İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə92/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   88   89   90   91   92   93   94   95   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

FĠKRƏT NƏBĠYEV: «BU GÜN DƏ DÖYÜġƏ 

GETMƏYƏ HAZIRAM» 

 

TanıĢlıq 

Çoxdan tanıyırdım onu. Fikrət Nəbiyevi deyirəm mən. 

Düz  20  il  öncə  Bakı  Elektrik  Termik  Avadanlığı 

Zavoduna  yenicə  gəlmişdi.  Gənc  kadr  kimi.  Adına  ilk 

əmək  kitabçası  da  elə  bu  müəssisədə  yazılmışdı.  Ali 

savadiı  mütəxəssis-texnoloq  olan  gənc  Fikrət  o  vaxtkı 

AzPİ-nin  metallurgiya  fakültəsinin  məzunu  idi.  Tez-tez 

redaksiyaya (Mən o zaman Azərelektroterm EİB-də çıxan 

"Məşəl"  adlı  qəzetin  baş  redaktoru  idim)  gələr,  maraqlı 

yazılarla  qəzetdə  çıxış  edər,  təzə  yazdığı  şeirləri  mənə 

göştərər, məsləhətlər alardı. Bir sozlə, Fikrət "Məşəl"in ən 

fəal  müxbirlərindən  idi.  Bir  faktı  da  xatırladım.  Bir  dəfə 

eşitdim  ki,  fotomüxbirimiz  (milliyətcə  yəhudi  idi) 

qəflətən,  bizdən  xəbərsiz  birdəfəlik  İsrailə  köçüb  gedib. 

Belə  bir  vəziyyətdə  Fikrət  əlimizdən  tutdu.  Fotomüxbir 

kimi  də  redaksiyanın    karına  gəldi.  Fikrət  Nəbiyev  çox 

çalışqan,    bilik  və  dünya  görüşünü  zənginləşdirməyə 

çalışan  gənc    kimi  daim  diqqətimi  cəlb  edirdi.    Ucaboy, 

şux qamətli bu gəncin güclü biləkləri var idi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bir  müddət  görünmədi  bu  Fikrət.  Öyrəndim  ki,  hərbi 



xidmətə  çağırılıb,  özü  də  Moskvada  qulluq  edir.  Ancaq 

onu  qınadım  ki,  nə  əcəb  mənimlə  gəlib  görüşməyib? 

Beləliklə,  1983-85-ci  illərdə  Moskva  şəhərində,  hərbi 

hissədə  rota  komandirinin  siyasi  işlər  üzrə  müavini 

vəzifəsində  çalışıb.  Sonra  da  Rusiya  paytaxtında  yaşayıb 

və  işləyib.  Qazancı  da  pis  olmayıb.  Lakin  qəriblik  ona  əl 

verməyib.  Ana  məhəbbəti,  Vətən  həsrəti  hər  şeyə  güc 

gəlib.  Ən  başlıcası  isə  çörəkləri  dizinin  üstə  olan  nankor 

qonşularımızın  bizi  zorla  müharibəyə  sürükləmələri, 

Qarabağ  uğrunda  gedən  qanlı  döyüşlər,  bir  də  Xocalı 

dəhşətləri  Fikrət  Nəbiyev  kimi  vətənpərvər  bir  gənci  heç 

cür rahat qoya bilməzdi. 



VƏTƏN ÇAGIRIR... 

Bəli,  zaman-zaman  türk  qanına  susamış,  qızıldan 

qiymətli 

torpaqlarımız,  yeraltı-yerüstü  sərvətlərimiz 

yuxularına haram qatmış bədnam ermənilər, son bir əsrdə 

(elə  ondan  əvvəl  də!)  dəfələrlə  torpaqlarımıza  hücum 

etmiş, qanlı qırğınlar törətmiş, xalqımızın başına olmazın 

müsibətlər  gətirmiş,  misli  görünməmiş  vəhşiliklər 

törətmişlər. 

Sonuncu 


dəfə 

1988-ci 


ildə 

Qərbi 


Azərbaycanda 

yaşayan 


soydaşlarımızı 

öz 


əzəli 

torpaqlarından  vəhşicəsinə  qovan  ermənilər  Qarabağda 

yaşayan ermənilərə dəstək verərək oradakı soydaşlarımıza 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qarşı  divan  tutmağa  başladılar.  Beləliklə,  Ermənistan-



Azərbaycan,  Qarabağ  münaqişəsi  yarandı.  Növbəti  dəfə 

də 


qəddarlıq 

simasını  nümayiş  etdirən  məkrli 

qonşularımız  bir-bir  rayonlarımızı  işğal  etdilər.  Qeyrət 

qalamız  olan  ulu  Şuşa,  Laçın,  Kəlbəcər...  düşmən  əlinə 

keçdi. Sonra da XX əsrin faciəsi, bəşəriyyətə qarşı ən ağır 

cinayət  kimi  dünya  tarixinə  yazılmış  Xocalı  faciəsi...  Bu 

dəhşətlərdən uzun zaman özünə gəlməyən Fikrət nəhayət, 

dəli  bir  nərə  çəkir:  «Daha  bəsdir!  Yetər!  -  deyir,  - 



qaradan o yana rəng yoxdur! Vətənin bu dar günündə 

kənarda, ondan uzaqlarda qala bilmərəm»... Və beləcə, 

o, yad ölkədən Vətənə, onun müdafiəsinə qayıdır. Onu da 

deyim  ki,  bu  illər  ərzində  Fikrət  kifayət  qədər  bərkdən-

boşdan  çıxmış,  həyatda  bərkimiş,  həm  fiziki,  həm  də 

mənəvi  cəhətdən  möhkəmlənmiş  Fikrət  kimi  oğullar 

Qarabağa hava və su kimi lazım idi. Çünki o, özünü qanlı 

döyüşlərə  tam  hazırlamışdı.  Hərbi  texnikaya  mükəmməl 

yiyələnmiş F.Nəbiyev həm də idmanın karate və əlbəyaxa 

döyüş növlərini mənimsəmiş,  onların  sirlərinə  lazımınca 

bələd olmuşdur. 



 

MÜHARĠBƏNĠN YAZILMAMIġ QANUNLARI 

VAR 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

...1993-cü ilin aprel ayı idi. Bir yas mərasimində, daha 



doğrusu,  qəbiristanlıqdan  qayıdarkən  təsadüfən  mənə 

zillənmiş  tanış  bir  baxışla  qarşılaşdım.  Gözlərimə 

inanmadım.  Zabit  forması  geymiş  enlikürək,  qaynar 

baxışlı gənc mənə tərəf addımladı. Bu, Fikrət Nəbiyev idi, 

baş  leytenant  Fikrət  Nəbiyev!  Sevincdənmi,  bir  neçə  il 

ayrılıqdan  sonrakı  təsadüfi  görüşdənmi,  bəlkə  də 

keçirdiyim  dərin  qürur  hissindənmi,  bilmirəm,  gözlərim 

nəmləndi,  kövrəldim.  Qucaqldaşıb  öpüşdük.  Ayaqüstu 

onun  işi-gücü,  vəziyyəti,  harada  olması  ilə  maraqlandım. 

Cavabları  məni  xeyli  sevindirdi.  Söylədi  ki,  Ağdam 

bölgəsində  vuruşur,  onun  xidmət  etdiyi  batalyon  məşhur 

Qarabağ  döyüşçüsü,  Milli  Ordumuzun  cəsur  komandiri 

Şirin  Mirzəyevin  adını  daşıyır.  Fikrətlə  söhbət  edə-edə 

hiss  etdim  ki,  bu,  bir  qədər  sadəlövh,  çox  şeyə  inanan 

əvvəlki  Fikrət  deyil.  Ölüm-dirim  müharibəsi  onu 

qədərincə 

dəyişdirib, 

sözün 


həqiqi 

mənasında 

müdrikiəşdirib,  dünya  görmüş  bir  ixtiyara  çevirib.  O 

zaman  mənə  məlum  oldu  ki,  müharibənin  öz  qanunları 

var, bəzən yazılmamış sərt qanunları. Sərtlik insanı nəinki 

bir  ildə,  hətta  bir  gündə,  lap  elə  bir  saatda  da  dəyişdirər, 

əvvəlki  şuxluğunu,  şən  və  qayğısız  ovqatını  "oğurlaya" 

bilərmiş, elə Fikrət Nəbiyev kimi. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə