İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə96/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   92   93   94   95   96   97   98   99   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Beyləqana  gəlib,  burada  yaradılmış  özünümüdafiə 



batalyonuna  yazılır.  Döyüş  texnikasına  mükəmməl 

yiyələnən  Fariz  BREM  markalı  maşının  əvvəlcə  atıcısı, 

sonra  isə  sürücüsü  kimi  xidmət  göstərir.  Say-seçmə, 

vətənpərvər  oğullarımızla  çiyin-çiyinə  verib,  məkrli 

düşmənə  müqavimət  göstərən  Fariz  döyüşdən-döyüşə 

mətinləşir, bərkiyirdi. 

1992-ci  ilin  soyuq  dekabrında  gecəyarı  idarə  etdiyi 

hərbi  maşınını  düçar  olduğu  qəzadan  xilas  edən  zaman 

Farizin  sağ  qolu  ilə  sağ  qıçı  sınır.  İsti-isti  ağrıları  hiss 

etməyən  gənc  döyüşçü  döyüşə  atılmaq  istəyir,  lakin 

bacarmır. Ona görə də Farizi evlərinə aparırlar. Evdə cüzi 

müalicə  aldıqdan  sonra  yenidən  soyuq  səngərə  can  atır. 

Kəşfiyyatçı  kimi  fəaliyyət  göstərir,  düşmənin  döyüş 

sursatı  saxlanılan  bir  neçə  anbarını  aşkar  edib 

komandanlığa xəbər verir. Sonra taqım komandiri vəzifəsi 

ona  etibar  olunur.  Onun  başçılıq  etdiyi  taqım  Xocavənd 

istiqamətində  düşmənə  sarsıdıcı  zərbələr  endirir,  bir  neçə 

erməni postunu dağıdıb məhv edir. 

1993-cü  il  sentyabrın  13-də  Farizin  və  onun  başçılıq 

etdiyi taqımın döyüş  yoluna son qoyulur. Həmin gün qaş 

qaralanda,  ermənilərin  tankdan  atdıqları  mərmi  taqımın 

bir  əsgərini  sıradan  çıxarır.  Fariz  isə  başından  və 

ayağından  yaralanır.  Elə  bu  dəm  düşmən  başının  üstünü 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

alır.  Beləliklə,  el  qeyrətli,  Vətən  təəssüfkeşli  Fariz  yağı 



əlinə keçir. Ən dəhşətli günləri də bundan sonra başlanır.  

O,  gozünü  açanda,  özünü  qaranlıq  bir  zirzəmidə 

görür.  Nəhayət  öyrənir  ki,  bura  Xocavənd  həbsxanasıdır. 

Həmin  gizli  zindanda  erməni  cəlladlari  Fariz  kimi 

soydaşlarımızm başına olmazın müsibətlər gətirir, hər gün 

onları  bir  neçə  saat  ölüncəyə  qədər  döyüb,  şil-küt  edir, 

dırnaqlarını  çıxarır,  sonra  da  başlarına  soyuq  su  töküb 

özlərinə  qaytarmağa  çalışırlar.  Daha  sonra  onu  başqa 

əsirlərlə  birlikdə  Xankəndi  zindanına  aparırlar.  Burada 

verilən işgəncələrin dərəcəsi heç bir ölçüyə sığmır. Bütün 

bunlar barədə Fariz Şükürovun özünü dinləyək: 

-  1994-cü  ilin  qızmar  avqust  ayında  biz  əsirləri 

Xankəndi  türməsinə  saldılar.  Burada  erməni  qaniçənlərin 

başımıza  gətirdikləri  müsibətləri  dilə  gətirmək  mənim 

üçün  çətindir.  Erməni  cəlladları  qırılmış  sağ  qolumu 

təzədən  qırdılar.  Ayaq  dırnaqlarımızı  zorla  çıxardandan 

sonra  ermənilər  ufultumuzdan  zövq  alır,  qəhqəhə  çəkib 

gülür,  sonra  da  təhqirə  keçir,  bizə  nalayiq  söyüşlər 

yağdırırdılar. Hər gün beləcə, 3 dəfə yeməkdən qabaq bizə 

işgəncə verirdilər. Sonra da bir qab su, bir tikə quru çörək 

verirdilər. 

Söhbət zamanı müsahibimdən soruşuram: 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  Fariz,  əsirlikdə  olduğun  dəhĢətli  aylar  ərzində 

səni sarsıdan daha hansı bir hadisəni xatırlayırsan? 

Sözünə bir qədər ara verib deyir: 

- Əsirlikdə olduğumu 36 ayın hər dəqiqəsi, hər anı öz 

dəhşətləri,  vahimə  və  əzabları  ilə  yaddaşıma  əbədi  həkk 

olub.  Amma  bütün  gördüklərimin,  şahidi  olduqlarımın 

fövqündə  dayanan  bir  hadisə  daha  müsibətli  idi.  Şaxtalı 

dekabr günlərinin biri idi. Aramızda adını unutduğum bir 

masallılı  gənc  vardı.  Çox  cəsarətli,  igid  oğlan  idi. 

Ermənilərin  heç  bir  təhqirinə  dözmür,  cavablarını 

yerindəcə  yerirdi.  Bunu  görən  erməni  vəhşiləri  bir  gün 

onun  əl-qolunu  bağladılar.  Aparıb  küçədə  asfalt  yolun 

ortasında qoydular. Bu zaman bir maşın gurultusu eşidildi. 

KamAZ  idi.  Sürətlə  gəlib  əli-qolu  bağlı  əsirin  üstündən 

keçdi.  Sonra  da  onun  xurd-xəşil  olmuş  sümüklərini 

yandırıb  külə  döndərdilər  ki,  izi-tozu  qalmasın.  Budur 

erməni xisləti, erməni qəddarlığı... 



-  Fariz, bəs necə oldu ki, əsirlikdən xilas oldun? 

-      Erməni    cəlladlarının    vəhşilikləri  Qırmızı  Xaç 

Cəmiyyətinə bəlli idi. Bir gün bu xeyirxah cəmiyyət necə 

oldusa  bizdən  xəbər  tutdu.  Görünür,  bu  da  Ulu  Tanrının 

işidir.  O  vaxt  mənim  vəziyyətim  çox  ağır  idi. 

Xankəndində  xəstəxanada  yatırdım.  Sağalacağıma,  sağ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qalacağıma ümidim yox idi. 1995-ci ilin iyununda bizi, 15 



nəfər ölümcül yaralı əsiri buraxdılar. Məni birbaşa sərhəd 

qoşunları  xəstəxanasına  apardılar.  Ciddi  müalicə 

olundum. Bədənimdə və başımda "yuva salmış" qəlpələrin 

bir  hissəsini  çıxara  bildilər.  Amma  bədənimdə  hələ  də 

qəlpələr qalıb... 

Mən  Fariz  Şükürova  Respublika  Həkim  Ekspertizası 

və  Əlillərin  Sosial-Əmək  Reabilitasiyası  Mərkəzində 

görüşdüm.  Növbəti  dəfə  müalicə  olunmağa  gəlmişdi. 

İkinəfərlik palatada qalırdı. Palata yoldaşı onunla birlikdə 

6  ay  Xankəndi  həbsxanasında  olmuş  əslən  türk  olan 

məşhur  döyüşçü,  ermənilərin  işgəncələrinə  dözüb  tab 

gətirən  Atilla  Yumakdır.  Atillanın  qəribə  taleyi  var.  O, 

Xocalı soyqırımını Türkiyədə televiziyada görəndən sonra 

Azərbaycana  gəlib,  könüllü  surətdə  Qarabağ  uğrunda 

döyüşlərdə  şücaət  göstərən  türk  oğludur.  Atilla  uzun 

müddət  ölüm  kamerasında  yatıb.  Lakin  məkrli  ermənilər 

bu qeyrətli türk oğlunun iradəsini qıra bilməyiblər.  

Əzabkeş  qəhrəmanlar-erməni  əsirliyində  hər  an 

ölümlə  üzləşən  Fariz  və  Atilla  II  qrup  əlildirlər.  Lakin 

aldıqları  pensiya  ömürlük  xəstəliyə  məruz  qalmış 

müharibə  əlillərinə  kifayət  etmir.  Bundan  başqa  yerlərdə 

lazımi qayğı və mənəvi dayaq da görmürlər.  




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə