İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə94/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   90   91   92   93   94   95   96   97   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

düşmən tapdağı altındadır.  Doğru sözümdür, Qarabağ 



azad olmayınca  narahat günlərim məni tərk etməyəcək. 

-  Bəs anan necə, sənin Qarabağ bölgəsinə döyüĢə 

getməyinə icazə verdimi? 

-  Axırıncı  dəfə  anamın  yanına  gəldim,  qarşısında 

dayanıb  dedim:  Ana,  xeyir-dua  ver,  mən  gedirəm 

Qarabağa,  düşmənlə  döyüşə...  Anam  elə  buna  bənd  imiş 

kimi: «Get, oğul, elə mən də səndən bunu gözləyirdim», - 

dedi. O mənimlə görüşdü və ardımca su atdı. 



-    Qarabağın  xilasını  nədə  görürsən?  Sülh  yoluna 

üstünlük verirsən, yoxsa... 

-  Əlbəttə,  heç  kim  qan  tökülməsini  istəmir.  Biz  də 

sülh  yolu  ilə  Qarabağın  qaytarılmasının  tərəfdarıyıq. 

Ancaq  görünür  ermənilər  heç  bir  laylaya  yatmaq 

istəmirlər. Onda ikinci yola əl  atmaq lazım gələcək. Mən 

keçmiş  hərbçi  kimi  bu  gün  ordumuzun  güclü  olduğuna 

inanıram. 

-  Səfərbərlik elan edilsə, yenidən döyüĢə atılmağa 

hazırsanmı? 

-      Doğru  sözümdür:  bir  işarəyə  bəndəm.  Səfərbərlik 

elan edilən kimi dərhal cəbhə  bölgəsinə  yollanıb sözümü 

deyəcəyəm... 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bəli,  bu  gün  Fikrət  Nəbiyev  kimi  keçmiĢ  zabit  və 

komandirlər,  qeyrətli  oğullarımız,  özünün  dediyi  kimi 

bir  himə  bənddirlər.  Onlar  bu  gün  yatmıĢ  Ģirə 

bənzəyirlər.  Lazım  gələndə  Vətənin  müdafiəsinə 

qalxmağa hər an hazırdırlar. 

Vətən sizlərlə fəxr edir, əziz Fikrət! 

2007-ci il 

TƏK QANADLI QARTAL 

 

O  hələ  uşaqlıqdan  ekranda  davalı  filmlərə  baxanda, 

keçmiş  SSRİ-ni  elan  olunmamış  müharibəyə  sürükləyən 

alman  faşistlərinə,  dünyanı  qan  çanağında  boğmağa 

çalışan  nasist  Adolf  Hitlerə,  məhrumiyyətlər  törətmiş 

müharibəyə  uşaq  qəlbində  dərin  nifrət  yağdırardı.  Ancaq 

hardan  biləydi  ki,  vaxt  gələcək,  elə  bizim  günlərdə  onun 

candan  artıq  sevdiyi  Azərbaycanı  daha  qatı  bir  faşist  - 

qulağımızın  dibində,  çörəyi  dizinin  üstündə  olan  nankor 

qonşularımız, erməni cəlladları müharibəyə sürükləyəcək, 

müqəddəs  torpaqlarımız  yağı  tərəfindən  murdarlanacaq, 

neçə-neçə 

say-seçmə 

oğullarımızın, 

nazəndə 

gözəllərimizin  gənc  ömrü  nakam  bitəçək,  yarımçıq 

kəsiləcək.  Onun  özü  də  Vətənin  dar  günündə  müsəlləh 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

əsgərə  çevrilib  döyüşə  atılacaq.  Neçə  dəfə  ölüm  adlı 



kabusla  üz-üzə  dayanacaq  və  döyüşdə  həlak  olmasa  da, 

bir  qolunu  itirəcək.  Sağ  qaldığı  üçün  vicdan  əzabı 

çəkəcək, indiyə kimi də şəhid yoldaşlarının qohumlarının 

gözünə     dik baxa  bilməyəcək.  Halbuki   müharibənin 

öz  qanunları var. 

Azər  Hüseynov  30  il  əvvəl  yanvarın  18-də  Saatlı 

rayonunda (o vaxt atası ali məktəb məzunu kimi təyinatla 

həmin  rayonda  müəllim  işləyirdi)  anadan  olub.  Onun 

böyüdüyü  ailədə  həmişə  möhkəm  nizam-intizam  hökm 

sürüb.  Tarıverdi  müəllim  övladlarını  ilkin  yaşlarından 

halal zəhmətə, şərəfli əməyə məhəbbət ruhunda böyüdüb. 

Ərköyünlük,    şıltaqlıq,  xudpəsəndlik  ruhu  bu  ailəyə  yad 

olub.    Azər  də  məhz    belə  ruhda  tərbiyə    almışdı.    Orta 

məktəbi  Qaradağ  rayonunun  Qızıldaş  qəsəbəsində  bitirən 

Azər ali məktəbə daxil olmağa həvəs göstərməmiş, imkan 

daxilində çoxuşaqlı ailəyə kömək etmək barədə düşünmüş 

və  zəhmət  yolunu  tutmuşdu.  Sonra  da  çoxdan  həsrətində 

olduğu  hərbi  xidmətə  səfərbər  olmuşdu.  Beləliklə,  iki  il 

Sovet  Ordusunda    qulluq    edir.    Özü  də  Uzaq  Şərqdə. 

Rusların şovinist siyasətinə görə, o vaxt azərbaycanlılar ən 

sərt  iqlim  şəraiti  olan  bölgələrə  göndərilərdi.  Azər  də 

istisnalıq  təşkil  etmədi.  Primorsk  diyarında  motoatıcı 

alayında qulluq etdi və 1988-ci ildə hərbi texnikaya bələd 

olan bir mütəxəssis kimi Vətənə qayıtdı. Bu, elə bir dövr 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

idi  ki,  Azərbaycan  barıt  çəlləyinə  bənzəyirdi.  Bədnam 



qonşularımız 

əzəli 


torpaqlarımız 

olan 


Qarabağı 

Ermənistana    qatmaq  üçün  dəridən-qabıqdan  çıxırdılar. 

Azərbaycan  milli  azadlıq      hərəkatı  geniş  vüsət  almışdı. 

Mitinqlər,  nümayişlər  ara  vermirdi.  0  zaman  rabitə 

tikintisi  nazirliyində  çalışan  Azər  də  elə  ilk  gündən 

mitinqçilərin  önündə  gedir,  cəbhəçi  kimi  rayonda  xalq 

hərəkatının  liderlərindən  sayılırdı.  1990-cı  il  20  Yanvar 

faciəsindən  bərk  sarsılan  Azər  onu  özünün  şəxsi  faciəsi 

hesab  edirdi.  Elə  o  vaxt  iç  üzünü  gördüyü  Xalq 

Cəbhəsindən  uzaqlaşdı  və  onun  liderlərinə  olan  rəğbəti 

heçə endi. 

1991-çi  ildə  Qaradağ  daş  karxanasında  fəhlə  işləyən 

Azər  respublikamızda  ilk  Milli  Ordu  yaradılmasını 

alqışlayır,  özü  də  Şıx  Könüllülər    batalyonu  yaradır. 

Batalyona Koroğlu qüdrətli 800-ə yaxın say-seçmə oğullar 

könüllü  yazılır,  onlara  hərbi  təlimlər  keçilir.  Azər  də 

motoatıcı  serjant  kimi,  texnikaya  bələd  hərbçi  kimi 

tanınır.  Beləliklə,  könüllülərdən  ibarət  bu  batalyon  Zaur 

Rzayevin komandiri olduğu briqadaya daxil olur. Azər isə 

kəşfiyyatçı  vzvod  komandirinin  köməkçisi  kimi  döyüşə 

hazır dayanır. 

...Bu  da  cəbhə  xətti.  Yağı  ilə  üz-üzə  döyüş  cəbhəsi. 

Azərgilin  döyüş      yolu  Kəlbəcərin    Ağdaban  kəndindən 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə