İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə98/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   94   95   96   97   98   99   100   101   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

- Gəl,  göygöz oğlan, buyur içəri, dünən hörmətli  Mir 



Cəlal müəllim (Paşayev) sənin barəndə mənimlə telefonla 

danışıb. Darıxma, institutumuzun tələbəsi olacaqsan! 

Beləliklə, Arif Quliyev möcüzə nəticəsində institutun 

tələbələri  ordusu  sırasına  daxil  olur.  O  gündən      bu   

yaxınlarda    Azərbaycan  ictimaiyyəti    tərəfindən  100  yaşı 

təntənə  ilə  qeyd  olunan  görkəmli  ədəbiyyatşünas  alim, 

ömrünün  50  ilini  Azərbaycan  Dövlət  Universitetində 

qayğıkeş  pedaqoq  kimi  müqəddəs  peşəyə  həsr  etmiş  Mir 

Cəlal  Paşayevi  həmişə    minnətdarlıqla  yad  edir, 

vəfatından sonra isə müqəddəs ruhuna dualar oxuyur, ulu 

Tanrıdan ona rəhmət diləyir. 

Arif Quliyev onu da yaxşı bilir ki, Mir  Cəlal  müəllim 

ali məktəbdə dərs dediyi  illər ərzində neçə-neçə tələbənin 

əlindən  tutmuş,  ona  təmənnasız  atalıq  qayğısı  göstərmiş, 

onların  elmin  çətin  yollannda  uğurla  addımlamalarında 

köməyini  əsirgəməmiş,  gənclərin  yolunda  mayak 

olmuşdur. 

Xalq 


şairi 

Nəriman 


Həsənzadə 

bu 


dediklərimizə  canlı  şahiddir.  Elə  bu  sətirlərin  müəllifi  də 

ali məktəb illərində ona dərs  demiş, nurdan xəlq olmuş bu 

ali  insanın  tələbələrinə  göstərdiyi  atalıq  qayğısını 

mətbuatda  gedən  yazılarında  əks  etdirmisdir.  Təkcə  bu  

nəcib  və  xeyirxah  insanın  bir  cəhəti  barədə  onu  demək 

kifayətdir  ki, Mir Cəlal müəllim  dərs dediyi tələbələrə 5 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

və  4-dən  aşağı  qiymət  verməzdi.  Əks  təqdirdə,  onlar 



möhtac  olduqları  təqaüddən  məhrum  olardılar.  Əslində, 

tələbələrin özləri də əziz müəllimlərinin yüksək qiymətinə 

layiq cavab verirdilər.  

Bəli,  tanmmış  aktyor  Arif  Quliyev  kimi    qədirbilən  

sənətkarlar  nəciblik  və  xeyirxahlıq      mücəssəməsi  olan 

Mir  Cəlal  müəllimi  həmişə  hörmətlə  yad  edir,    "qəbri 

nurla dolsun" söyləyirlər. 

2009-cu il 

93 YAġLI ELMĠ KĠTABXANA 

 

SÖHBƏT AZƏRBAYCAN DÖVLƏT 

UNĠVERSĠTETĠNĠN ELMĠ KĠTABXANASINDAN 

GEDĠR 

 

Respublikamızın  ən  böyük  ali  təhsil  ocaqlarından 

biri olan Azərbaycan Dövlət Universitetinin (ADU) Elmi 

kitabxanasının  93  yaşı  var,  yəni  bu  elmi  mərkəz 

universitetin  özü  ilə  həmyaşdır.  Belə  ki  BDU  1919-cu 

ildə 

yaradılarkən,  onun  ilk  rektoru,  professor 

V.Y.Razumovskinin 

təşəbbüsü 

ilə 

ali 

məktəbin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

strukturunda  önəmli  yeri  olan  kitabxana  təşkil 

olunmuşdur.  İlk  dəfə  onun  fondunda  cəmi  250  nüsxə 

ədəbiyyat olub. O vaxtdan uzun illər keçib. Arxada qalan 

illər ərzində kitabxana da böyüyüb, kitab fondu da xeyli 

artıb. Müxtəlif illərdə kitabxanaya səriştəli biblioqraflar 

rəhbərlik edib. Hazırda isə Elmi kitabxananın direktoru 

Sara  İbrahimovadır.  Bu  gün  ömrünün  müdrik  çağını 

yaşayan 72 yaşlı Sara xanım 51 ildir ki, BDU-nun Elmi 

kitabxanasında  çalışır.  Bütün  bilik  və  bacarığını  bilik 

mənbəyi  olan  kitabxananın  inkişafına,  onun  müxtəlif 

kitablarla  zənginləşməsinə  həsr  edib.  Axı  Sara  xanımın 

özü  də  bu  ali  təhsil  ocağının  yetirməsidir.  1962-1967-ci 

illərdə 

BDU-nun 

(hazırda 

ADU) 

şərqşünaslıq 

fakültəsinin  kitabxanaçılıq  və  biblioqrafiya  bölməsində 

ali  təhsil  alıb  və  1962-ci  ildən  hazırda  rəhbərlik  etdiyi 

elmi  kitabxanaya  ömürlük  bağlanıb.  Əvvəlcə  bu  elm 

xəzinəsində  kitabxanaçı,  sonra  şöbə  müdiri  işləyib. 

Təşkilatçılıq  bacarığı  və  təşəbbüskarlığı,  zəngin  təcrübə 

və  kollektivlə  işləmək  səriştəsi  nəzərə  alınaraq  1984-cü 

ildən onu Elmi kitabxanaya direktor təyin edirlər.  

Sara  xanımın  uzun  illər  eyni  kollektivdə  göstərdiyi 

qüsursuz  fəaliyyəti  layiqincə  qiymətləndirilib.  SSRİ  Ali 

və  Orta  İxtisas  Təhsil  Nazirliyinin  «Əməkdə  qazanılmış 

yüksək  uğurlara  görə»  döş  nişanı,  «Tərəqqi», 

Azərbaycan  Respublikasının  Ailə,  Qadın  və  Uşaq 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə