İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə93/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   89   90   91   92   93   94   95   96   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bu  günlərdə  köhnə  dostum,  uzun  müharibə  yolu 



keçmiş,  Qarabağ  uğrunda  döyüşlədə  böyük  mərdlik  və 

sücaət göstərmiş, qayğıkeş komandir, cəsarətli zabit Fikrət 

Nəbiyevlə  "Azərbaycan"  nəşriyyatında  görüşdük.  Məni 

görməyə  gəlmişdi.  Doğrudan  da,  illər  öz  işini  görmüşdü. 

Fikrət  yaşa  dolmuşdu.  Əvvəlki  təravət,  şuxluq  onu  tərk 

etmişdi. Axı Fikrət ömrünün artıq 48-ci baharına çatmışdı. 

Mənə  avtoqraf  yazılmış  bir  kitab  bağışladı.  "Siyasi 

təfəkkür" adlanırdı bu kitab. Müəllifi də Fikrət Nəbiyevin 

özü idi. Maraqlandım ki, bu nə kitabdır belə? Yoxsa indi 

də  fəlsəfə  ilə  məşğul  olursan?  Düz  tapmışdım,  Fikrət 

Nəbiyev  hazırda  elmi  fəaliyyətlə  məşğuldur.  AMEA-da 

çalışır.  Fikrət  müəllimin  monoqrafiyası,  fəlsəfə, 

politologiya, siyasətşünaslıq, dövlət  və  hüquq nəzəriyyəsi 

fəndləri tədris olunan ali məktəb müəllimləri və tələbələri 

üçün bir tədris vəsaitidir. 

Sonra F.Nəbiyev mənə iki kaset verdi. "Buyurun, 

baxarsınız, - dedi. Sonra fikrinizi deyərsiniz". Hər iki 

kasetə baxdım. Az.TV-1 lentə alıb. Elə bu yaxınlarda. 

Sənədli filmlər belə adlanır: "Azərbaycan Silahlı 

Qüvvələri", "El bir olsa..." Kino-lentlər Fikrət Nəbiyevə

onun döyüş yoluna, göstərdiyi şücaətə həsr olunub. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

QARABAĞ DÖYÜġLƏRĠ XATIRLANIR 

 

Qeyd edim ki, Fikrət Nəbiyev düz 6 il - 1991-1996-cı 



illərdə  Azərbaycan  Milli  Ordusu  tərkibində  döyüş 

bölgəsində  olmuş,  tabor  komandirinin  müavini,  divizyon 

komandirinin  müavini  və  divizyon  komandiri  vəzifəsində 

xidmət göstərmişdir. Döyüş  yolu Ağdam və Beyləqandan 

keçmişdi. Əvvəldən qeyd etdiyim kimi F.Nəbiyev həm də 

idmanın  karate  və  əlbəyaxa  döyüş  növünə  lazımınca 

yiyələndiyinə görə, təkcə Ağdam döyüş bölgəsində 2000-

dən çox əsgər və zabitin mənəvi və fiziki cəhətdən döyüşə 

hazırlanmasında  fəallıq  göstərmişdir.  Hər  dəfə  məşq 

dövründə  döyüşçülərin  qol  və  ayaq  zərbələrinin  dalğası 

düşməni lərzəyə salardı. Əsgərlər istənilən anda düşmənlə 

əlbəyaxa  döyüşə  girməyə  hazır  idilər.  Məhz  onların  belə 

döyüş  hazırlığı  uzun  müddət  Ağdamın  erməni 

birləşmərinin zəbt etmələrinə imkan verməmişdir. 

İ.İbadoğlunun "Sərkərdə" adlı kitabında ("İşıq", 1995 

səh.  131)  F.Nəbiyevin  öz  ifadəsi  ilə  söylədiyi  hadisənin 

bir  yerində  belə  deyir:  "Tam  silahlanıb  savaş  meydanına 

yollandıq.  Düşmən  Qaralar  və  Əliağalılar  kəndinə 

doluşmuşdu.  Daxili  xidmət  qoşunlarının  bir  qrup  əsgəri 

isə  ağciyərlilik  edib  geri  qaçırdı.  Tanklar  da  onların 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ardınca.  Yaxınlaşıb  Şirin  Mirzəyevə  bu  barədə  məlumat 



verdik.  Elə  bu  zaman  qoçaq  komandir  texnikanı  geri 

qaytarmağa səy göstərib, onları ürəkləndirdi: "Qorxmayın, 

arxanızca  gəlirik".  Dərhal  cinahlara  bölünüb  irəliləməyə 

başladıq.  Şirin  Mirzəyev  hamıdan  qabaqda,  düz  düşmən 

üstünə  yeriyirdi.  Komandirin  şəxsi  heyəti  ilə  köməyə 

göndərdiyimiz polislərin birliyi nəticəsində elə həmin gün 

düşmən  Əliağalılar  kəndindən  uzaqlaşdırılıb  geri 

oturduldu.  Əfsus  ki,  Milli  Qəhrəmanımız  Şirin  Mirzəyev 

bu  döyüşdə  böyük  igidlik  göstərdi  və  şəhidlik  zirvəsinə 

yüksəldi". 



 

FĠKRƏT TERRORUN QARġISINI NECƏ 

ALDI… 

 

Sənədli  filmdə    başqa  bir  mühüm  məsələyə  də 

toxunulur.  Qeyd  olunur  ki,  döyüş  bölgəsində  tez-tez 

təxribatlar  və  terror  halları  da  özünü  göstərirdi.  Elə  bu 

təxribat  nəticəsində  gözəl  insan,  layiqli  tabor  komandiri 

Mustafa  Əliyev  xüsusi  təyinatlı  silahlılar  tərəfindən 

tutularaq,  bir  neçə  gün  dəmir  barmaqlıqlar  arasında 

saxlanılır,  ona  qarşı  fiziki  və  mənəvi  təzyiq  həyata 

keçirilir. Bir gün ayıq komandir Fikrət Nəbiyev görür ki, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

xüsusi  təyinatlı  silahlılar  tabor  komandirini  öldürməyə 



cəhd  göstərirlər.  Onlardan  biri  -  UAZ  markalı  maşının 

qabağında  oturmuş  zabit  avtomat  silahı  maşının 

qapısından  çıxararaq  M.ƏIiyevə  tuşlayıb.  Bunu  görən 

F.Nəbiyev  bir  göz  qırpımında  özünü  xain  təxribatçının 

üstünə tullayır, təhlükə sovuşur. Beləliklə, cəsur və qoçaq 

Fikrət  Nəbiyev  cəldlik  göstərərək  ölümlə  nəticələnə 

biləcək  terror  aktının  qarşısını  almış  olur.  O  vaxtdan 

Mustafa Əliyev ömrü boyu öz xilaskarına minnətdarlığını 

bildirir. 

Həmin gün Fikrət Nəbiyevlə kapitan rütbəsi ilə 

ehtiyata çıxmış keçmiş hərbçi ilə söhbətimiz uzun çəkdi. 

Həmin söhbətdən bəzi məqamları oxucuya təqdim edək. 



-  Fikrət, artıq 8 ildir ki, döyüĢ bölgəsindən 

ayrılmısan. O vaxtdan özünü necə hiss edirsən? 

-  Nə deyim? Son dərəcə narahatlıq keçirirəm. Səbəbi 

aydındır. İyirmi faiz torpaqlarımız  əsir düşüb.  Şuşa, 

Ağdam, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl... qan ağlayır,  

xilaskarlarını  gözləyir. Biz hələ də öz sözümüzü deyə 

bilmirik. İnanın ki, döyüş bölgələri, vuruşduğum yerlər

döyüşçü  dostlarım, ölən və sağ qalanlar hər gecə yuxuma 

girir. Gecələr yuxum ərşə  çəkilir.  Ölənlər, Vətən yolunda 

şəhid olanlar məni qınayırlar ki, torpaqlarımız hələ də 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə