İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə107/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   103   104   105   106   107   108   109   110   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

vəziyyətinə  salır.  Belə  ovqatdan  sonra  başqa  yeni  seir 



kitabına yaxın durmağa qorxursan.  

Növbəti dəfə lap bu yaxınlarda başqa bir seir kitabına 

tuş  gəldim.  Əvvəlcə  götürüb baxmağa  cürət  etmədim. Di 

gəl  ki  sərlövhə  diqqətimi  çəkdi:"  Gözlərinə  de  ki.  .  ." 

Müəllifinə  nəzər  yetirdim:  Şərafəddin  İlkin.  Tanış  imza 

idi. 140 səhifəlik şeirlər toplusu. "Gözlərinə de ki. . ."dən 

hələ də mətbəə qoxusu gəlirdi. Kitab "Ziya" KPM -də işıq 

üzü  görmüşdü.  Kitabdakı  şeirləri  müəllif  ―Bu  yollar 

hardasa  çaşdırar  məni‖,  "Quş  olub  o  taya  (Cənubi 

Azərbaycanı nəzərdə tutur müəllif) uçmağım gəlir", "Ana 

kimi  yar  olmaz",  "Qəlbimin  sakinləri",  "Sənin  gözlərinə 

baxa  bilmirəm"  və  "Canım  məhəbbət"  kimi  bölümlərə 

ayırmışdır. Göründüyü kimi, Şərafəddin  İlkin  yaradıcılığı 

üçün mövzu genişliyi, mövzu rəngarəngliyi xarakterikdir. 

Bu  da  onun  zəngin  müşahidə  qabiliyyətindən,  doğma 

yurda,  elə  -obaya,  Vətənə  bağlılığından,  övlad 

sevgisindən,  anaya  sonsuz  məhəbbətdən,  Yer  üzünün 

əşrəfi  olan  insanlara  qəlbində  pak  və  ülvi  hisslərlə 

yoğrulmuş  isti  münasibətdən  irəli  gəlir.  Bu  gün 

Azərbaycan  xalqının  ən  ağrılı  yeri  Qarabağın  düşmən 

əsirliyində qalmasıdır.  Buna rəğmən kitabdakı  ilk şeir də 

elə  "Qarabağ  dağı"  adlanır.  Bu  dağı  şeir  misralarında 

əridən söz sərrafı üstəlik, Təbriz göynərtisini də əlavə edir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

və şeirin bir bəndində fələyə üz tutan şair fikrini belə izhar 



edir: 

 

Göz yaĢım güclüdür yağan yağıĢdan,  



Dərd verib qəlbimin yağını çəkdin.  

Təbriz göynərtisi sağalmamıĢdan,  

Qəlbimə Qarabağ dağını çəkdin. 

 

Bənddəki misralardan göründüyü kimi, dərdli şair göz 



yaşının  yağışdan  güclü  olduğunu,  Təbriz  göynərtisi 

bitməmiş  Qarabağ  dağına  tuş  gəlməsini  bədii  ifadə 

vasitələri  ilə  ustalıqla  təsvir  etmişdir.  Ümumiyyətlə, 

Ş.İlkin  öz  yaradıcılığında  idiomatik  ifadələrdən, 

deyimlərdən,  bənzətmələrdən  məharətlə  istifadə  etməyi 

bacarır ki, bu da onun şeirlərinin tutumunu, bədii gücünü, 

xislətini artırır. 

Kitabdakı  şeirləri  nəzərdən  keçirdikcə  bu  qənaətə 

gəldim ki, şair lakonik, həcmcə qısa şeirlərində daha çox 

uğur qazanır. Məna və məzmunca tutumlu söz və ifadələr 

işlədir,  az  sözlə  əhatəli  mətləbləri  seir  misralarına 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

hopdura,  ürəyəyatan  deyimlər  ifadə  edə  bilir.  Bu  fikirlər 



şairin  ən  çox  qoşmalarında  özünü  nümayiş  etdirir. 

Üçdəndlik  "Qalmayıb"  qoşması  söyədiklərimin  bariz 

nümunəsidir: 

 

Nə deyib yanıma gəlmisən yenə?~  



Sənə deyiləsi sözüm qalmayıb.  

Gedirsən, yaxĢı yol, uğurlar sənə,  

Ardınca baxacaq dözüm qalmayıb. 

 

Yazıqsan, bu qədər minnət götürmə,  

Könlüm gül istəyir, qanqal bitirmə,  

Baxıban arxamca köks də ötürmə.  

Yeriyən cismimdir, özüm qalmayıb. 

 

ġah ola bilərmi de, tacsız-taxtsız,  

Gül də tez solacaq açılsa vaxtsız,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Yanıma od üçün gəlmə, a baxtsız,  

Ocağım qalmayıb, közüm qalmayıb. 

 

"Bilmirəm", "Sinəmdəki dağa bax", "Sevgi yaman 



ucuzlaşıb", "Dodağında ötərdim", "Dəyişilmiş ünvan" 

başlıqlı lirik ovqatlı şeirlərdə də şair bədii söz 

çalarlarından yerli-yerində, bol-bol istifadə etməklə 

istədiyinə nail olur: 



 

Nəsimi babam tək soyun dərimi,  

Salmayın elimin dilindən məni; 

 

Hər yerdən pozmuĢam adını sənin,  

Təkcə ürəyimdən silə bilmirəm; 

 

Qızlar gəlin köçəndə  

Yadıma sən düĢürsən; 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Neyləyim, sənə görə qara rənginə  

Peyvənd eləmiĢəm öz taleyimi; 

 

Bəlkə həqiqəti özün deyəsən:  

Hara gedim sənsizliyin əlindən? 

 

kimi  qoşa  misralardakı  sərrast  ifadələr,  lirik  "mən"in 



alovlu  duyğuları,  misraları  qanadlandıran  deyimlər  şairin 

istedadının gücündən, təbinin coşqunluğundan xəbər yerir. 

Lirik  şair  kimi  Ş.İlkinin  sözlərinə  kifayət  qədər 

mahnılar  bəstələnib.  Elə  kitaba  daxil  edilmiş  "Canım 

məhəbbət"  adlı  bölümdə  də  müxtərif  bəstəkarların  onun 

şeirlərinə  bəstələdikləri  "Səni  itirməkdən  yaman 

qorxuram",  "Gətirdi  sellər  Sarani",  "Sən  hamıdan 

qəşəngsən", "Yavaş yeri", "Mənə niyə baxırsan", "Qəlbim 

səndən  dönən  deyil"  və  s.  kimi  mahnılar  musiqisevərlərə 

yaxşı tanışdır. 

Şeirlərinə müqəddəs insani və ülvi hisslər hopmuş şair 

Şərafəddin İlkini işıq üzü görmüş "Gözlərinə de ki..." adlı 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə