İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə102/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   98   99   100   101   102   103   104   105   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Bayatı, ay bayatı,  

Gəz bu eli-elatı. 

 

Ömrün bahar çağını  yaşayır şairə Xədicə Murad. Elə 



özü  də  bahar  ətirlidir,  bahar  təravətlidir.  Ulu  Yaradan 

ondan  heç  nəyi  əsirgəməyib  -  xoş  vədəsində  xəlq  edib 

onu.  Xalq  artisti  Həmidə  Ömərovanın  təbirincə  desək: 

«Azərbaycan  şairləri  sırasında  ən  gənc  və  avropasayağı 

gözəlliyi ilə seçilən Xədicə Murada sadəcə Xədicə Murad 

yox, Xədicə Gözəl deyirəm». 

Tanrı  ona hər şeydən öncə, sevgi  ilə dolu  ilhamlı  bir 

ürək bəxş edib. Bu lirik ovqatlı, quş qanadlı, kövrək könül 

sahibinin  özünəməxsus  sehrli-sirli  dünyası  var.  Ağsu 

rayonunun  Kalva  kəndində  doğulan  Xədicə  xanımın 

zəngin  yaradıcılığı,  uğurları  çoxdan sədləri aşıb, əks-səda 

doğurub. Universitetin filologiya fakültəsini fərqlənmə ilə 

bitirən  gənc  Xədicə  qısa  zaman  kəsiyində  həmkarları 

arasında qibtəedici  uğurlara imza atıb. Hazırda filologiya 

elmləri üzrə fəlsəfə doktorudur. AMEA-nın Nizami adına 

Ədəbiyyat  İnstitutunda  böyük  elmi  işçi  vəzifəsində 

fəaliyyət 

göstərir, 

eyni 

zamanda 


«Azərbaycan» 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Universitetində  dosentdir.  İctimai  işlərdə  fəallıq  göstərən 



Xədicə  Murad  həm  də  «Məhəbbət»  Humanist  Qadınlar 

İctimai  Birliyinin  təsisçisi  və  sədri  kimi  tanınır. 

Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  birliklərinin  üzvü 

olan bu işgüzar qadın iki övlad anasıdır. 

Dahi  Nizami  və  Füzuli  dühası  ilə  bu  iki  azman  söz 

xiridarının  poeziyasının  işığı  ilə  ədəbiyyat  aləminə  və 

elmi yaradıcılıq orbitinə daxil olan Xədicə xanımın indiyə 

kimi  6  kitabı  oxucuların  ixtiyarına  verilib.  Haqqında 

söhbət  gedəcək  sayca  7-ci  kitabı  isə  bu  yaxınlarda 

«Qanun»  nəşriyyatında  işıq  üzü  görüb  və  dərhal  da 

poeziya 

həvəskarlarının, 

eləcə  də  tanınmış  söz 

adamlarının  diqqətini  cəlb  edib.  Yeni  nəşr  ―Dupduru 

bulaq kimi bayatılar‖ adlanır. 

Bayatı.  Xalq  poeziyasının  bir  qolu  olan  şeirin  bu 

növü  tükənməz  xəzinədir.  Hər  biri  4  misralıq  bir  bənd 

bayatıda  dərin  duyğu  və  fikir,  hiss  və  həyəcan,  yüksək 

əhvali-ruhiyyə cəmləşir və bitmiş bir əsər təsiri bağışlayır, 

özü də əsas fikir sondakı iki misrada yekunlaşır. Məsələn: 

 

Əzizim bəxti yarım,  

Bəxtimin təxti yarım.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Üzündə göz izi var,  

Sənə kim baxdı, yarım?! 

 

Göründüyü  kimi  son  iki  misrada  mətləb  açılır. 



Zaman-zaman  bayatı  janrına  müxtəlif  şairlər  müraciət 

edib.  Sarı  aşıq  isə  bu  sahədə  öndə  gedir.  Onun  bir 

bayatısını misal çəkək: 

 

Əzizinəm Salyana,  

Salı götür sal yana,  

Necəsən bir ah çəkim,  

Kür alıĢa, sal yana?! 

 

Bəlkə  də  elə  buna  görədir  ki,  şairə  Xədicə  bu  zəngin 



xəzinəyə baş  vuraraq, özünün həyat  yolu,  sevgi  və  istəyi, 

ağrı  və  acıları  adlandırdığı  bayatılardan  ibarət  poeziya 

çələngi toplayıb, araya-ərsəyə gətirmişdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

«Dupduru  bulaq  kimi  bayatılar»ı  şairə  4  bölümə 



ayırmışdır:  «Vətən,  torpaq,  Qarabağ  haqqında  bayatılar», 

«Bəxt, tale bayatıları», «Ana sevgisindən doğan bayatılar» 

və «İnsan adlarına ithaf olunmuş bayatılar». Birinci bölük 

bayatılarda dərin və məzmun, vətənpərvərlik hissləri, elə-

obaya bağlılıq, yurd həsrəti, qürbət və qəribçilik duyğuları 

əsas yer tutur. 

Xədicə  Muradın  Şuşa  harayı,  Laçın  yanğısı,  Xocalı 

dəhşəti  ilə  qələmə  aldığı  bayatıları  ürək  yandırıb  yaxır, 

qəlb alovlandırır, oxucu (xüsusən o yerlərdən perik düşən 

soydaşlarımız)  özünü  yenidən  o  dəhşətli  hadisələrdə  hiss 

edir,  o  məşum  faciələrin  qurbanları  göz  önündə  canlanır. 

Bununla belə, şairə nikbin ovqatdadır, ona görə xalqımızı 

da  dözümə,  nikbinliyə  səfərbər  edir,  bu  ovqatda  olan 

bayatılara təsəlliverici, ibrətamiz ovqat qatır. 



 

Alıqdı Xocalım hey!  

Xankəndim, Xocalım hey!  , 

Bu dərdə dözəmmirəm,  

YaĢ töküm, qocalım, hey! 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Xədicə  xanımın  Şuşadan  ayrı  düşmüş  bülbülü 



tərənnüm edən bir bayatısına diqqət kəsilək: 

 

Qürbətdə qalan gülüm,  

Həsrətdən solan gülüm,  

ġuĢadan ayrı düĢdü,  

Od-alov saçan gülüm. 

 

Yerlə-yeksan  olmuş  Xocslının  bu  gün  yağı  əlində 



qalması haqqında bayatı da ürək dağlayır: 

 

Xocalıdan ad qaldı,  

Dillərdə imdad qaldı,  

Fələk, gözlərin çıxsın  

Torpağımda yad qaldı. 

 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə