İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə40/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   36   37   38   39   40   41   42   43   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

verilir, onları yüksək vəzifələrə  irəli çəkirdilər. Məhz belə 



bir  zamanda  Xəlil  Rza  kimi  qeyrətli  oğullarımız 

Azərbaycan  dilinin  saflığı,  onun  yad  ünsürlərdən 

qorunması sahəsində bütün vasitələrdən istifadə edirdilər. 

Yaxşı  yadımdadır,  o  vaxtkı  ADU-nun  filologiya 

fakültəsində  təhsil  alan  gənc  Xəlil  yaşıdlarından  öz 

ötkəmliyi,  prinsipiallığı  ilə  seçilirdi.  O,  həmkarları 

arasında  belə  bir  qərar  çıxarmış  və  onun  icrasına  nail 

olmuşdur.  Söhbət  zamanı  bir  kimsə  danışıgında  işlətdiyi 

hər  bir  rus  sözünə  görə  20  qəpik  (o  vaxtın  pulu  ilə) 

"cərimə"  ödəməli  idi.  Bu,  artıq  bir  növ  qərarlaşdırılıb 

qanun şəklini aldığından söhbət zamanı rus sözləri işlədən 

hər bir kəs özü könüllü olaraq cəriməsini ödəyirdi. Yığılan 

pullar  isə  tələbə-gənclərin  çay  puluna  xərclənirdi.  Həmin 

dövrü  xatırlayanlar  bu  gün  Azərbaycan  dilinin  saflığı 

uğrunda  yorulmaz  mübariz  Xəlil  Rza  Ulutürkün  ruhuna 

dualar oxuyur və onu hörmətlə yad edirlər. 

Hələ 

sovetlər 



dövründə 

Azərbaycanda 

rus 

məktəblərinin  şəbəkəsinin  genişlənməsindən  bərk  narahat 



olan,  dilimizin  inkişafına  mane  olanlara  qarşı  ciddi 

mübarizə  aparan  xalq  şairi  Bəxtiyar  Vahabzadə  dəfələrlə 

"KGB"-nin 

qınağına  tuş  gəlsə  də,  əqidəsindən 

dönməmişdir. Elə bu gün də el ağsaqqalı, dilimizin öncül 

qoruyucusu  gənclərimizi  Azərbaycan  dilinin  saflığı 

uğrunda  mübarizəyə  səsləyir.  Görkəmli  ədibimiz  etiraf 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

edib təsdiqləyir ki, ana öz körpəsinə beşikdə məhz doğma 



ana  dilində  layla  çalmalı,  uşaq  ana  laylasının  sədaları 

altında  yuxuya  getməlidir.  Məhz  bu  ruhda  böyüyən  uşaq 

ananın,  bu  adla  qoşa  çəkilən  ana  dilinin  şirinliyini  yadda 

saxlayar, heç vaxt onları - ananı və ana dilini unutmaz. 

Azərbaycan  dilini  və  onun  zəngin  çalarlarını  vaxtilə 

görkəmli  rus  ədibləri  yüksək  qiymətləndirmişlər.  Vaxtilə 

Qafqazda  sürgün  ömrü  yaşamış  Puşkin  və  Lermontov 

Azərbaycanı,  bu  müdrik  xalqı,  onun  zəngin  adət  və 

ənənələrini  sevmiş,  öz  əsərlərində  yeri  gəldikcə 

Azərbaycan sözlərindən məharətlə istifadə etmişlər. Onlar 

etiraf  etmişlər  ki,  Qərbdə  ünsiyyət  vasitəsi  kimi  fransız 

dili  nə  qədər  önəmlidirsə,  Şərqdə  də  Azərbaycan  dili  o 

qədər  böyük  əhəmiyyət  kəsb  edir.  Görkəmli  rus  yazıcısı 

Lev Tolstoy da Azərbaycan dilinə böyük maraq göstərmiş

həmyerlimiz, 

görkəmli  şərqşünas  alim,  Peterburq 

Universitetinin  Sərq  dilləri  kafedrasının  uzun  illər  müdiri 

işləmiş  Mirzə  Kazım  bəy  böyük  rus  ədibinə  Azərbaycan 

dillni öyrətmişdir. 

XX  əsrdə  ikinci  dəfə  müstəqillik  qazanaraq  üçrəngli 

bayrağı  ilə  dünya  xalqları  arasında  varlığını  təsdiqləmiş 

Azərbaycan  dövləti  dilimizin  saflıği  və  onun  qorunması 

haqqında  bir  neçə  qərar  çıxarmışdır.  Ulu  öndərimiz, 

ümummilli  liderimiz  Heydər  Əiiyev  təmiz  Azərbaycan 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dilində  danışmaqda  hamıya  şəxsi  nümunə  göstərmişdir. 



Bu da sirr deyii ki, ölkənin birinci şəxsi, prezidenti beşiyi 

başında  durduğu  xalqın  ilkin  olaraq  dilini,  dinini,  adət-

ənənəsini,  keçmişini,  tarixini  bilməlidir.  Ümummilli 

liderimiz  Heydər  Əliyev  məhz  belə  bir  şəxs  idi,  belə  bir 

tarixi şəxsiyyət idi. Sovetlər dağıldıqdan, Azərbaycan dili 

bərqərar  olduqdan  sonra  hələ  də  bəzi  məmurların  rus 

dilində danışmaları ölkə başçısının etirazına səbəb olur və 

həmin  məmurlara  Azərbaycan  dilində  danışmaq  üçün 

prezident  xüsusi  möhlət  verərdi.  Bu  da  təcrübədə  öz 

bəhrəsini  göstərərdi.  Müxtəlif  tədbirlərdə,  ziyalılarla, 

ədəbiyyat  və  incəsənət  xadimləri,  dilçi  alimlərlə 

görüşlərdə Heydər Əliyev dilimizin inkişafı, saflığı barədə 

əhatəsində  olduğu  adamlara  tövsiyələr  verir,  onları 

dilimizin yad ünsürlərdən qorunması uğrunda mübarizəyə 

səsləyirdi. 

Bəs bü gün Azərbaycan dilinin qorunması və inkişafı 

sahəsində  vəziyyət  necədir?  Bəri  başdan  etiraf  edək  ki, 

vəziyyət  heç  də  ürəkaçan  deyil.  Faktlara  müraciət  edək. 

Birinci  növbədə  mətbuata  nəzər  salaq.  Bugünkü  mətbuat 

bolluğunda,  media  bazarında  dilimiz  nəinki  qorunmur, 

əksinə, bərbad hala salınır. Belə ki hər bir mətbu orqan öz 

yabançı dəst-xətti ilə fəaliyyət göstərir. Dil, üslub xətaları, 

orfoqrafiya, ahəng qanunu, uzlaşma, söz birləşmələri əsla 

gözlənilmir.  Elə  əcaib-qəraib  yersiz  ifadələr,  sözlər 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

işlədilir,  əcnəbi  sözlər  xırdalanır  ki,  adamı  təəccüb 



bürüyür.  Bəzi  qəzetlər  isə  öz  savadlı  olduğunu  nümayiş 

etdirmək üçün əllaməçilik edir. Bir materialı oxuyub başa 

çatdıqdan  sonra  yazı  müəllifinin  məqsədi  sənə  agah 

olmur. 


Bəzən  elə  təkrar  sözlər  işlədilir  ki,  qəzetçinin 

"məharətinə  heyran"  kəsilirsən.  Cümlənin  əvvəlində 

böyük hərflə "Və" bağlayıcısı ilə başlanan fikir səni dərin 

fikrə  daldırır.  Belə  əllaməçiliyə  özünü  sırf  radikal  hesab 

edən  müxalifətçi  qəzetlərdə  sıx-sıx  rast  gəlmək  olar. 

Əlbəttə,  bu  yerdə  Azərbaycan  dilinin  qorunması 

məsələsindən  danışmağa  dəyməz.  Eyni  vəziyyət  özəl 

televiziya  kanallarına  da  xasdır.  Həmin  kanallardakı 

aparıcıların 

əksəriyyətinin 

Azərbaycan 

dilinin 


qanunlarından  xəbəriəri  belə  yoxdur.  Sözlərin  düzgün 

tələffüz  edilməməsi,  ləhcələrlə  danışmaq,  ahəng  qanunun 

gözlənilməməsi,  cümlənin  əvvəlində,  ortasında  və 

sonunda  yeri  gəldi-gəlmədi  "Yəni"  sözünün  işlədilməsi 

adamın  qulağını  və  gözünü  ―mazol‖  edir.  Həmin 

aparıcıların verilişlərini izlədikcə, inanmırsan ki, o xanım 

aparıcılar  (elə  bəylər  də!)  görəsən  ali  təhsil  alıblar,  ali 

məktəblərdə dil dərsi keçiblər, dilçi pedaqoqlar qarşısında 

dildən  imtahan  veriblər?  Həmin  telekanalların  rəhbərləri 

yəqin  ki  öz  əməkdaşlarını  ekran  qarşısındakı  səhvlərini, 

dilimizin  başına  açdıqları  min  bir  oyunu  aydın  görürlər. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə