İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə41/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   37   38   39   40   41   42   43   44   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Elə isə qoy onlar insafa gəlib əməkdaşlarının nöqsanlarını 



üzlərinə deyib, dilimizə hörmət etsinlər. 

Şəhər  Reklamlar  İttifaqına  da  ciddi  iradımızı 

bildirməyi  lazım  bilirik.  Bakımız  gündən-günə  böyüyür, 

gözəlləşir,  səliqə-sahmana  minir.  Amma  reklamları,  al-

əlvan reklam çarxlarını nəzərdən keçirdikcə, qanın qaralır. 

Bilmirsən  ki,  Bakı  şəhərindəsən,  xaricdə  -  Londonda, 

Milanda, Moskvada, yoxsa Qahirədəsən. Belə kı müxtəlif 

əcnəbi  dillərdə  yazılmış  reklamlar  adamı  çaşbaş  salır, 

qanını  qaraldır.  Axı  reklamlar  təmiz  Azərbaycan  dilində 

yazılmalıdır, çünki Bakı Azərbaycanın paytaxtıdır. Bütün 

bu  eybəcərliklər  isə  ilk  öncə  Azərbaycan  dilinə 

hörmətsizlikdir,  ikincisi  də  şəhərimizin  gözəlliyinə  xələl 

gətirir. 

 

2001-ci il 



70 YAġIN MÜBARƏK, MÜDRĠK ĠNSAN! 

 

Bu  gəlimli-gedimli,  sonucu  ölümlü  qoca  dünya 

məhz  Yer  üzünün  əĢrəfi  sayılan  insanları  ilə gözəldir. 

Çünki  insan  hər  Ģeyə  qadirdir.  Hər  iki  dünyanın 

bəzəyi, zinəti olan insan Adəm babamızın törəməsidir, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

onun  övladıdır,  Ulu  Tanrı  da  yaratdığı  inĢanları 

sevdiyi üçün onlara ağıl və zəka, Ģüur və düĢüncə bəxĢ 

etmiĢdir  ki,  öz  əməlləri  ilə  dünyanı  bəzəsinlər.  Ona 

görə  Yaradan  xəlq  etdiyi  hər  bəndəsinə  bir  ömür  əta 

etmiĢdir ki, bu ömrü dolğun və mənalı yaĢasın, ondan 

ürəyincə  zövq  alsın.  Allahın  yaratdığı  bəndə  də 

yaradanına  necə  deyərlər,  bəndəlik  etməli,  insanlıq 

naminə  həyatda  fəal  mövqe  tutmalı,  insanlıq  adına 

ləyaqətli ömür yaĢamalıdır. 

Elə insanlar var ki, illəri, neçə qərinələri yola salsa 

da,  ömrün  müdrik  vədəsinə  gəlib  yetiĢəndə  belə, 

əvvəlki  təravət  onu  tərk  etmir,  üz-gözünə,  simasına, 

çöhrəsinə  müdriklik  əlaməti  olan  nuranilik  cizgiləri 

gəlir,  dünyaya  baxıĢ  aynası  olan  gözləri  əvvəlki 

Ģəffaflığını,  aydınlığını  qoruyub  saxlayır.  Bu  sözləri 

haqqında  söhbət  açmaq  istədiyim  Yasif  Nəsirli 

barəsində də söyləmək olar. 

Deyirlər  ki,  dünyada  eyni  ilə  bir-birinin  təkrarı  olan 

iki  insana  rast  gəlmək  mümkün  deyil.  Bu,  bəlkə  də 

belədir.  Amma  əməlləri,  amalları,  zahiri  əlamətləri, 

məsələn, oxşar baxışları eyni olan adamlara mən çox rast 

gəlmişəm. Bəri başdan qeyd edim ki, Yasif müəllimin özü 

bütövlükdə,  ziyalılıq  mücəssəməsidir.  Bu  ziyalılıq  onun 

bütün  vücuduna  hopmuşdur,  gülümsər  çöhrəsində 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

nuranilik  şöləsi  bərq  vurur,  aydın  və  mənalı  baxışlarında 



həyat  eşqi,  qurub-yaratmaq,  mübarizə  aparmaq  həvəsi, 

azərbaycançılıq  naminə  fəaliyyət  göstərmək  ehtirası 

coşub-qaynayır,  iri  qara  gözlərində  əbədi  nikbin  ovqat 

yuva  salıb,  geniş  alnı  sınaq  meydanı  olaraq  ona  verilmiş 

həyatının  enişli-yoxuşluğundan,  keşməkeşli  olaylarından 

xəbər  verir.  Onun  işıqlı,  nurlu  qaynar  gözləri  -  aydın 

baxışları mənə mərhum Əziz Şərifin - vaxtilə bizə əziz və 

doğma  olan  Mirzə  Cəlil  və  onun  yaratdığı  "Molla 

Nəsrəddin"  dərgisində  çalışan,  xalqımızın  böyük  ziyalı 

oğlu, uzun illər Moskva Dövlət Unİversitetində tələbələrə 

Qafqaz  xalqlarının  ədəbiyyatından  dərs  demiş  bu  nurlu 

insanın  aydın  baxışlarını,  parlaq  gözlərini  yadıma  salır. 

1964-cü  ildə  BDU-da  (hazırda  ADU)  təhsil  alarkən  ulu 

Naxçıvan  torpağının  yetişdirmələrindən  biri  olan  Əziz 

Şərif  oxuduğum  ali  məktəbə  -  tələbə,  müəllim  və 

professor  kontingenti  ilə  görüşə  gəlmişdi.  Zala  toplaşan 

görüş  iştirakçılarının  sürəkli  alqışları  altında  xitabət 

kürsüsünə  qalxan  bu  bəstəboy,  nurani  insan  sanki  uzaq 

əsrləri dolaşıb, bizim kimi bugünkü övladlarının görüşünə 

gəlmiş  qədim  Oğuz  yurdunun  Dədə  Qorqudu  idi!  Bütün 

zaldakılar  içini  dərmədən  ona  diqqətlə  qulaq  kəsilmişdi. 

Natiqin  asta-aram,  aydın  tərzdə  söhbətləri,  başlıcası  isə 

nisbətən  xırda,  girdə,  amma  nüfuzedici  diri  gözləri, 

məhrəm,  isti  baxışları  bu  gün  də  gözlərimin  önündən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

çəkilmir. Bəli, bu iki baxış - Əziz Şəriflə Yasif müəllimin 



baxışları arasında bir oxşarlıq, doğmalıq, bir yaxınlıq var. 

Ömrü Yasif Nəsirli kimi xələfiəri  üçün qalsın, müqəddəs 

ruhu  bütün  Azərbaycan  xalqına,  o  cümlədən  Yasif 

müəllimə duaçı olsun.  



Siz kimsiniz, Yasif müəllim? 

Bu  yaxınlarda öyrəndim ki, Yasif müəllim mənalı və 

çoxlarına nümunə olacaq ömrünün müdrik çağına yetişib - 

dekabrın 23-də 70 illiyini qeyd edib. Sevindim. Ona görə 

ki onunla demək olar ki, həmyaşıdam. Bu il - 2008-ci ildə 

mən  də  70-in  belini  qatlayacağam.  Elə  bu  yubileylə 

əlaqədar,  Yasif  müəllimin  ömür  kitabını  vərəq-vərəq 

səhifələmək  istədim.  Özü  də  yubilyarla  üzbəsurət  oturub 

söhbətləşmədən, onunla həmsöhbət olmadan. Çünki onsuz 

da  tərcümeyi-halı,  yaradıcılıq  yolu,  çoxşaxəli  həyat 

fəaliyyəti,  mənəvi  dünyası  barədə  kifayət  qədər 

məlumatım var. 

Ola  bilsin  ki,  Yasif  müəllim  məni  şəxsən  tanımır, 

çünki  qeyd  etdiyim  kimi,  biz  onunla  sıx-sıx 

görüşməmişik,  Cavanlığımızda  iki-üç  dəfə  qısa  müddətə 

həmsöhbət  olmuşuq.  İlk  dəfə  o,  «Ulduz»  jurnalına  baş 

redaktor  vəzifəsinə  təzəcə  gəlmişdi.  Mən  də  BDU-nun 

jurnalistika  ixtisasına  yiyələnmiş  gənc  jurnalist  idim. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə