İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə108/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   104   105   106   107   108   109   110   111   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

sanballı  kitabı  münasibətilə  ürəkdən  təbrik  edir,  yeni 



yaradıcılıq  uğurları  diləyir,  "lirik  ovqatın  heç  vaxt 

tükənməsin" - deyirəm. 



5.07.2010-cu il 

 

 

 

SAĠR KÖNLÜNÜN SARI SĠMĠ DĠLƏ 

GƏLƏNDƏ… 

 

Bugünkü  kitab  nəĢri  bolluğunda  (qəzet-jurnal 

bolluğundan danıĢmağa dəyməz) oxucunu əsil poeziya 

nümunələri ilə təəccübləndirmək (sevindirmək) çox da 

asan  deyil.  Çünki  senzuranın  ləğv  olunduğu  bir 

zamanda  özünü  yazıçı,  Ģair  sayan  cızmaqaraçılar 

pullarına güvənərək söz-sənət meydanında at oynadır, 

bir-birinin  ardınca  müxtəlif  nəĢriyyat  və  mətbəələrdə 

(belə 

çapxanalarsa  kifayət  qədərdir,  maĢallah) 

kitablarını  çap  etdirib  gözə  dürtür,  qürrələnir,  sonra 

da  Yazıçılar  Birliyinə  ayaq  açırlar  ki,  onları  üzvlüyə 

qəbul etsinlər. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bununla  belə,  necə  deyərlər,  dünya  xali  deyil,  yəni 



Azərbaycan  ədəbiyyatı  təkcə  belə  cızmaqaraçıların 

yaradıcılıgından  ibarət  deyil.  Poeziyamız  bu  gün  də 

sürətlə  inkişaf  edir.  Yeni  və  orta  nəsil  şairləri 

poeziyamızın  inkişaf  sürətinə  öz  töhfələrini  verirlər.  Elə 

bu günlərdə gənc jurnalist həmkarım Vaqif Alıoğlu mənə 

100 səhifəlik bir şeir kitabçası təqdim etdi və xahiş etdi ki, 

oxuyub fikrimi söyləyim. Əl boyda kitabçanı alıb maraqla 

vərəqlədim.  Doğrusu,  kitab  ilk  şeirlərdən  nəzərimi  cəlb 

etdi.  "Könlümün  sarı  simi"  adlanan  seirlər  toplusunun 

müəllifi Mina Rəşiddir. Müəllif yaxşı hal kimi kitabın ilk 

səhifəsində  özü  barədə  məlumat  verir.  Məlum  olur  ki, 

ömrünün  32-ci  baharını  yaşayan  kitab  müəllifi  hazırda 

düşmən  əsirliyində  olan  Ağdamın  Qiyaslı  kəndində 

doğulub.  Həyatda  yol  göstərəni  olmayıb.  Yalnız  öz 

qabiliyyəti,  səyi  və  bacarığı  sayəsində  ədəbi  aləmə  daxil 

olub. BDU-nun məzunudur. AJB-nin üzvüdür. 

Bu  məlumatların  hamısı  bir  yanadır,  amma  bəri 

başdan  qeyd  edim  ki,  kitab  müəllifi  AJB  üzvü  olmağa 

layiqdir. Cünki, o, əsil şairdir. Kitabı oxuduqdan sonra bu 

qənaətə  gəldim.  Doğrudan  da,  Azərbaycan  poeziyasına 

Mina  Rəşid  timsalında  istedadlı  bir  şair  gəlib.  Söz 

mülkündən  yaradıcılıqla  istifadə  edərək  əsil  poeziya 

nümunələri yaradan bir şair, öz yaradıcılıq dəst-xətti, lirik 

duyğulara,  fəlsəfi  düşüncəyə,  mövzu  əlvanlığına, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

müraciətetmə 



qabiliyyətinə, 

kifayət 


qədər 

həyat 


təcrübəsinə  (yaşının  az  olmasına  baxmayaraq)  malik  bir 

söz xiridarıdır. 

Mina  xanım  kitabın  ön  sözündə  deyir  ki,  ən  böyük 

dostu, sirdaşı Ulu 

Tanrıdır. Elə Ulu Tanrı da bu milləti, onun Mina kimi 

qövmünü  sevir.  Çünki  ona  belə  bir  şairlik  istedadı  verib 

Ulu Tanrı. Cünki bu, şair Mina xanıma bəxş olunan ilahi 

vergisidir.  Və  onun  bu  ilahi  vergisinə  zəhmət  payı,  ciddi 

yaradıcılıq axtarışları də əlavə olunmaqla şairin tamlaşmış 

bütöv poeziya nümunələri yaranıb. 

Mina Rəşid  poeziyası  üçün lakoniklik, sadəlik, sözün 

qüdrət  və  çəkisindən  bacarıqla  və  yerində  bəhrələnib,  az 

sözlə  çox  və  böyük  mətləbləri  açmaq  bacarığı  xasdır. 

Ümumiyyətlə,  şairin  şeirlərində  dərin  məna  yükü 

guclüdür,  deyim  tərzi,  sözlərin  düzümü  zərgər  dəqiqliyi 

səviyyəsindədir.  Onun  üçün  külək,  günəş,  işıq,  hava,  su, 

ağac müraciət vasitələridir, onlara müraciət edərək fikir və 

duyğularını  şeirlərinin  canına,  qanına  hopdurur,  dərın 

məzmunlu  poeziya  nümunələrini 

yaradır.  Küləyin 

əsməsini  görün  şair  poeziyanın  oynaq  dililə  bədli  təsvir 

vasitəsilə necə mənalandırır: 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sınıq-salxaq pəncərəmi  

Bir də vur, soyusun ürəyin.  

Mənə neylərsən, a külək – 

Sənsiz də əsir ürəyim. 

 

...Sabah ürəyin yumĢalar,  

Sığal çəkərsən telimə.  

Get, xəbər eylə fələyə,  

Bir insaf gəlsin könlünə. 

Şairin  incə  və  həzin,  kövrək  və  iniltili  lirik  şeirləri 

yaradıcılıq  qayəsinin  əsas  hissəsinı  təşkil  edir.  Baxışlar, 

gözlər  haqqında  kıfayət  qədər  lirik  şeirlər  oxumuşuq. 

Lakin şair Mina xanım 2 bəndlik ―Baxışlar‖ı  görün nəyə 

bənzədir? 



 

Tanrının alqıĢıydı,  

Bəndənin saf baxıĢıydı. 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə