İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə104/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   100   101   102   103   104   105   106   107   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

bakirəlikdən  su  içmişdir.  Şair  nədən  yazır-yazsın,  nədən 



danışır-danışsın  -  istər  kol  dibində  mürgü  döyən,  günəşə 

boylanan  boynubükük  bənövşədən,  istər  nakam,  uğursuz 

məhəbbətdən,  istər  axırı,  sonu  olmayan  tale  yollarından, 

istərsə də ana nisgilindən  - səmimiliyi, təbiiliyi ilə yadda 

qalır. Buna  görə də kitabı,  necə deyərlər nəfəs dərmədən 

birbaşa  oxuyub  axıra  çıxırsan.  Şairin  bir  uğuru  da 

ondandır ki,  o, mövzu qıtlığı  çəkmir.  Bu da onun zəngin 

dünya  görüşündən,  hadisələri  öz  yaradıcılıq  rakursundan 

müşahidə  edib  qələmə  almaq  şəristəsindən  xəbər  verir. 

Kitabı  vərəqlədikcə,  qeyd  etdiyimiz  mövzu  müxtəlifliyi 

səni müşayiət edir. Şairin təbirincə desək, mələk donunda 

olan  dünyaya,  həyata  vurğunluq,  sevgi  və  məhəbbət 

yolunda hər əzaba dözüb tab gətirmək bacarığı, səni pənah 

tapan  imkansızlara  dayaq  durmağa  həmişə  hazır  olmaq, 

vətənə sonsuz məhəbbət hissi, dünyanı, ölkəmizi qoruyub, 

ölümü  öldürən,  el  təəssübü  çəkən  qeyrətli  oğullarımızın 

hünəri  qarşısında  səcdəyə  gəlməsi,  yaxşı,  xeyirxah 

adamları ömrü boyu ehtiramla yad etmək borcu- kitabdakı 

şeirlər bax, bu notlar üzərində yazılmışdır. 

Qurban Cəbrayıl həyata baharda göz açıb, şeirləri də 

bahar ətirlidir: qısa və lakonikdir, sadə və ürəyəyatımlıdır. 

Az sözlə çox mətləb açmağı bacarır. Bu, onun lirik 

şeirlərinə daha çox xasdır. Bu cəhətdən "Payız toyları" 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

şeiri diqqəti çəkir. Baxın, 3 bəndlik şeirdə şair rəssam 



olub, payız toylarının rəsmini necə məharətlə çəkmişdir?! 

 

Baxtına, gül-çiçək ələ bahardan,  

Özünə xoĢbəxtlik gələ bahardan.  

BaxıĢlar yol çəkər, hələ bahardan 

Ürəkdə bəslənər payız toyları. 

 

Yaranar ürəyin mübhəm sözündən,  

Könüllər qığılcım alar gözündən.  

Nəm çəkib qız verən ana gözündən,  

Çəhlənər, sislənər payız toyları. 

 

Ay Qurban, o gizli qəmi kim salıb?  

Harayla bəxtini gör harda qalıb?  

Sevdiyin qızları əlindən alıb,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Yenəmi səslənər payız toyları? 

 

"Azıb  gəlmişəm  dünyaya"  məcmuəsi  xırda  kəm-



kəsirləri, yerində olmayan söz və ifadələri nəzərə almasaq, 

şairin  ilk  uğuru  adlandırmaq  lazımdır.  Kitaba  görkəmli 

şair  və  publisist  Sabir  Rüstəmxanlının  ön  söz  vasitəsilə 

Qurbana  xeyir-dua  verməsi  də  dediyimi  təsdiqləyir. 

Fikrimi  Sabir  müəllimin  ön  sözdəki  son  cümləsi  ilə 

bitirmək istəyirəm: 

-

 

Qoy  bu  balaca  kitabın  ömrü  böyük 



olsun! 

2000-ci il 

 

CANDAN ƏZĠZ VƏTƏNDĠR 



 

Məmmədağa  Ağarzaoğlu  (Orucəliyev)  ömrünün 

müdrik  çağını  yaĢayır.  TanınmıĢ  qələm  əhlidir. 

Oxucular yazıçı-pubiisist, istedadlı jurnalist kimi onun 

özünəməxsus  dəst-xəttinə  yaxĢı  bələddir.  AbĢeronun 

qədim  Qobu  kəndində  doğulan  Məmmədağa  müəllim 

təkcə  doğma  kəndində  deyil,  bütöv  AbĢeronda 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ağsaqqal  kimi  də  dərin  hörmət  sahibidir.  Uzun  illər 

"AbĢeron  "qəzeti  ilə  əməkdaĢlığı  onun  hörmət  və 

izzətinin  artmasına  vüsət  vermiĢdir.  Yazıçının 

qələmindən çıxan müxtəlif məzmunlu jurnalist yazıları 

təkcə  "AbĢeron  "  qəzeti  ilə  məhdudlaĢmır, 

respublikada  nəĢr  olunan  çoxlu  sayda  qəzet  və 

jurnalların  səhifələrində  özünə  yer  tapır.  Onu  da  önə 

çəkmək 

lazımdır 

ki, 

Məmmədağa 

müəllimin 

yaradıcılıq  ilhamının  mənbəyi  də  əsasən  dünyanın  ən 

gözəl  guĢəsi  adlandırdığı  Qobu  və  AbĢeronun  ətraf 

qəsəbələri,  bu  özünəməxsus  yaĢayıĢ  məskənlərinin 

tarixi  keçmiĢi,  buralarda  yaĢayan,  torpağa  bağlı 

insanların  məĢğuliyyəti,  xarakter  xüsusiyyətləri,  adət-

ənənələri,  igid,  ər  oğullarının  AbĢeronun  hünər 

tarixinə  yazdıqları  qəhrəmanlıq  nümunələridir.  Onu 

bu  yerlərin  səlahiyyətli  nümayəndəsi,  salnaməçisi 

adlandırmaq  olar.  Ġndiyə  qədər  Məmmədağa 

müəllimin adıçəkilən mövzuları əhatə edən xeyli kitabı 

iĢıq  üzü  görmüĢ  və  həmyerlilərinin  rəğbətini 

qazanmıĢdır. 

Öz  qanı  ilə  müqəddəs  Vətən  sevgisini  əbədiyyət 

salnaməsinə əbədilik həkk edən qeyrətli oğullar sırasında 

qobulu  igidlərin  də  adı  hörmətlə  çəkilir.  Zorla 

sürükləndiyimiz  Qarabağ  döyüşlərində  və  20  Yanvar 

hadisələrində  qobulu  oğullar  da  şəhid  olmuş  və  bu 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə