İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə38/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   34   35   36   37   38   39   40   41   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qız  və  qadınlarını  qabağa  vermək  şakərilə…ad 



çıxarmışlar. 

Bəs  biz  azərbaycanlılar?  Hə,  bizə  gəldikdə,  biz 

azərbaycanlıları 

başqa 


xalqlardan 

fərqləndirən 

keyfiyyətlər  çoxdur.  Onlardan  ən  öncəsi  odur  ki,  biz  öz 

qonaqpərvərliyimizlə  dünyaya  səs  salmışıq.  Son  tikəmizi 

boğazımızdan  kəsib  qonağa,  qonşuya  verməyə  adət 

etmişik. Elə bu ürəyiyumşaqlıq ucbatından zaman-zaman 

məkrli,  çörəkləri  dizləri  üstündə  olan  erməniləri  də 

süfrəmizin  başında  oturtmuş,  qonşuluq  haqqı-salamına 

həmişə  sadiq  qalmışıq.  Amma  bu  səxavətimizdən  sui-

istifadə edən ermənilər necə deyərlər, "Aşma-aşına, axırda 

gəlib çıxdılar ocaq başına". Düz iki  əsrdir ki,  üzdə kirvə-

kirvə  deyib,  üzümüzə  güldülər,  əməldə  isə  məkrli 

planlarını  həyata  keçirdilər.  Bu  da  son  nəticə.  Təkcə  son 

10  ildə  Qarabağı,  bütövlükdə  20  faiz  torpaqlarımızı  zəbt 

etdilər,  1  milyondan  çox  soydaşlarımız  əsir-yesir  olub, 

qaçqın-köçkün 

vəziyyətinə 

düşdülər. 

Budur 

səxavətimizin, 



ürəkyumşaqlığımızın, 

başlıcası 

isə 

unutqanlığımızın bəhrəsi - acı nəticələri. Beləcə, iki əsrdir 



ki,  əzəli  torpaqlarımızı  itirə-itirə  gəlirik,  Daha  itiriləsi  bir 

şeyimiz  qalmayıb.  Nəhayət  ki,  ayılıb  özümüzə 

qayıtmalıyıq.  Deyirlər,  türk  oğlu  özünə  qayıdanda, 

istədiyinə nail olur. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Mən  hələ  xalqımıza  məxsus  olan  onun  bir 



keyfiyyətini  qeyd  etdim.  Bizim  başqa,  digər  xalqlara 

nümunə ola biləcək gözəl keyfiyyətlərimiz çoxdur. Ədəb-

ərkanı  gözləmək,  böyüklərin  yolunu  tutmaq,  onlara 

hörmət  etmək  əzəli  ədəb  normalarımız  kimi  həmişə 

müşahidə  edilib.  Axı,  hər  xalqın  öz  adət-ənənəsi  olduğu 

kimi, bizim də öz mənəvi dəyərlərimiz, mentalitetimiz var 

və bizdə olan bu gözəl  insani keyfiyyətlər zəngin mənəvi 

sərvətlərimiz hesab olunur. Nə edək ki, biz bu keyfiyyətlər 

üzərində  köklənmişik.  Abır-həya,  böyük-kiçik  yolu 

tutmaq, pərdə saxlamaq həmişə qanımızda olub, iliyimizə 

işləyib.  Bütün  bunlar  isə  ailə  tərbiyəsi  vasitəsiİə  əldə 

olunur.  Valideynlər  öz  uşaqlarını  ilk  çağlarından, 

körpəlikdən  bu  ruhda  tərbiyə  etmiş,  onları  cəmiyyət 

arasına çıxarmışdır. Tərbiyəyə isə erkən vaxtdan başlamaq 

lazımdır.  Atalar  bu  cəhətdən  yaxşı  deyib:  "Körpəni 

bələkdə,  gəlini  pərdədə...".  Uşağın  tərbiyəsinə  erkən 

çağından başlamaq barədə belə bir pritça mövcuddur. Bir 

şahın uzun illərdən sonra bir oğlu dünyaya gəlir. İstəyir ki, 

yeganə  oğlunun  tərbiyəsilə  körpəlikdən  məşğul  olsunlar, 

həm  də  uşaq  tərbiyədə  şaha  layiq  olsun.  Odur  ki,  bir 

üləmanı  yanına  çağırıb  vəziyyəti  ona  danışır.  Üləma 

soruşur  ki

uşaq  neçə  gündür  doğulub?  Cavab  alır  ki,  40 



gündür. Üləma bildirir ki, artıq 40 gün gecikmisiniz. Şah 

pərt olur... Bəli, düzgün tərbiyə, tərbiyə normalarına əməl 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

olunması  gələcəkdə  nümunəvi  nəslin  yetişməsinin 



təməlini  qoyur.  Biz  artıq  XXI  əsrdə  yaşayırıq.  Yeni  əsr  - 

elm  və  texnika,  texniki  tərəqqi  əsri  olan  XXI  əsr  bizdən 

daha dolğun mənəvi əxlaqi dəyərlərə söykənən nümunəvi 

nəsil  yetişdirməyi  tələb  edir.  Bəs  görəsən  belə  bir  nəsil 

yetişirmi?  Bəri  başdan  böyük  bir  təəssüf  hissi  ilə 

bildirməliyik  ki,  yox!  Bir  də  yox!  Bugünkü  məktəblilər 

həmin etimadı doğrulda  bilməz. Çünki məktəblər öz işini 

müasir  tələblər  səviyyəsində  qura  bilmir.  İlk  əvvəl  təlim 

istənilən  səviyyədə  deyil.  Müəllimlər  canı  dildən  dərs 

demir, uşaqları taleyin ümidinə buraxırlar. Valideynlərdən 

umurlar  ki,  kim  istəyir  uşağı  bilikli  olsun,  ona  əlavə 

(sinifdənkənar)  dərs  keçim.  Əlbəttə,  pullu.  Ümumiyyətlə, 

istər  orta,  istərsə  də  ali  məktəblərdə  uşaqlardan,  onların 

valideynlərindən müxtəlif bəhanələrlə pul qoparmaq, yəni 

rüşvət  almaq  artıq  sağalmaz  bir  xəstəliyə  çeyrilib. 

İmkansız  uşaqlar  da  bu  səbəbdən  məktəbdən  uzaqlaşır, 

erkən  yaşlarından  pul  qazanmaq  naminə  tərbiyədən, 

kollektivdən  aralanır,  bazarlarda,  çayxana,  kafe  və 

barlarda  sırtıqlaşır,  bir  sözlə,  onların  tərbiyəsi  pozulur, 

sonra  da  cinayətlər  törədir,  oğurluğa  qurşanır  va 

cəmiyyətin  tüfeyli,  cinayətkar  üzvünə  çevrilirlər.  Çünki 

pul,  rüşvət  müəllim-şagird,  müəllim-tələbə  arasında  olan 

pərdəni  yırtıb  dağıdır.  Çox  vaxt  müəllim  şagirdi,  ya  da 

tələbəsilə  bir  yerdə  siqaret  çəkir,  içki  içir,  hətta  əxlaqsız 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

yerlərə  gedir.  Belə  olan  şəraitdə  hansı  mənəvi 



dəyərlərdən,  təlim-tərbiyədən  danısmaq  olar?  Budur, 

mənəviyyatsızlıq! 

Son  zamanlar  düşdüyümüz  vəziyyət,  maddi  sıxıntı, 

işsizlik böhranı adamları müxtəlif xoşagəlməz hərəkətlərə 

əl  atmağa  -  oğurluğa,  ev  yarmağa,  reketçiliklə  məşğul 

olmağa,  uşaq  oğurluğuna,  kütləvi  qarətçiliyə  və  qətllər 

törətməyə  vadar  edib.  Yalan,  böhtan,  adam  aldatma, 

dələduzluq…baş  alıb  gedir.  Onların  arasında  təəssüflər 

olsun ki, jurnalist adını ləkələyən, bu addan istifadə edən 

əldəqayırma, müxtəlif yollarla saxta jurnalist vəsiqəsi əldə 

etməklə  dələduzluq  edən  "jurnalist"lərin  sayı  çoxalıb. 

Ümumiyyətlə,  bu  gün  Azərbaycan  jurnalistikasına  ləkə 

gətirən  üzdəniraq  jurnalistlər  ordusu  yaranıb.  Jurnalistika 

ilə  heç  bir  yaxınlığı  olmayan,  heç  adını  və  soyadını 

əməlli-başlı yaza bilməyən bir çox başabəla soydaşlarımız 

qəzet  təsis  edib  özünü  baş  redaktor  elan  edir,  redaktor 

kimi  qəzetin  adından  bir  qoşun  da  cavan  oğlan  və  qıza 

vəsiqə təqdim edib hamısını saldırır Azərbaycanın sənaye 

müəssisələrinin, ictimai təşkilatlarının üstünə. Özü də hər 

bir  əməkdaşın  boynuna  aylıq  müəyyən  məbləğdə  nırx 

qoyur.  Bu  minvalla  Azərbaycan  mətbuatının  beşiyi 

başında  dayanmış  Həsənbəy  Zərdabinin  "Əkinçi"sinə, 

Mirzə  Cəlilin "Molla Nəsrəddin"inə  zərbə vurulmuş  olur. 

Vicdanını  itirmiş  belə  dələduz  jurnalistlərdən  birini 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə