Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары



Yüklə 1,29 Mb.
səhifə7/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   2   3   4   5   6   7   8   9   10   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(4-2-2) BEYNӘLXALQ ӘNӘNӘ


Әnənə, beynəlxalq hüququn mənbələrindən biri olaraq, ölkələrin əksər hissəsinin həyata keçirtdiyi tanınmış adət və əməllərə şamil olur. Məsələn, dövlətlərin öz ölkələrinin dənizləri üçün 12 millik enliyinin təyin olunmasında istifadə etdikləri rəftar və metodları göstərmək olar ki, “Dənizlərin Beynəlxalq Hüquqları”nda ona istinad olunmuşdur. Buna görə də mümkündür, ənənə bir hüquqi qaydanın bünövrəsinin qoyulmasında istifadə olunsun. Burada mühüm məsələ budur ki, ənənə və metod tərzi lazımi sayda olan ölkələr tərəfindən dəfələrlə təkrar olunmuş olsun.

Әnənə iki ünsür vasitəsilə əmələ gəlir:



  1. maddi ünsür;

  2. mənəvi və yapsixoloji ünsür.

Maddi ünsür, dövlətlərin dəfələrlə təkrar etdikləri eyni dərəcəli işlərdən ibarətdir. Bu səbəbdən, ənənə və metod tərzinin formalaşaraq sabit bir rəftara çevirilməsi üçün müəyyən bir vaxta ehtiyac vardır. Әlbəttə, ənənə zaman ötdükcə dəyişilərək, əvəz edilə bilər.

Mənəvi və ya psixoloji ünsür, dövlətlərin etiqad bəsləməsi və ya onların ənənə və ondan doğan öhdəçilikləri hüquqi cəhətdən yerinə yetirməyə müvəzzəf olmalarından ibarətdir. Buna görə də, dövlətlər və beynəlxalq məhkəmələr üçün istinad oluna bilən ənənə, bir tərəf üçün hüquq və başqa tərəf üçünsə vəzifə icad edir. Politoloqlar, beynəlxalq ənənənin əsası kimi qəbul edilən “dövlətlərin razılığı” əsli ilə rabitəsi olan psixoloji ünsürü, ənənənin mövcud olub-olmamasının lazımi şərti hesab edirlər.

Әnənə daha çox hallarda məhkəmələrin qərar çıxarıb hökm vermələri üçün mənbə rolunu oynayır. Beynəlxalq əlaqələrdə olan ümumi və hərtərəfli qaydalardan bəziləri də, ənənələr və hərəkət metodları əsasında formalaşmışdır. Məsələn, 1926-cı ildə Fransanın “Lotus” adlı sərnişin gəmisinin Türkiyənin kömürdaşıyan gəmisi ilə toqquşması hadisəsində Daimi Beynəlxalq Әdalət Məhkəməsinin qərarı, 1960-cı ildə Beynəlxalq Әdalət Məhkəməsinin Hindistan ərazisindən keçmək hüququ haqqındakı qərarı, 1871-ci ildə Atlantik okeanında Ingiltərə gəmisi ilə Amerika gəmisinin toqquşması və ya Şimal dənizi yaylası cərəyanında və ya sığınacaq kimi hadisələrdə beynəlxalq məhkəmələrin verdikləri hökmlərin mənbəyi, hərəkət metodu və ənənəsi olmuşdur. Həmçinin, beynəlxalq əlaqələrdə “Müqavilə hüquqlarında əhdə vəfa etmək”, “Әrazilərin və siyasi şəxsiyyətlərin təhlükəzliyinin toxunulmazlığı”, “Beynəlxalq Arbitransa müraciət etmək” və ya “Qanuni müdafiə” və s. bu kimi ümumi qaydaların formalaşması ümumiyyətlə götürdükdə, dövlətlər arasında təsirli olan ənənə və hərəkət metodu qaydalarıdır.

Hal-hazırda Beynəlxalq Hüquq Komissiyası (I.L.C.) BMT-nin nəzarəti altında, ölkələrin iki və çoxtərəfli münasibətlərində olan ənənə və hərəkət metodlarının araşdırılması ilə məşğul olaraq, onu müqavilə və ya qayda formasında tərtib etməklə, ənənənin qəbulu və möhkəmlənməsini həyata keçirməyə çalışır. Müqavilə və ənənə bir-birilə əlaqəlidir. Әvvəla müqavilə, ənənənin rəsmiləşmiş və tərtib olunmuş formasıdır. Buna görə də müqavilə ürfə nisbətən üstünlük təşkil edir. Ikincisi budur ki, müqavilə və ənənə bir qayda olaraq təkmilləşdirici rol oynayırlar. Bu mənaya ki, üzv olan ölkələr və ya müqaviləyə qoşulan tərəf müqavilə əsasında və müqaviləyə üzv olmayanlarsa, ənənə əsasında özlərini müqavilədəki şərt və zəruriyyatları yerinə yetirməyə borclu bilirlər. Hərçən ki, müqaviləyə üzv olmayan ölkələrin əlaqələri ənənə qaydalarına tabedir. Daimi Beynəlxalq Әdalət Məhkəməsi nizamnaməsinin 38-ci maddəsində və daha sonra Beynəlxalq Әdalət Məhkəməsinin nizamnaməsində ənənə müqavilədən sonra bəyan olunduğuna görə, mümkündür belə başa düşülsün ki, ənənənin əhəmiyyət və məqamı müqavilədən azdır. Halbuki, bu belə deyildir. Hər birinin özünəməxsus yeri vardır və xidmət iyerarxiyasını qəbul etmirlər. Həmçinin, bəzən məhkəmələrin qərarlarında ənənə, müqaviləni etibarsız elan etmişdir. Xüsusilə, müqavilə ənənənin yerini tutduqda. Buna görə də, bir müddət böhtançılıq və hərc-mərclik yaranır. Çünki, ölkələrin bəzisi müqavilə əsasında və bəzisi də ənənə əsasında əməl edirlər. Bu da istintaq işini və hökm çıxarılmasını çətinləşdirir. Məsələn, müqaviləyə əsasən, 12 milə qədər seçməyə imkanı olan ölkə, dənizi enliyi üçün üç dəniz mili qaydası və ürfünü misal göstərmək olar ki, bəzi ölkələr 12, bəziləri 3 və bəziləri isə 6 mil seçmişlər. Lakin, aşkar olan məsələ budur ki, beynəlxalq əlaqələrin hər gün artan vüsəti də tərif olunmuş dəqiq qaydaların onlara hakim olmasını tələb edir. Buna görə də, ürflər tədricən öz yerlərini müqavilələrə verməlidirlər. Hərçənd ki, bu keçid dövründə ölkələrin rəftarının yeni vəziyyətlə (müqavilələrin hüquqi qaydaları ilə) uyğunlaşması üçün çoxlu çətinliklər meydana gələcəkdir.

Ürflər coğrafi cəhətdən və əhatə dairəsinə görə iki yerə bölünürlər:

Çoxlu sayda ölkənin qəbul etdiyi dünya ürfü; (Әlbəttə, bununla müvafiq olmayan çox az sayda ölkələr ürf qaydalarının şamil olma dairəsindən xaricdirlər)

Xüsusi coğrafi məntəqəyə aid olan. məntəqə və ya qitə üzrə olan ölkə və ya ölkələr qrupunun iki və ya çoxtərəfli münasibətlərində müşahidə olunan məntəqə ürfü.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə