anbarları üzə çıxarılaraq yoxsul əhaliyə paylanıldı
XIX əsrin II yarısı
Cənubi Azərbaycanda elatların torpaq vergisi əvəzinə hərbi xidmətə getməsi
XIX əsrin II yarısı
Cənubi Azərbaycana rus kapitalının nüfuz etməsi. Rusiyanın “İran hesab–borc bankı”nın fəaliyətə başlaması
XIX əsrin sonları
Rusiyanın Cənubi Azərbaycanı sənayesi üçün xammal mənbəyinə və satış bazarına çevirirməsi
XIX əsrin sonları
Cənubi Azərbaycan əhalisinin Cənubi Qafqaz, Şimali Azərbaycan, Volqaboyu və Mərkəzi Asiyaya kəsbkarlığa
getməsi
ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
1900-1903
Dünyada iqtisadi böhran baş verməsi. Böhran nəticəsində Azərbaycanın iqtisadiyyatına güclü zərbə vuruldu,
əhalinin güzəranını pisləşdi, onlarla müəssisə bağlandı və minlərlə fəhlə işsiz qaldı
1900
“Simens qardaşları və K
0
” cəmiyyəti ilə “Voqau və K
0
” konserni arasında müqavilə bağlanması. Müqaviləyə
əsasən, istehsal edilmiş mis Moskva prokatı zavodlarına yalnız bu inhisar vasitəsilə satılmalı idi. Bu
müqavilə ilə Azərbaycanda əlvan metallurgiya sənayesinin inhisarlaşmasının başlanğıcı qoyuldu
1901 yanvar
Bakıda iri tütün fabriklərinin fəhlələrinin işi dayandıraraq sahibkarların qarşısında bir sıra tələblər irəli
sürməsi
1901
Sabunçu və Balaxanı mexaniki zavodunun, Tovuz dəmir yolu stansiyasının fəhlələrinin tətil etməsi
1900 1 may
“Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu” haqqında qanun qəbul edilməsi. Bu qanuna əsasən
dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququ verildi
1901
Bakıda H.Z.Tağıyevin qız məktəbinin açılması
1902
Gəncədə qız məktəbi açılması
1902
M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycanda ilk siyasi təşkilat olan “Müsəlman gənclik təşkilatı”nın
yaradılması
1902
Ləki çiyid yağı zavodunun inşa edilməsi
1902 aprel
Bakıda ilk açıq siyasi nümayiş keçirilməsi. Hərəkat ona görə ilk açıq siyasi nümayiş adlanırdı ki, nümayişlərdə
ilk dəfə siyasi tələblər və şüarlar irəli sürülürdü. Nümayiş iştirakçıları “Rədd olsun mütləqiyyət” və “Yaşasın
azadlıq” şüarları səsləndirdilər. Hökumət çətinliklədə olsa nümayişi dağıtdı və onun fəallarını həbs etdi
1903 21 aprel
“Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq
qaydası haqqında” Əsasnamə verilməsi. Əsasnamədə kəndlilərə əlavə pay torpaqları verilməsi, çəmən,
otlaq və meşələrdən pay ayrılması nəzərdə tutulurdu. Əsasnamədə o da qeyd edilirdi ki, torpğı almağa
kəndlilərin maddi imkanı olmadığından problemi həll etməyin yeganə yolu Kəndli torpaq bankının
yerlərdə şöbələri açılmalı və bu vəsaiti bank ödəməli, kəndlilər isə müəyyən müddətdə bu pulu banka geri
qaytarmalı idi. Sənədə əsasən pay torpaqlarının planı hazırlanarkən mövcud sərhədlər əsas götürülməli idi
1903 2 mart
Bakıda yeni açıq küçə nümayişi keçirilməsi
1903 18 yun
Bibiheybətdəki mexaniki emalatxana fəhlələrinin tətil etməsi. Tətil iştirakçıları əmək haqqının artırılması
haqqında tələblər irəli sürürdülər. Müdriyyət maaşları artıracağını vəd etdiyinə görə tətili dayandırıldı.
Lakin sahibkarlar verdiyi sözə əməl etmədi. Ona görə də iyulun 1-də tətil yenidən davam etdirildi. Bu
tətil bütün sənaye rayonlarının fəhlələrini də ayağa qaldırdı və ümumi tətil şəklini aldı. Dəmiryolda hərəkət
dayandırıldı. Sahibkarlara təqdim etmək üçün tələblər hazırlanmaq məqsədilə qabaqcıl fəhlələrdən ibarət
tətil komitəsi yaradıldı. Neft maqnatları onu “Fəhlə hökməti” adlandırırlar
1903 1-22 iyul
Bakıda ilk ümumi siyasi tətil keçirilməsi. Bakıdakı tətil komitəsinin tələbnamə hazırlaması. Tətil komitəsinin
hazırladığı tələbnaməyə gündə 8 saatlıq iş günü, işdən qovulanların geri qaytarılması, əvvəlki nümayişlərdə
həbs edilən fəhlələrin azad edilməsi, əmək haqqının artırılması, fəhlələrlə nəzakətli rəftar və.s tələblər daxil
edilmişdi. Bakı fəhlələrinin 22 gün davam edən ilk ümumi tətili yatırıldı. Lakin tələblərinin çoxu yerinə