İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə101/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   97   98   99   100   101   102   103   104   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

açır". Deyir ki, "mərdanəlik və ali fikir yarışında heç kim 



ona  çata  bilməzdi,  dünyadakı  bütün  dağlar  üst-üstə 

qalansa  belə,  yenə  də  o  dahinin  zirvəsinə  çata  bilməzdi". 

Doğrudan da, Heydər Əliyev əlçatmaz bir zirvə idi. Sonra 

şair  Heydər  Əliyevin  nəhəng  sovet  ölkəsində,  Moskvada 

işlədiyi  illəri  yada  salır,  onun  əsrin  nəhəng  tikintisi  olan 

Baykal-Amur 

dəmir 

yolunda 


göstərdiyi 

titanik 


fəaliyyətindən  söhbət  açır,  bir  millətin  oğlu  olan 

qəhrəmanının  yüz  millətin  keşiyində  dayandığını  önə 

çəkir,  sevən  qəlbinin  millətlər  arasında  mənəvi  körpü 

olduğundan fəxr duyur. 

İllər  dəyişir,  Qorbaçov  dövrü  başlayır,  Z.Vəfa  isə  o 

dövrü belə təsvir edir. 



 

Zaman gəldi... ağ günümüz  

qara rənglə naxıĢlandı.  

Ġmperiyanın baĢ kürsüsü  

Qorbaçov tək bir iblisə bağıĢlandı. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Həmin  iblis  Qorbaçov  ki,  Heydər  Əliyev  zəhmindən, 



onun  zəkasından,  siyasi  yetkinliyindən  lərzəyə  gəlmişdi. 

Ona  görə  də  müxtəlif  bəhanələrlə  Əliyevi  tutduğu 

vəzifədən  uzaqlaşdırmaq  istəyirdi,  elə  uzaqlaşdırdı  da. 

Bununla  belə,  imperiyanın  bu  iblis  nökəri  xalqımızın 

mübariz  oğlunun  iradəsini  sındıra  bilmədi.  O,  xalqımız 

üçün  çətin  günlərdə  -  20  Yanvar  faciəsi  baş  verəndən 

sonra  ilk  dəfə  olaraq  Moskvada  Rusiya  səfirliyinə 

gedərək,  Azərbaycanın  haqq  səsini  dünyaya  bəyan  etdi. 

Qorbaçovun  Bakıya  qoşun  göndərməsi  kimi  ağlasığmaz 

hərəkətini pislədi. 

Şair  Heydər  Əliyevin  Azərbaycanın  çətin  vaxtında, 

məmləkətin  ölüm-dirim  dilemması  qarşısında  qaldığı 

ərəfədə  xalqının  tələb  və  təklifi  ilə  ulu  Naxçıvandan 

Bakıya qayıtmasını təsvir edərək deyir: 



 

... Mizrab altda yanan teldik,  

Biz Babəksiz Bəzz qalası,  

Koroğlusuz Çənlibeldik... 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Misralardakı  bədii  təsvir  vasitələrini  görürsünüzmü? 



Şair  ümidsiz  xalqı  "mizrab  altda  yanan  tel"ə,  döyüş 

meydanında "Koroğlusuz Çənlibel"ə bənzədir. 

Daha 

sonra 


"millətin 

xilaskar"ı  müəllifi  öz 

qəhrəmanının  ikinci  dəfə  Azərbaycana  gəlişini,  xilaskar 

kimi havadar çıxmasını tutarlı misralarla belə təsvir edir: 

 

Qara günlü talelərin,  

Ən iĢıqlı ovqatıydı.  

O, göylərin hədiyyəsi, 

Ġlahinin sovqatıydı.                       

 

O, əvəzsiz bir məlhəmdi,  

Ürəkərin yarasında, 

O müqəddəs bir elçiydi,  

Yaradanla millətinin arasında. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Dahi  öndər  fiziki  cəhətdən  bizimlə  deyil.  Onun 



yoxluğu  hər  yerdə  özünü  göstərir.  Amma  ümumilli 

liderimiz  ürəklərdə  əbədi  məskən  salıb,  qəlblərdə 

heykəlləşib. Bu yoxluğu Zeynal Vəfa belə səciyyələndirir. 

 

O, əlçatmaz, o, ünyetməz,  

Qalibiyyət qalasıdır.  

Millətimin ürəyində,  

Millətimin özü kimi  

Əbədilik qalasıdır. 

 

Şairin  qeyd  etdiyi  kimi  əbədiyaşar  liderimiz  "Yeni 



dünya  qurub  getdi  və  gedən  zaman  bir  oğul  bəxş  elədi 

xalqımıza". 



 

Bir oğul ki,  

Oğulların gözüdür o.  

Öz ağlıyla, kamalıyla,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Öz müqəddəs amalıyla,  

Canlı Heydər atamızın  

Özüdür o. 

 

"Millətin  xilaskarı"  həzin  bir  nəğmədir,  oxuduqca 



oxumaq  istəyirsən.  Çünki  şirin,  sadə  bir  dillə  qələmə 

alınıb. Misralar çox axıcı və lakonikdir. Şair az sözlə çox 

mətləblər  açır.  Bədii  təsvir  vasitələrindən  yerli-yerində 

məharətlə  istifadə  edir,  bu  da  poemanı  oxunaqlı,  ləngərli 

edir. 

Bütövlükdə,  "Millətin  xilaskarı"  əsərini  Zeynal 

müəllimin  böyük  uğuru  sayıram  və  hesab  edirəm  ki, 

poema ümummilli liderimizin əziz xatirəsinə layiqli bir 

töhfədir. 

“Naxçıvan” qəzeti, 

17.XII. 2004 

 

 

MƏNƏVĠ SAFLIĞA SƏSLƏYƏN BAYATILAR 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə