İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə106/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   102   103   104   105   106   107   108   109   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Xudaverdiyevin  ailəsində  doğulmuşdu.  O,  böyük  istedad 



idi. Sənət eşqi ilə çırpınan Tahirin kiçik qəlbində ilahi bir 

sevgi  var  idi.  Teatrda  onu  sevir,  sənətə  məhəbbətini 

alqışlayır,  böyük  aktyor  olacağına  əmin  idilər.  Çünki 

Tahir  yalnız  səhnə  üçün  doğulmuşdu,  səhnə  ilə  nəfəs 

alırdı. Teatr səhnəsində bir-birindən fərqli neçə-neçə uşaq 

obrazı 


yaratmış, 

tamaşaçı 

sevinci 

qazanmışdı. 

Ümumiyyətlə,  Tanrı  ona  hərtərəfli  istedad  bəxş  etmişdi. 

Bir  neçə  musiqi  alətində  çalmağı  bacaran  Tahir  həm 

ustadlı  fotoqraf,  həm  də  zərgər  dəqiqliyi  ilə  işləyən 

inşaatçı idi. İlahi, bir kiçik qəlbə nə qədər sevgi sığarmış?! 

Amma  onlardan  ən  güclüsü  Vətən  sevgisi,  Vətən 

məhəbbəti  idi.  Bu  sevgi,  bu  tükənməz  məhəbbət  isə 

birdən-birə  yaranmamışdı.  Damla-damla  hopmuşdu 

Tahirin  canına,  qanına.  Hələ  Krımda  əsgəri  xidməti  başa 

vuranda  ona  orada  qalıb  işləməyi,  firavan  yaşamağı  vəd 

etsələr də, Vətən məhəbbəti hər şeyə güc gəldi və nə yaxşı 

ki Tahir geri qayıtdı. Bu elə bir vaxt idi ki, Azərbaycanda, 

Qarabağda      müharibə  gedirdi.  1992-ci  il  idi.  Milli  ordu 

yaranırdı.  Tahir  də  həmin  orduya  könüllü  yazılır. 

Beləliklə,    onun    Vətənin  müdafiəsinə    qoşulduğu  tarix 

1992-ci  il  sentyabr  ayının  22-dən  başlanır.  Ağdam 

cəbhəsində  döyüşlərdə  iştirak  edir.  Sonrakı  döyüş  yolu 

Sırxəvənd,  Çaldıran,  Drambon  yaşayış  məntəqələrindən 

keçir.  Dəfələrtə  ölümün  bir  addımlığında  olur.  Ağır 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

döyüşlərin birində mühasirəyə düşdüklərini, hərbi sursatın 



tükəndiyini  görən  Tahirgil  özlərini  ölülüyə  vuraraq  

meyitlərin  arasında uzanırlar. Erməni   vəhşiləri meyitlərə 

yaxınlaşaraq onları bir-bir təpikiəyib üstlərindən  keçirlər. 

Həmin təpik zərbələrinə Tahir və döyüs dostları da dözüb 

cınqırlarını  belə  çıxarmırlar.  Qaş  qaraldığından,  bir  şey 

başa düşməyən ermənilər meyitlərin hamısını ölmüş bilib 

oradan uzaqlaşırlar. Ertəsi gün köməyə gələn əsgərlərimiz 

Tahirgili mühasirədən çıxarmağa müvəffəq olurlar. 

Cəsur  Vətən  oğlu  Tahirin  döyüş  yolu  1994-cü  il 

aprelin  15-də  Aşağı  Veysəllidə  başa  çatır,  ömür  yoluna 

burada son qoyulur. Həmin gün Tahir yaralanmış silahdaşı 

Akifi  xitas  etmək  istəyərkən  ayağı  altında  partlayan 

düşmən  mərmisindən  yaralanıb  yerə  çökür.  Lakin  bir  an 

özündə  güc  toplaylb  dikəlmək  istəyir.  Elə  bu  an  yağı 

gülləsinə  tuş  gəlir.  Köksünə  sancılan  güllə  onu  al  qana 

boyayır  və  Tahirin  həyatı  beləcə  yarımçıq  kəsilir.  Tahir 

Xudaverdiyev 28  yaşına bir ay qalmış hər şeydən əziz və 

müqəddəs bildiyi Vətən yolunda canını qurban verir.  

Tahir  qalsaydı,  38  yaşı  olardı.  Tanınmış  aktyor 

müxtəlif  səpkili  rollar  ifa  edərdi.  Amma  sonuncu  əbədi 

obrazı  şəhid  rolu  oldu  və  bu  rola  öz  ömrünü  fəda  etdi. 

Səhnə onun döyüş meydanı oldu. Belə bir rolu ifa etmək 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

hamıya  nəsib  olmur.  Yalnız  Vətən  aşiqləri  belə  bir  rolu 



oynaya bilər. Elə Tahir kimi Vətən aşiqləri. 

Məmmədağa  Ağarzaoğlunun  "Candan  əziz"  kitabı 

onun Vətən uğrunda həlak olmuş, bahar çiçəkləri kimi tər 

və  növcavan  gənclərimizin  müqəddəs  ruhuna  layiqli 

töhfəsidir. 

2008-ci il, “Qarabağa aparan yol” qəzeti 

 

*** 



GÖZLƏRĠMDƏN YAĞIġ YAGIR, GƏL 

YUYUN... 

 

Həsənoğludan  üzübəri  müdrik  və  qədirbilən 

Azərbaycan  xalqının  mayasının  şeirlə,  musiqi  ilə 

yoğrulduğu  zaman-zaman  təsdiq  olunmuşdur.  Hər  biri  4 

misralıq  bayatılarımızda,  şirin-şəkər  laylalarımızda,  xalq 

mahnılarımızda  dərin  məna  yükü,  yüksək  ülvi  məhəbbət, 

bakirəlik,  övlad  sevgisi,  Vətən  və  yurdsevərlik  duyğuları 

üstünlük təşkil edir. Elə bunun nəticəsidir ki, qısqanclıq və 

paxıllıq  hissi  ilə  alışıb-yanan  nankor  və  bədnam 

qonşularımız  hikmət  dolu  xalq  mahnılarımızı,  musiqi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

alətlərimizi,  hətta  milli  yeməklərimizi  belə  mənimsəmək 



üçün  dəridən-qabıqdan  çıxırlar.  Amma  dünya  xali  deyil, 

şəri-şeytan, quru böhtan və iftira ilə nəfəs alan ermənilərin 

paxırı  açılır,  hər  şey  öz  sahibinin  adı  ilə  tanınmağa 

başlayır. 

Bəli,  Azərbaycan  istedadlar  ölkəsidir.  Bu  ölkə  dərin 

zəkalar,  müdriklər  məmləkəti  kimi  zaman-zaman 

mütəxəssislərin diqqətini cəlb edir. Bu xalqa şair xalq da 

deyirlər.  Burada  bir  həqiqət  var.Hansı  xalqda  Nizami, 

Nəsimi,  Füzuli,  Xəqani,  Vidadi,  Zakir,Vaqif,  Səməd 

Vurğun,  Bəxtiyar  Vahabzadə,  Məmməd  Araz,  Xəlil  Rza 

Ulutürk    kimi  bəşəri  şairlər  var,  hansı  xalqın  XII  əsrdə 

Məhsəti kimi dünyaya öz rübailəri ilə səs salan qadın şairi 

olub?  Bəli,  Azərbaycan  xalqı  şair  xalqdır.  Amma  bu 

xalqın  şair  övladı  olmaq  böyük  məsuliyyət  tələb  edir. 

Çünki  gərək  yuxarıda  adlarını  sadaladığım  klassik 

şairlərə,  həmin  o  söz  xiridarlarına  layiq  sözlərdən 

yoğrulmuş  seir  nümunələri  yarada  biləsən  ki,  onların 

müqəddəs ruhları inciməsin. Əfsus ki, həmişə belə olmur. 

Xüsusən  də  bugünkü  durumda.  Necə  deyərlər,  papağı 

kimə atırsan "şair"ə dəyir. Yenicə çapdan çıxmış belə hər 

hansı  bir  ―şair‖in  kitabını  ələ  almağa  peşman  olursan. 

Hələ bir kitaba yazılmış annotasiyada "bu, şairin işıq üzü 

görmüş  5-ci,  yaxud  10-cu  kitabıdır"  sözləri  adamı  şok 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə