İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə100/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   96   97   98   99   100   101   102   103   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ocağına  rektor  təyin  edildikdən  sonra  onun  səyi, 



təşkilatçılıq  bacarığı,  elm  və  təhsilə  himayədarlığı 

nəticəsində  kitabxanaya  xüsusi  diqqət  ayrıldı.  MDB 

ölkələri ilə kəsilmiş əlaqələr rektorun səyi ilə bərpa edildi. 

Belə  ki  universitetin  profili  üzrə  elmi  jurnallar  alınıb 

kitabxanaya  gətirildi.  Çap  şəklində  elmi  informasiya 

mənbəyi  olan  reteraktiv  jurnalların  abunə  qiymətlərinin 

həddindən 

artıq 


baha 

olmasına 

baxmayaraq, 

Azərbaycanda  təkcə  universitet  kitabxanası  həmin 

jurnalların abunəsini bərpa etdi. Onu da bildirim ki, Elmi 

kitabxanamız  hələ  1971-ci  ildən  ali  və  orta  ixtisas 

kitabxanalarının Metodiki Mərkəzi adını daşıyır. 

-  Sara  xanım,  kitabxananızın  baĢqa  dünya  ali 

məktəblərin  kitabxanaları  ilə  əlaqələrinin  vəziyyəti 

necədir? 

-  Elmi  kitabxanamız  dünyanın  12  ölkəsinin  50 

universitet  kitabxanası  və  elmi  müəssisələri  ilə  kitab  və 

informasiya  mübadiləsi  yaratmağa  nail  olmuş,  oxucular 

üçün  10  elektron  məlumat  bazasından  rahat  istifadəni 

təmin etmişdir. 



2012-ci il 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Xeyirxah ziyalılarımız  

 

MILLƏTIN XĠLASKARI 

 

ÜMUMMĠLLĠ LĠDERĠMĠZ HEYDƏR ƏLĠYEV 

HAQQINDA POEMA 

 

XX  əsr  bəşəriyyətə  bir  sıra  dünya  şöhrətli  tarixi 



şəxsiyyətlər  bəxş  etmişdir.  Onlardan  biri  də  əbədi 

prezidentimiz, ümummilli və əbədiyaşar liderimiz Heydər 

Əliyevdir. Onu ulu Tanrı çox sevdiyi Azərbaycan xalqına 

xilaskar övlad kimi göndərmişdi. Xalqın bu müdrik oğlu, 

bu müqəddəs torpağa bağlı olan, onu canından artıq sevən, 

azərbaycanlı  olması,  bu  xalqın  dilində  danışması  ilə  fəxr 

edən  Heydər  Əliyev  də  mübarizələrlə  dolu  keşməkeşli 

həyatını  bu  xalqın  səadəti  yolunda  şam  kimi  qətrə-qətrə 

əritdi,  amma  onu  dünya  miqyasında  tanıtdı,  Azərbaycanı 

dünyaya inteqrasiya etdi. 

Beləcə,  34  il  Azərbaycanın  beşiyi  başında  ayıq-sayıq 

dayandı,  "Heydər  Əliyev-Xalq,  Xalq-  Heydər  Əliyev" 

zərb-məsəlinə çevrildi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Hünəri,  şücaəti,  əməlləri,  şəxsiyyəti  qalın-qalın 



kitablara sığmayan bu fenomenal insan haqqında nə qədər 

bədii və sənəd əsərləri yazılıb, yazılır və bundan sonra da 

hələ  çox-çox  yazılacaq.  Çünki  Heydər  Əliyev  yaradıcı 

adamlara ilham verən elə bir dəryadır ki,  yazdıqca həmin 

dəryanın  suyu  nəinki  azalmır,  əksinə,  daha  da  çoxalır. 

Çünki  ulu  öndərimiz  elmin  bütün  sahələri  üçün  bütöv 

universitet, yaradıcılıq məktəbidir. 

Budur,  ümummilli  liderimizə  həsr  olunmuş  yeni  bir 

əsər qarşımızdadır  - görkəmli  şair və publisist  ZEYNAL 

VƏFANIN  "Azərbaycan"  nəşriyyatında  yenicə  işıq  üzü 

görmüş  "Millətin  xilaskarı»  poeması.  Bəri  başdan  qeyd 

edək ki, səmimi xoş bir ovqatla  qələmə alınmış poemanı 

birbaşa  oxuyub  axıra  çıxdım.  Kitabın  adından  da 

göründüyü  kimi,  müəllif  əsərdə  xalqımızın  dahi  oğlu, 

əbədiyaşar  liderimiz,  bəşəri  ideyalar  və  böyük  əməllər 

sahibi  Heydər  Əliyevin  oddan-alovdan  çıxmış,  dünyanın 

nəhəng  siyasətçiləri  ilə  döyüşlərdə  öz  zəngin  həyat 

təcrübəsi,  fəhmi,  siyasi  yetkinliyi  ilə  qalib  çıxmış  mənalı 

ömür yolunu faktlarla, şirin bir şeir dili ilə təsvir etmişdir. 

Şair poemanın elə ilk misraları ilə oxucunu cəlb edir: 

 

O, xalqına ən vəfalı oğuldu,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

GülüĢüylə qaranlıqlar boğuldu.  

BeĢ addımlıq bir daxmada doğuldu,  

BeĢ qitənin Ģöhrətinə döndü o. 

 

Görürsünüzmü,  bu  4  misralıq  şeirdə  istedadlı  şair 



ustalıqla Heydər Əliyevin tərcümeyi-halını verə bilir, yəni 

Zeynal  Vəfanın  xalqının  bu  vəfalı  oğlunun  öz  gülüşü  ilə 

qaranlıqları  boğa  bilmək  qabiliyyətini,  5  addımlıq  bir 

daxmada  doğulan  qəhrəmanın  sonradan  dünyanın  5 

qitəsinin şöhrətini qazanmaqla bütün dünyada tanınmasını 

lakonik şəkildə təsvir etmişdir. Sonra da şair onun qəlbini 

türkün inanc yeri olan Kəbə evinə bənzədir, zəka nurunun 

neçə-neçə  ölkəyə  işıq  saçdığını,  kainatda  ən  işıqlı  planet 

olduğunu qələmə  alır. Bakı-Ceyhan kəmərini nur məbədi 

olan  Heydər  atanın  qolları  hesab  edən  şair  onun  iş 

otağının  60  milyon  ər  ürəklə  (bütün  azərbaycanlılarla) 

döyündüyünü bildirir. 

Z.Vəfa  qəlbi  bu  xalqla  döyünən  Heydər  Əliyevin 

başqa mərd xalqları da öz xalqı kimi sevdiyini təsvir edir, 

onu  bir  sərkərdə  kimi  yeni  dünya  quran  dahi  bir  insana 

bənzədir,  "öz  ömründən  milyon-milyon  ömürlərə  sevinc 

payı  göndərən bu bənzərsiz şəxsin  ümman qəlbindən söz 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə