İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə33/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   29   30   31   32   33   34   35   36   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dönüşlü irəliləyişə nail olunacağı gözlənilirdi. Amma heç 



də belə olmadı. 

Doğrudan  da  bu  qoruq-memarlıq  abidəsinin  başına 

son  illər  min  oyun  açılır.  İçərişəhərdə  kompleksə  uyğun 

gəlməyən  və  onun  ilkin  gözəlliyinə  xələl  gətirən  yamaq 

kimi  yersiz  əlavələr,  zövqsüz  bərpa  işləri  gedir.  Bəzi 

cibidolu  işbazların  burada  heç  bir  əndazəyə  sığmayan, 

ümumi  ansamblı  pozan  əzəmətli  binaları,  müxtəlif  xarici 

səfirliklərin  yerləşdikləri  ofislər  və  başqa  yöndəmsiz 

tikililər dediklərimizə misal ola bilər. 

Ölkə başçısı da İçərişəhərlə əlaqədar sərəncam 

imzalamışdır. Həmin sərəncamdan irəli gələn və 

Mədəniyyət Nazirliyinin xəttiylə bu günlərdə İçərişəhər 

tarixi memarlıq qoruğunun mühafizəsi, təqdimi və təbliği 

məsələsinə həsr edilmiş elmi praktik konfrans 

keçirilmişdir. Tədbirdə respublikamızın ünlü 

mütəxəssislərilə yanaşı YUNESKO-nun ekspertləri və 

xarici mütəxəssislər də iştirak edirdilər. 

Respublikanın mədəniyyət naziri Polad Bülbüloğlu 

söhbət obyekti olan İçərişəhərin mövcud durumu barədə 

məlumat verdi və tədbir iştirakçılarını bu abidənin gələcək 

taleyini müəyyənləşdirən konseptual planın 

hazırlanmasında daha fəal olmağa çağırdı. Görəsən, illər 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

boyu bu mövcud məsələyə biganə qalan mütəxəssislər 



bundan sonra doğrudanmı fəallaşacaqlar? Təki belə olsun! 

Konfransın 

yekunlarından 

danışmazdan 

öncə 

İçərişəhərlə  bağlı  bəzi  faktları  oxuculara  çatdırmaq 



istəyirik. Bu sətirlərin müəllifi də bir neçə dəfə respublika 

mətbuatında  İçərişəhər,  onunla  bağlı  problemlər  barədə 

çıxış  etmişdir.  Bu  gün  həmin  problemlər  nəinki 

azalmamış,  əksinə,  onlara  yeniləri  də  əlavə  olunmuşdur. 

İçərişəhər  abidəsinin  dəqiq  tarixi  bilinmir.  Tarixçi  və 

arxeoloqların  gəldiyi  nəticəyə  görə,  bu  yaşayış 

məskənlərinin  kökləri  daha  dərinlərə  aparır.  Məsələ 

burasındadır  ki,  sözügedən  ərazidə  indiyə  kimi  lazımi 

səviyyədə  qazıntı  işləri  aparılmayıb.  Bu  səbəbdən  də 

İçərişəhərin dəqiq yaşını sübut edən əşyayi-dəlillər kifayət 

qədər  deyil.  Bütövlükdə  araşdırdıqda  isə  İçərişəhərin 

tarixinə  dair  müxtəlif  versiyalar  mövcuddur.  Faktlara 

müraciət  edək.  Bəzi  mütəxəssislər  belə  hesab  edirlər  ki, 

abidənin  bünövrəsi  eramızdan  əvvəl  qoyulub.  Amma 

aparılan qazıntı işləri belə qənaətə gəlməyə imkan verir ki, 

İçərişəhərdə  VII  əsrdən  əvvəllərə  aid  olan  bir  sıra  tarixi 

abidələr mövcuddur. İçərişəhərdə dəqiq  yaşı bəlli olan ən 

qədim  abidə  Məhəmməd  məscididir,  ona  Sınıqqala  da 

deyilir. Məhəmməd məscidi 1042-ci ildə tikilib. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

İçərişəhərin  memarlıq  üslub  və  ənənələrinə  gəlincə, 



tarixi  memarlıq  kompleksinə  ən  çox  milli  memarlıq 

ənənələri,  üslubu  nəzərə  çarpır.  Ən  gözəl,  möhtəşəm 

binalar  əsrin  əvvəllərində  tikilib.  Xatırladaq  ki,  həmin 

dövrün əksər binaları qarışıq memarlıq ənənələri əsasında 

inşa  edilib.  Yəni  bu  binaların  timsalında  Şərq  memarlıq 

üslubu  ilə  Avropa  memarlıq  abidələri  sintezləşdirilib. 

İçərişəhərin  ən  dözümlü  abidələri  isə  intibah  dövrünə, 

yəni  XIV-XV  əsrlərə  məxsusdur.  Həmin  dövrdə  tikilən 

qala divarları, məscidlər, hamamlar, mədrəsələr bu gün də 

yaxşı vəziyyətdədir. 

Onu da yada salaq ki, İçərişəhərdə aparılan son qazıntı 

zamanı  çox  qiymətli  abidələr  üzə  çıxıb.  Təəssüf  ki,  bu 

abidələrin  əksəriyyətinin  təyinatı  hələ  ki  verilməyib. 

İçərişəhər  barədə  müxtəlif  versiyalar  mövcuddur.  Amma 

bir  şey  məlumdur  ki,  bu  məkanın  hələ  üzə  çıxarılmamış 

yeraltı  sərvətləri  çoxdur.  Ona  görə,  İçərişəhərin  yaşı 

barədə qəti əminliklə danışa bilmərik. Bu gün İçərişəhərdə 

evlər,  binalar  tikilsin,  ya  tikilməsin.  Bura  qoruq  kimi 

saxlanılsın,  sualı  da  vacibdir,  mübahisə  doğuran 

məsələdir.  Çoxları  bu  qənaətdədir  ki,  şəhərdə  daha  yeni 

binalar tikilməsin, sıxlıq yaranmasın. Məsələnin bu cəhəti 

İçərişəhərin  xeyrinə  olardı.  İçərişəhər  mütləq  tikilməlidir 

fikrində  olanlar  da  az  deyil.  Onların  fikrinə  şərik  çıxmaq 

olar.  Yalnız  bir  şərtlə  ki,  yeni  binaların  inşası  zamanı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

abidələrin aurasına, memarlıq  ənənələrinə xələl gəlməsin. 



Axı əvvəldə qeyd etdiyim kimi, İçərişəhərdə evlər domino 

prinsipi  ilə  inşa  edilib.  Binalar  bir-birinə  sanki  söykənib, 

bitişib,  ona  görə  də  hər  hansı  bir  bina  söküləndə,  ona 

söykənən  başqa  binalar  da  laxlayır,  yerindən  oynayır, 

tədricən məhvə məruz qalır. Bu fikir üzərində dayananlar 

təsdiqləyirlər ki, həqiqətən də İçərişəhər hər şeydən əvvəl, 

açıq  səma  altında  canlı  muzeydir.  Burada  VI  əsrdən 

üzübəri müxtəlif dövrlərə aid hələ bu gün də göz oxşayan, 

necə  deyərlər,  dözümlüyünü  qoruyub-saxlayan  tikililər, 

binalar  var.  Yeni  əsrin,  gələcək  əsrlərin  tikililərini  də 

artırmaq, bəlkə də labüddür. Yalnız bir şərtlə: İçərişəhərin 

ümumi  görkəminə  xələl  gəlməməklə,  yəni  şəhərin  aurası 

nəzərə alınmaqla. 

İçərişəhərin  tarixi  memarlıq  qoruğunun  mühafizəsi, 

tədqiqi  və  təbliği  məsələsinə  həsr  olunmuş  elmi-praktik 

konfransda  "İçərişəhərin  yeni  idarə  üsuluna  və  yanaşma 

tərzinə  ehtiyac  var"  kimi  mühüm  məsələ  irəli  sürüldü. 

Döğrudan da İçərişəhər iki sttukturun - bir tərəfdən şəhər 

İcra  Hakimiyyətinin,  o  biri  tərəfdən  də  Mədəniyyət 

Nazirliyinin tabeliyindədir. Bu iki hakimiyyətlik də işə öz 

təsirini  göstərir.  Mənim  şəxsi  qənaətim  belədir  ki,  şəhər 

içində  şəhər  olan  İçərişəhərin  özünün  xüsusi  meri  olsun. 

Həmin  mer  burada  böyük  tarixi  əhəmiyyətə  malik 

abidələrin  taleyilə  bilavasitə  özü  məşğul  olsun.  O  zaman 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə