İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə103/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   99   100   101   102   103   104   105   106   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qeyrət  qalamız  olan,  «Qafqazın  konservatoriyası» 



adlandırılan,  musiqiçilər  beşiyi  Şuşanın  işğal  altında 

qalmasından  haray  qoparan  şairənin  bir  bayatısını  necə 

ürəkağrısı ilə dinləməyəsən? 

 

Gözəl Vətən ġuĢa, hey! 

Hamı getdi huĢa, hey! 

Qara buludlar gəlir 

Qılıncım, gəl cuĢa, hey! 

 

Bənddəki 



tükürpədən,  cihada  səsləyən  haray 

vətənpərvər qızın mübarizə əzmindən xəbər verir. 

Kitaba  daxil  edilmiş  bir  sevgi  bayatısını  nəzərdən 

keçirək: 



 

Əzizim, dodaq gözəl,  

Dil gözəl, dodaq gözəl,  

Busə ver çıxım gedim, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Odlansın dodaq, gözəl! 

 

Bu  bayatıdakı  təbiilik,  ülvilik,  vurğunluq  şairin  iç 



dünyasının axıb misralara süzülüb və söz sahibinin zəngin 

mənəviyyatından xəbər verir. 

Azərbaycanın 

say-seçmə 

söz 

ustadlarından 



akademiklər  Bəkir  Nəbiyev  və  Teymur  Bünyadovun, 

filologiya  elmləri  doktorları  Məhərrəm  Qasımlı  və 

AMEA-nın  müxbir  üzvü  Teymur  Kərimlinin  Xədicə 

Muradın  «Dupduru bulaq kimi bayatılar» kitabı haqqında 

yüksək  fikir  söyləmələri,  onun  sehrli-sirli  dünyasının 

zənginliyindən  söhbət  açmaları  əsərin  dəyərinə  verilən 

yüksək  qiymətdir.  Belə  bir  mənəvi  saflığa  səsləyən 

bayatılardan ibarət sanballı kitabı ilə oxucuların görüşünə 

gələn  Xədicə  xanımın  hər  iki  sahədə  böyük  uğurları 

irəlidədir. 

 

2010-cu il 

AZIB GƏLMĠġƏM DÜNYAYA… 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Gənc şair Qurban Cəbrayılın "Gənclik" nəşriyyatında 



yenicə  işıq  üzü  görmüş  şeirlər  kitabı  belə  adlanır.  Dövrü 

mətbuatda  çoxdan  jurnalist-publisist  kimi  tanınsa  da, 

"Azıb gəlmişəm dünyaya" şair olaraq onun oxucularla ilk 

görüşüdür.  Kitaba  Q.Cəbrayılın  acılı-şirinli  uşaqlıq 

illərindən  indiyə  kimi  qələmə  aldığı  müxtəlif  ovqatlı 

şeirlərindən nümunələr və poeziya yollarına cığır salmağa 

başladığı  çağlarda  söz  xiridarlarından  aldığı  xeyir-dualar 

cəmlənib. 

Qurban  Cəbrayıl  33  il  əvvəl  dünyanın  ən  gözəl 

guşələrindən  biri  olan  Zaqatalanın  Muğanlı  kəndində 

doğulub. Çayların zümzüməsi ilə yuxuya gedən, meşələrin 

pıçıltısı,  bülbüllərin  cəh-cəhi  ilə  yuxudan  ayılan  balaca 

Qurbanın kiçik qəlbində ana təbiətə məhəbbət hissi erkən 

yaşlarından  baş  qaldırıb.  Bu  bakirə,  mübhəm  hisslər  çox 

keçmədən  onu  sehrli  şeir  dünyasına,  poeziya  aləminə 

səsləyib.  Həmin  hissləri  şeir  dilinə  çevirmək  üçün. 

Q.Cəbrayılın  saf,  təmiz,  bakirə  hiss  və  duyğuları  bahar 

ətirli  şeir  nümunələrinə  çevrilib.  O,  erkən  yaşlarından 

məhz  özünə  məxsus  şeir  boxçasından  çələng  verməyə 

başlayıb. Doğma yerlərə məhəbbət, ömürlük qəlbə hakim 

kəsilən  gənclik  duyğuları,  təbiətə  vurğunluq  onun 

ilhamına  qida  verib,  poeziya  dünyasında  sözün  qüdrətinə 

tapınıb,  ondan  maya  tutub,  poetik  hisslər  yaradıcılıq 

yoluna işıq salıb. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qurbanın  şeirlərindəki  təbiilik,  sadəlik,  ən  başlıcası 



isə  özünəməxsusluq  elə  o  vaxt  diqqət  çəkib.  Belə  ki  15 

yaşında  ikən  "Zaqatala"  qəzetinin  məsul  katibi  Zemfira 

Nəsibova  gənc  Qurbanın  yaradıcılığındakı  ümidverən 

poetik  qığılcımları  aşkar  edib,  ona  mənəvi  dayaq  durub, 

barəsində ürəkaçan sözlər söyləyib. Bu isə gənc şairə qol-

qanad verib, özünə inamını artırıb. 16 yaşında isə (1987-ci 

ildə)  şair  Vaqif  Bəhmənli  "İşıqlı  duyğular"  adı  altında 

gənc  qələm  dostuna  öz  xeyir-duasını  verib,  həm  də 

şeirlərini  dərc  etdirib.  Bütün  bunlar  işıqlı  duyğulu  gənc 

şairin məsuliyyətini daha da artırıb. Onu poeziya aləmində 

təzə söz deməyə səfərbər edib. 

Qurban  Cəbrayıl  həm  də  jurnalist  peşəsini  seçib. 

1997-ci  ildə  BDU-nun  jurnalistika  fakültəsinin  məzunu 

olub.  Bundan  sonra  həm  şeirləri,  həm  də  publisistik 

məqalələri  ilə  dövrü  mətbuatda  çıxış  edib.  Və  bu  gün  də 

"Nəbz" qəzetinin baş redaktorudur. 

Təcrübə  göstərir  ki,  jurnalist  şinelindən  çıxan  qələm 

əhlinin - şair və yazıçının əsərləri daha çox sığallı, yatımlı, 

ölçülü-biçili  olur.  Bunu  Qurban  Cəbrayılın  əlimizdə  olan 

şeirlər toplusu da təsdiqləyir. 

Belə  ki  "Azıb  gəlmişəm  dünyaya"  kitabındakı  şeirlər 

şair  qəlbinin  səmimiliyindən,  saf  və  incə  duyğulardan, 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə