www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
ocağına rektor təyin edildikdən sonra onun səyi,
təşkilatçılıq bacarığı, elm və təhsilə himayədarlığı
nəticəsində kitabxanaya xüsusi diqqət ayrıldı. MDB
ölkələri ilə kəsilmiş əlaqələr rektorun səyi ilə bərpa edildi.
Belə ki universitetin profili üzrə elmi jurnallar alınıb
kitabxanaya gətirildi. Çap şəklində elmi informasiya
mənbəyi olan reteraktiv jurnalların abunə qiymətlərinin
həddindən
artıq
baha
olmasına
baxmayaraq,
Azərbaycanda təkcə universitet kitabxanası həmin
jurnalların abunəsini bərpa etdi. Onu da bildirim ki, Elmi
kitabxanamız hələ 1971-ci ildən ali və orta ixtisas
kitabxanalarının Metodiki Mərkəzi adını daşıyır.
- Sara xanım, kitabxananızın baĢqa dünya ali
məktəblərin kitabxanaları ilə əlaqələrinin vəziyyəti
necədir?
- Elmi kitabxanamız dünyanın 12 ölkəsinin 50
universitet kitabxanası və elmi müəssisələri ilə kitab və
informasiya mübadiləsi yaratmağa nail olmuş, oxucular
üçün 10 elektron məlumat bazasından rahat istifadəni
təmin etmişdir.
2012-ci il
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Xeyirxah ziyalılarımız
MILLƏTIN XĠLASKARI
ÜMUMMĠLLĠ LĠDERĠMĠZ HEYDƏR ƏLĠYEV
HAQQINDA POEMA
XX əsr bəşəriyyətə bir sıra dünya şöhrətli tarixi
şəxsiyyətlər bəxş etmişdir. Onlardan biri də əbədi
prezidentimiz, ümummilli və əbədiyaşar liderimiz Heydər
Əliyevdir. Onu ulu Tanrı çox sevdiyi Azərbaycan xalqına
xilaskar övlad kimi göndərmişdi. Xalqın bu müdrik oğlu,
bu müqəddəs torpağa bağlı olan, onu canından artıq sevən,
azərbaycanlı olması, bu xalqın dilində danışması ilə fəxr
edən Heydər Əliyev də mübarizələrlə dolu keşməkeşli
həyatını bu xalqın səadəti yolunda şam kimi qətrə-qətrə
əritdi, amma onu dünya miqyasında tanıtdı, Azərbaycanı
dünyaya inteqrasiya etdi.
Beləcə, 34 il Azərbaycanın beşiyi başında ayıq-sayıq
dayandı, "Heydər Əliyev-Xalq, Xalq- Heydər Əliyev"
zərb-məsəlinə çevrildi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Hünəri, şücaəti, əməlləri, şəxsiyyəti qalın-qalın
kitablara sığmayan bu fenomenal insan haqqında nə qədər
bədii və sənəd əsərləri yazılıb, yazılır və bundan sonra da
hələ çox-çox yazılacaq. Çünki Heydər Əliyev yaradıcı
adamlara ilham verən elə bir dəryadır ki, yazdıqca həmin
dəryanın suyu nəinki azalmır, əksinə, daha da çoxalır.
Çünki ulu öndərimiz elmin bütün sahələri üçün bütöv
universitet, yaradıcılıq məktəbidir.
Budur, ümummilli liderimizə həsr olunmuş yeni bir
əsər qarşımızdadır - görkəmli şair və publisist ZEYNAL
VƏFANIN "Azərbaycan" nəşriyyatında yenicə işıq üzü
görmüş "Millətin xilaskarı» poeması. Bəri başdan qeyd
edək ki, səmimi xoş bir ovqatla qələmə alınmış poemanı
birbaşa oxuyub axıra çıxdım. Kitabın adından da
göründüyü kimi, müəllif əsərdə xalqımızın dahi oğlu,
əbədiyaşar liderimiz, bəşəri ideyalar və böyük əməllər
sahibi Heydər Əliyevin oddan-alovdan çıxmış, dünyanın
nəhəng siyasətçiləri ilə döyüşlərdə öz zəngin həyat
təcrübəsi, fəhmi, siyasi yetkinliyi ilə qalib çıxmış mənalı
ömür yolunu faktlarla, şirin bir şeir dili ilə təsvir etmişdir.
Şair poemanın elə ilk misraları ilə oxucunu cəlb edir:
O, xalqına ən vəfalı oğuldu,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
GülüĢüylə qaranlıqlar boğuldu.
BeĢ addımlıq bir daxmada doğuldu,
BeĢ qitənin Ģöhrətinə döndü o.
Görürsünüzmü, bu 4 misralıq şeirdə istedadlı şair
ustalıqla Heydər Əliyevin tərcümeyi-halını verə bilir, yəni
Zeynal Vəfanın xalqının bu vəfalı oğlunun öz gülüşü ilə
qaranlıqları boğa bilmək qabiliyyətini, 5 addımlıq bir
daxmada doğulan qəhrəmanın sonradan dünyanın 5
qitəsinin şöhrətini qazanmaqla bütün dünyada tanınmasını
lakonik şəkildə təsvir etmişdir. Sonra da şair onun qəlbini
türkün inanc yeri olan Kəbə evinə bənzədir, zəka nurunun
neçə-neçə ölkəyə işıq saçdığını, kainatda ən işıqlı planet
olduğunu qələmə alır. Bakı-Ceyhan kəmərini nur məbədi
olan Heydər atanın qolları hesab edən şair onun iş
otağının 60 milyon ər ürəklə (bütün azərbaycanlılarla)
döyündüyünü bildirir.
Z.Vəfa qəlbi bu xalqla döyünən Heydər Əliyevin
başqa mərd xalqları da öz xalqı kimi sevdiyini təsvir edir,
onu bir sərkərdə kimi yeni dünya quran dahi bir insana
bənzədir, "öz ömründən milyon-milyon ömürlərə sevinc
payı göndərən bu bənzərsiz şəxsin ümman qəlbindən söz
Dostları ilə paylaş: |