İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə99/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   95   96   97   98   99   100   101   102   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Problemləri 

üzrə  Dövlət  Komitəsinin  «Səmərəli 

fəaliyyətə 

görə»  medalları,  «Azərbaycan  SSR-in 

Əməkdar  Kitabxanaçısı»,  Azərbaycan  Respublikasının 

«Əməkdar Mədəniyyət  İşçisi» kimi  fəxri  adlar, müxtəlif 

diplom  və  fəxri  fərmanlar  dediklərimi  təsdiqləyir.  2 

oğula  ana,  4  nəvəyə  sevimli  nənə  olan  Sara  xanım  bu 

gün  də  gənclik  həvəsilə  çalışır.  Çünki  onun  zəngin 

təcrübəsinə, maarifçilik fəaliyyətinə hələ ehtiyac var. 

Biz də bu günlərdə ali təhsil ocağında Sara xanımın 

rəhbərlik  etdiyi  Elmi  kitabxanada  olduq,  kitabxananın 

keçdiyi  uzun  və  şərəfli  yol  barədə  söhbət  açması  üçün 

direktora bir neçə sualla müraciət etdik. 

-  Sara  xanım,  ilk  növbədə  baĢçılıq  etdiyiniz 

kollektiv barədə məlumat verərdiniz. 

-  Elmi  kitabxananı  102  əməkdaş    birləşdirir.  Hamısı 

da  peşəsinin  vurğunu,  kitabxana  işinə  lazımınca  bələd 

olanlardır.  Belə  ki  əməkdaşların  85  faizi  ali  təhsillidir,  7 

nəfəri  isə  fəlsəfə  doktorudur.  Əməkdaşlarımız  tez-tez 

respublika 

və 

beynəlxalq 



səviyyəli 

konfrans 

və 

simpoziumlarda  elmi  məqalələrlə,  həmçinin  respublika 



mətbuatında və elmi toplularda çıxış edirlər. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qeyd  edim  ki,  Elmi  kitabxana  ADU-nun  4 



korpusunda  yerləşir.  Onun  14  şöbəsi,  5  abonenti  və  13 

oxu zalı oxucuların xidmətindədir. 



-  Kitabxananın  keçdiyi  yola  gəlin  bir  də  ekskurs 

edək. 

-  Məmnuniyyətlə.  Azərbaycanın  ilk  ali  məktəbinin 

birinci  rektoru  professor  V.Y.Razumovski  kitabxana 

fondunun  zənginləşdirilməsi  üçün  çox  faydalı  iş 

görmüşdür.  Belə  ki  tələbələri  lazımi  kitablarla  təmin 

etmək və  yeni  kitab almaq üçün universitet  müəllimlərini 

dəfələrlə  İstanbula,  Sankt-Peterburqa  ezam  etdirib. 

Beləliklə,  kitabxanaya  qızıl  pula  xeyli  kitab  alınaraq 

gətirilib  və  ali  məktəbin  qızıl  fondu  yaranıb.  Bundan 

başqa  universitetin  təşkili  üzrə  komissiya  1919-cu  il 

iyunun  2-də  Bakı  Şəhər  İdarəsi  qarşısında  şəhərdəki 

Mixaylovski (hazırkı Əzizbəyov) kitabxanasının müəyyən 

şərtlərlə  istifadə  olunmaq  üçün  universitetə  verilməsi 

barədə  vəsatət  qaldırmış  və  kitabxananın  universitetə 

verilməsi  barədə  razılıq  əldə  olunmuşdur.  Bu  minvalla 

Sabunçu  xəstəxanası  kitabxanasının  da  bu  ali  məktəbə 

verilməsi  məsələsi  həll  olunmuşdu.  Bütövlükdə  1919-cu 

ildə  həmin  dövrün  pulu  ilə  universitet  tərəfindən 

kitabxanaya  120  min  manatlıq  kitab  alınmışdı.  1920-ci 

ildə kitabxanada fondu 212 nüsxə ədəbiyyatdan ibarət tibb 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

şöbəsi  də  təşkil  edilmişdir.  1922-ci  ildə  isə  Şərq 



fakültəsinin  dekanı  professor  R.K.Juzenin  təşəbbüsü  ilə 

kitabxanada  Şərq  şöbəsi  yaradılır  ki,  bu  gün  də  həmin 

şöbə fəaliyyət göstərir. Həmin şöbədə 30-dan çox əlyazma 

olub.  Onların  bir  hissəsinin  müəllifi  dünya  şöhrətli 

şərqşünas  alim  V.V.Bartold  olmuşdur.  Fonddakı  3  min 

nüsxə  kitab  isə  Şərq,  rus  və  Qərbi  Avropa  dillərində  idi. 

Həmin  ildə  Xalq  Komissarları  Soveti  7  min  rubl  (qızıl 

pulla) məbləğində vəsait ayırmışdı, həmin vəsaitə 1924-cü 

ildə  İstanbuldan  2000  nüsxədən  artıq  kitab  gətirilmişdir. 

Həmin illərdə ayrı-ayrı  yerli  idarə  və  təşkilatlardan, kitab 

kollektorundan, ordunun Siyasi İdarəsindən də Universitet 

kitabxanasına  kitablar  daxil  olurdu.  1922-ci  ildə  BDU 

Şurası  professorlardan  F.N.İlini  və  P.Y.Rostovtsevi  kitab 

gətirmək  üçün  Leninqrada  ezam  etmiş,  onlar  kitabxana 

üçün 200 puda yaxın qiymətli elmi ədəbiyyat, o cümlədən 

Rusiya 


Elmlər 

Akademiyasının  bütün 

nəşrlərini 

təmənnasız əldə etmişlər. 

1928-1929-cu illərdə  Bakı  Fransa Cəmiyyətinin  1000 

nüsxəyə  yaxın  kitabdan  ibarət  fond  universitetin 

kitabxanasına 

verilmişdir. 

Maarif 

İşçiləri 



Evi 

kitabxanasından  2000-ci  ildə  rus  jurnalının  komplekti, 

eləcə  də  RSFSR-in  Kitab  Fondunun  10  minlərlə  cilddə 

çap 


məhsulu 

universitetin 

kitabxanasını 

zənginləşdirmişdir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

1928-1929-cu  illərin  əvvəllərində  hüquq  fakültəsinin 



dekanı  A.O.Mişelin  təşəbbüsü  ilə  kitabxanada  hüquq 

ədəbiyyatı  şöbəsi  yaradılır.  O  illərdə  professorlardan 

B.Çobanzadə,  D.Səfərov,  A.M.Levin  və  başqaları  şəxsi 

kitablarını  kitabxanaya  hədiyyə  etmişlər.  Beləliklə,  hələ 

1922-ci  ilin  yayında  kitabxananın  fondunda  8923  adda 

1443 nüsxə kitab var idi. 

ADU-nun  yaradılmasının  ilk  10  ilində  kitabxana  5 

ixtisaslaşmış  şöbə  ilə  –  humanitar,  tibb,  Şərq,  hüquq, 

tələbə  qiraətxanası  artıq  oxuculara  xidmət  göstərirdi. 

1929-cu  ildə  kitabxananın  fondunu  72309  nüsxə  kitab 

təşkil edirdi. Kitabxanaya daxil olan kitablar Şərq, rus və 

Avropa  dillərində  idi.  Bu  kitablar  XVI-XIX  əsrləri  əhatə 

edir  və  kitabxananın  qızıl  fondunu  təşkil  edir,  bu  gün  də 

göz bəbəyi kimi qorunub mühafizə olunur. 



-  Sara  xanım,  SSRĠ-nin  süqutu,  Ģübhəsiz  ki, 

kitabxananın  fəaliyyətinə  də  öz  təsirini  göstərməyə 

bilməzdi. 

Söhbət  MDB  ölkələri  ilə  əlaqələrin 

kəsilməsindən gedir. Bu barədə. 

- Doğru buyurursunuz. İmperiya buxovları parçalandı. 

SSRİ süquta uğradı. Bütün bunlar bizim fəaliyyətimizə də 

təsirsiz  ötüşmədi.  1999-cu  ilə  kimi  vəziyyət  belə  idi. 

Lakin  həmin  ildə  akademik  Abel  Məhərrəmov  ali  təhsil 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə