İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə95/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   91   92   93   94   95   96   97   98   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

başlanır.  Döyüşçülər  kəndi  azad  edib  irəli  gedirlər.  Bir-



birinin  ardınca  Kərəmli  və  Çapar  kəndləri  də  düşmən 

pəncəsindən  azad  edilir.  Sonra  Aterk  (Həsənriz)      kəndi  

uğrunda    ölüm-dirim  mübarizəsi  gedir.  Düşmənin  canlı 

qüvvəsi  və  döyüş  texnikası      bizimkilərdən  qat-qat  çox 

olduğu  üçün  Azərgil  düşmənə  qarşı  3  ay    müqavimət 

göstərirlər.  Sonra  məlumat  alınır  ki,  Goranboy  təhlükə 

altındadır,  xüsusən  Todən  kəndinə  yeni  qüvvə  yeritmək 

lazımdır.  Çünki  Sumqayıtdan  səfərbər  olmuş  polis 

qüvvəsi  düşmənin  təzyiqinə  dözə  bilməmiş,  kəndi  qoyub 

arxaya  çəkilmişdir.  Yerli  qüvvə  öz  mövqeyində  möhkəm 

dayanaraq, düşməni geri oturtmağa müvəffəq oldu. Onun 

ardınca  Erkəc  və  Mənəşid  kəndləri  də  yağılardan 

təmizləndi.  Bir  sözlə,  Azərgilin  vzvodu  ən  çətin  və 

təhlükəli  döyüş  mövqelərində  qərar  tutur,  öz  gücünü 

düşmənə göstərirdi. 

1992-ci  ilin  payızında  Ağdərə  uğrunda  döyüşlər 

gedirdi. 0 zaman Azər artıq hazırda Milli Qəhrəman adını 

almış  Şahin  Tağıyevin  başçılıq  etdiyi  batalyonun 

tərkibində 

vuruşurdu. 

Ağdərənin 

xüsusi 


strateji 

əhəmiyyətə  malik  olan  Dovşanlı  və  Kiçik  Vəng  kəndləri 

hücumla  geri  alınmışdı.  Bu  hücumda  qurtuluş  batalyonu 

kimi  tanınan  Şahinin  batalyonu  düşmənə  aman  vermirdi. 

Onun  ardınca  Sırxavənd  də  azad  edildi.  Lakin  uğurlu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

əməliyyatların  bir-birinin  ardınca  davam  etdiyi  bir 



zamanda, xəbər gəlir ki, kəndi tərk etmək lazımdır.  

…Yanvarın 18-də  Azərin anadan olduğu gün səhər 6 

radələrində  hücum  əmri  verilir.  Bu,  Sırxavənd  kəndini 

geri  qaytarmaq  barədə  əmr  idi.  Amma  düşmən 

güclənmişdi.  Bizimkilər  tez-tez  ağır  itkilər  verirdilər. 

Köməyə tanklar gəlməli idi. Vəziyyət getdikcə gərginləşsə 

də,  tanklar  görünmürdü.  Həmin  gün  Sırxavənd  kəndi 

üzərində düşmən bizim iki "Miq-27" markalı təyyarəmizi 

vurub  salmışdı.  Fərrux  təpəsini  qoruyub  saxlamaq  üçün 

bizimkilərə  tank  hava  və  su  kimi  lazım  idi.  Lakin 

müdafiəçilərin  gözü  yolda  qaldı.  Onları  sözün  əsl 

mənasında aldatdılar. 

Bizimkilər 

düşmən 


minamyotlarının 

yerini 


dəqiqləşdirmişdilər.  Həmin  istiqamətə  atəş  açmaq 

məqamında  düşmən  duyuq  düşdü.  Səs-küy  eşidən  yağı 

minamyotları  bizimkilərə  tərəf  tuşladılar.  Vzvod  da 

zəncirvarı  şəkildə  hücuma  keçmişdi.  Qəflətən  5  mərmi 

əsgərlərdən azca aralı düşüb yeri-göyü lərzəyə saldı. 6-cısı 

isə yoğun kövdəli palıda tuş gəlib onu məhv etdi və gəlib 

əsgərlərin  düz  ortasında  qərar  tutdu.  Mərminin  dalğası 

Azəri  5-6  metr  aralı  tulladı,  Mehmanı  ondan  da  uzağa 

aparmışdı. Rza qarın  nahiyəsindən yaralandı. Onu  təcili 

şəkildə  qospitala  çatdırmaq  mümkün  oldu.    Azər  bir  də 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

onu  hiss  etdi  ki,  sol  qolu  mərmiyə  düşüb,  üzülməyib  - 



ancaq  sallanıb.  Başqa  yaralıları,  bibisi  oğlu  Oqtayı, 

Fikrəti,  Rəhmanı  plaşnakitkaya  qoyub  2-3  km  kənara 

daşıyırlar. Sonra da Ağdərə qospitalına çatdırırlar. Burada 

Azər  bütün  gecənin  necə  keçdiyindən  əsla  xəbəri  olmur. 

Yalnız  ertəsi   gün, yanvarın 19-da özünə gəlir, hiss edir 

ki,  sol  qolu  yoxdur.  Az  qala  başına  hava  gəlsin.  Dünya 

başına  fırlanır.  Gözlərinə  qaranlıq  çökür.  Qışqırmaq 

istəyir  -  səsi  çıxmır.  25  yaşında  tək  qollu.  İndi  o,  kimə 

lazımdır? Tək qolla nə edəcək? Onu hansı qız bəyənəcək? 

Adına əlil  Azər deyəcək, araya qoşub onu  ələ salacaqlar. 

Yox, yox, ölmək bundan yaxşı idi. Niyə?... 

 

SON  SÖZ  ƏVƏZĠ:  Zaman  bütün  yaraları 



sağaldır. Azərin qolu kəsiləndən düz 5 il keçir. Ġndi 30 

yaĢı  var.  Təkqollu  qartala  bənzədirəm  Azəri-  həmiĢə 

uçalığa  çan  atan  qartala.  II  dərəcəli  əlil  olsa  da, 

yaĢayır,  iĢləyir,  fəaliyyət  göstərir.  Ailə  qurub.  Övlad 

sahibidir.  Qaradağ  rayonu  əlillər  cəmiyyəti  sədrinin 

müavinidir.  Hər  gün  özü  kimi  neçə-neçə  əlil  bu  və  ya 

baĢqa məsələ ilə bağlı ona müraciət edir. O da imkanı 

daxilində  hamıya  gərək  olmağa  çalıĢır,  əlindən  gələni 

əsirgəmir.  Dərk edir ki,  əlil  olsa  da, soydaĢlarına hələ 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

gərəkdir.  Evdə  yolunu  gözləyirlər:  ömür-gün  yoldaĢı, 

uĢaqları... 

 

1998-ci il. 

36 AY ERMƏNĠ ƏSĠRLĠYĠNDƏ 

 

Ömrünün 19-cü baharında kirpiyilə od götürmüĢ, 

cəhənnəm əzabını yaĢamıĢ, düĢmən əsirliyində olmazın 

iĢgəncələrinə  məruz  qalmıs,  lakin  Ulu  Tanrının 

nəzarəti altında ölümə qalib gəlmiĢ (hazırda yarımcan 

vəziyyətdə  yaĢayır)  Fariz  ġükürov  1973-cü  ildə 

Beyləqan  rayonunun  AĢqalar  kəndində  həyata  göz 

açıb.  Orta  məktəbi  rayonun  Xalac  kəndində  bitirib. 

Sonra da hərbi xidmətə çağırılıb və Sovet ordusunda - 

Çelyabinsk vilayətində qulluq etməyə baĢlayıb.  

Lakin  cəmi  4  ay  hərbi  xidmətdən  sonra  Ermənistan-

Azərbaycan  qarşıdurması,  rus-erməni  birləşmələrinin 

respublikamızı  zorla  müharibəyə  sürükləməsi,  müqəddəs 

torpaqlarımızın  bir  hissəsinin,  işğal  edilməsi  Farizin 

damarlarında axan qanı coşdurur, qəlbində intiqam hissini 

alovlandırır,  ona  görə  də  rus  ordusunda  xidmət 

göstərməkdən  imtina  edib  Azərbaycana  qayıdır,  doğma 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə