İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə97/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   93   94   95   96   97   98   99   100   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Biz  mərkəzdə  olarkən  Farizi  möhkəm  başağrısı 



tutmuşdu.  Gözlərini  aça  bilmirdi.  Köməyinə  gəldilər. 

Dava-dərman  verib  əvvəlki  halına  qaytarmaq  istədilər. 

Lakin  mümkün  olmadı.  Fariz  bildirdi  ki,  görünür 

bədənimdə və başımda qalmış qəlpələrdir rahatlığımı alan. 

Bununla belə, hər iki Vətən əsgəri bu gün də lazım gəlsə, 

düşmənə  divan  tutmağa,  ondan  intiqam  almağa  hazır 

olduğunu  bildirdi.  Təki  Qarabağ,  bütövlükdə  işğal 

olunmuş  torpaqlarımız  erməni  qəsbkarlarından  azad 

edilsin. Bunu uğrunda canlarından keçib şəhidlik zirvəsinə 

ucaldılmış oğul və qızlarımızın ruhu tələb edir... 

 

ARIF QULIYEVI ARZULARINA KIM 

QOVUSDURDU? 

 

Azərbaycanın  incəsənət  aləmində  komik  aktyor 

kimi özünü təsdiqləyən, tamaĢaçılara komik obrazları 

ilə  gülüĢ  bəxĢ  edən  respublikanın  xalq  artisti  Arif 

Quliyev özünü tanıyandan həmiĢə xeyirxah adamların 

dəstəyini  hiss  etmiĢ  və  onlar  barədə  yeri  gələndə 

ağızdolusu  və  minnətdarlıqla  söhbət  açmıĢdır.  GülüĢ 

ustası  belə  xeyirxahlığı  üçüncü  il  ali  məktəbə  daxil 

olarkən  -  taleyi  həll  olunacaq  həmin  vaxtda  da  öz 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

üzərində görmüĢ və həyat yolunu müəyyənləĢdirən bu 

məqamı ekran qarĢısında bəyan etmiĢdir. 

Yəqin  bəzilərinin  A.Quliyevin  tərcümeyi-halı  barədə 

kifayət  qədər  məlumatı  yoxdur.  Xatırladaq  ki,  komik 

aktyor  ata  qayğısı,  ana  nəvazişi,  ana  laylası  görməyib, 

eşitməyib.  Heç  vaxt  onları  tanımayıb  da.  O,  Əli 

Bayramlıda  (indiki  Şirvan  şəhəri)  doğulub.  Oradakı  uşaq 

evində  böyüyüb,  tərbiyə  alıb,  orada  sığınacaq  tapıb. 

Təbiidir ki, orta məktəbi də bu şəhərdə başa vurub. Sənət 

seçmək  məqamı  gələndə,  balaca  Arif  həmişə,  hər  yerdə 

qəti fikrini bildirib: aktyor olmaq!  İlləri yola saldıqca, bu 

istək  onu  sanki  müqəddəs  arzusuna  yaxınlaşdırırdı.  Ona 

dərs  deyən  sevimli  müəllimlər  də,  həmyaşıdları  olan 

şagird dost-tanışları da onu məzəli, gülməli, komik aktyor 

kimi  görürdülər.  Çünki  Arif  özünün  bu  keyfiyyətlərini 

nəinki oxuduğu məktəb kollektivi, eləcə də şəhərdə təşkil 

olunmuş müxtəlif tədbirlərdə nümayiş etdirmişdi. 

Doğma  müəllimlərə,  məktəbə  əlvida  deyib,  kamal 

attestatı  alan  Arif  "Niyyətin  hara,  mənzilin  ora"  atalar 

sözünə  sığınaraq  Bakıya  gəlir,  tərəddüd  etmədən 

sənədlərini  M.ƏIiyev  adına  Teatr  İnstitutuna  (indiki 

Mədəniyyət və İncəsənət Universiteti) verir. Lakin ilk oxu 

daşa  dəyir.  Qabiliyyət  imtahanlarından  keçsə  də,  başqa 

fənlərdən müvəffəq qiymətlər ala bilmir. Beləliklə, birinci 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

il  istəyinə  yetə  bilmir,  arzusu  ürəyində  qalır.  Amma 



ruhdan  düşmür,  nikbinliyini  qoruya  bilir,  qısası,  ümidini 

itirmir.  Lakin  ikinci  il  yenə  eyni  ali  məktəbə  qəbul 

imtahanlarına  gəlir.  Bu  dəfə  də  uğursuzluq!  Nəhayət,  bu 

da  üçüncü  cəhd.  Üçqat  həyəcan,  ürək  döyüntüləri.  Dost-

tanış  qınağı  gözləri  önünə  gəlir.  Yenə  əvvəlki  vəziyyət! 

Qabiliyyət 

imtahanlarmdan 

keçir. 


Amma 

yazılı 


imtahandan  bu  dəfə  də  müvəffəq  qiymət  ala  bilməyən 

abituriyentin  son  ümidi  də  beləcə  puça  çıxır.  Dünya 

başına fırlanır. Özünü ən aciz məxluq  və tənha hiss edir. 

Nə etsin, hara getsin, kimə pənah aparsın? Kimi tanıyır ki, 

bu qərib şəhərdə?! Özünü bir təhər teatrın qonşuluğundakı 

Molokan bağına çatdırıb oturacaqların birində əyləşir. Bir 

yandan, yayın nəfəsi təngidən  istisi, bir yandan, aclıq və 

susuzluq,  başlıcası  isə  üçüncü  cəhdin  uğursuzluğundan 

yaranan  dilxorçuluq.  Hər  üç  hal  birləşib  yorğunluq  və 

üzünütüyə  çevrilir,  arabir  əsən  həzin  meh  onu  dərin 

xəyaldan yuxu aləminə aparır və Arif şirin yuxu aləmində 

nə qədər olduğunu bilmir. 

Birdən...  çiynində  yumşaq  və  isti  bir  əlin  təması  onu 

şirin  yuxudan  oyadır  və  hüzurunda  iki  nəfəri  görür. 

Onlardan  birini  tanıyır.  Gənc,  alovlu  şair  Tofiq  Bayram 

idi. İkinci nurani kişinin nüfuzedici baxışları onun qəlbinə 

bir an içində işıq saçır. Onlar gəncin mövcud durumu ilə 

maraqlanırlar.  Vəziyyət  onlara  aydın  olur.  Arifdən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

uzaqlaşıb  gedən  iki  nəfər  bir  neçə  dəqiqədən  sonra  geri 



qayıdanda,  onu  yenə  əvvəlki  pəjmürdə  ovqatda  görürlər. 

Nurani kişi Arifə deyir ki, bu saat qalx get o kafeyə (əli ilə 

yaxınlıqdakı  kafeni  göstərir),  onun  sahibinə  tapşırmışam, 

səni  yedizdirib  içizdirəcək,  elə  oradaca  gecələyərsən, 

səhər də 8 tamamda institututa rektorun yanına gedərsən, 

sonrası ilə işin olmasın! 

Bunu  deyən  nurani  kişi  və  yanındakı  şair  Tofiq 

Bayram Ariflə xudafizləşib ona uğurlar arzulayırlar... 

Arif  əvvəlcə  eşitdiklərinə  inana  bilmir.  Ona  elə  gəlir 

ki, yuxu görür: "Bu nədir, bu asta-asta, şirin-şirin danışan, 

aydın baxışlı, nurani kişi kimdir görərsən? Əsl möcüzəyə 

oxşayır  görüb  eşitdiklərim".  Handan-hana  özünə  gəlir  və 

taqətsizliyini  unudub  ayağa  qalxır,  nurani  kişinin  nişan 

verdiyi kafeyə tərəf üz tutur... 

Bütün  gecəni  isə  çimir  vurmur,  səhəri  necə  deyərlər, 

diri  gözüylə  açır.  Vaxtın  çatmasını  səbirsizliklə  gözləyir. 

8-ə  10  dəqiqə  qalmış  instituta  gəlir.  Qapıçı  onu  içəri 

buraxmır.  Vaxt  tamam  olanda  ali  məktəbin  rektoru, 

teatrşünas  alim,  teatra  aid  çoxlu  kitabın  müəllifi  Rahib 

müəllimlə  giriş  qapısında  rastlaşır.  Rektor  üzünə  baxan 

kimi onu tanıyir. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə