İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə43/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   39   40   41   42   43   44   45   46   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Kollegiya  üzvü  seçilmiş,  1990-cı  ilin  may  ayından 



general-mayor rütbəsinə layiq görülmüşdür. 

Tanınmış nasir, publisist, tənqidçi, dramaturq, ictimai 

xadim,  filoIogiya  elmləri  doktoru...  Yubilyarın  bütün  bu 

kimi  çoxsahəli  fəaliyyətini  sadaladıqca,  özünü  saxlaya 

bilməyib,  istər-istəməz  soruşmalı  olursan:  Doğrudan  da, 

deyin  görək,  siz  kimsiniz,  Yasif  Nəsirli?  Haqlı  sualdır, 

deyilmi? 

 

Biz nə üçün bu dünyaya gəlirik? 

 

Biz istəsək də, istəməsək də Allahın rizası ilə dünyaya 



gəlirik.  Amma  nə  üçün  cahana  gəldiyimizi  bilmirik. 

Zaman  keçdikcə,  yaşa  dolduqca,  həyatın  acısını-şirinini 

daddıqca,  yaxşını-pisi  bir-birindən  ayırdıqca,  həyata 

gəlişimizin  mənasını  anlayırıq.  Əlbəttə,  yaşamağa  qadir 

olan  insandan  söhbət  gedir.  O  insandan  ki  harada,  hansı 

şəraitdə  çalışmasından  asılı  olmayaraq  xalqına,  millətinə 

əməyi,  fəaliyyətilə  fayda  verməyə  borclu  olduğunu  dərk 

etsin,  bu  yolda  bütün  çətinliyə  sinə  gərsin.  Elə  Yasif 

Nəsirli kimi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Yasif müəllim ömrünün bir hissəsini böyük məsuliyət 



tələb edən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində 

keçirib.  Özü  də  36  yaşında.  Qəribədir,  yazıçı,  publisist 

kimi tanınan bu insan görəsən nə əcəb fəaliyyətini dəyişib, 

tamam  başqa bir sahəyə  - DTK-ya keçib? Yasif müəllim 

bu barədə verdiyi müsahibədə etiraf edir ki, həmin sahəni 

onun  özü  seçməyib,  onu  seçiblər  həmin  sahəyə.  Amma 

Yasif  müəllim  onu  da  müsahibəsində  aşkarlayıb  ki, 

işlədiyi qurum insanlara, cəmiyyətə fayda vermək üçün ən 

gözəl  struktur  idi.  Beləliklə,  5-ci  sahədə  fəaliyyətə 

başlayan Y.Nəsİrli yaradıcı, elm, maarif, məktəb və digər 

təşkilatlara  baxır.  Cörəcəyi  işləri  təhvil  alan  gənc  DTK 

iscisinin  ilk  təəssüratı  ürəkaçan  olmur.  Belə  ki  17  ədəd 

dissertasiya  üzərinə  yazılan  arayışlarla  tanış  olan  Yasif 

müəllim  həmin  əsərlərin  müəlliflərinin hamısını şəxsən 

tanıyırmış.  Odur  ki,  dissertasiyaların    suçunu    diqqətlə  

araşdırır.  Ona    bəlli  olur  ki,  guya  dissertasiya  işləri 

antisovet və millətçilik ab-havasında qələmə alınıb. Uzun 

illər  ədəbi  mühitlə  bağlı  olan  bir  şəxs  necə  inana  bilərdi 

ki,  yaradıcılığına,  əqidəsinə,  dəst-xəttinə  kifayət  qədər 

bələd  olduğu  dissertasiya  müəlliflərinə  vurulan  damğalar 

yalan,  böhtan  və  iftiradan  savayı  bir  şey  deyil?!  Məhz 

Yasif  müəllimin  dəlil-sübutundan  sonra  həmin  əsərlər 

müdafiəyə buraxılır və bundan sonra Y.Nəsirli rahat nəfəs 

alır,  daxilində  bir  yüngüllük  hiss  edir.  Axırda  o  da  bəlli 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

olur  ki,  həmin  dissertasiyaların  üzərinə  böhtan  damğası 



buranlar  elə  o  ziyalıların  içərisində  olan  qələm 

"dostları"dır. 

Yasif  müəllim  bu  minvalla  DTK-da  fəaliyyət 

göstərdiyi müddətdə öz işilə əlaqədar neçə-neçə böhtan və 

iftiraya aydınlıq, hüququ pozulmuş insanların fəaliyyətinə 

tarazlıq  gətirib,  onların  üzərindəri  qara  ləkələrin 

təmizlənməsinə  nail  olub.  Zəngin  ədəbi  yaradıcılığa 

malik,  poeziyasında  Vətənin  min  bir  gözəlliyi,  ab-havası 

tərənnüm  olunan  Bəxtiyar  Vahabzadə  də  «dostlar»ının 

qısqanclıq  böhtanından  yan  keçmir.    Bu  müdrik, 

nəğməkar  şair  barədə  «millətçidir»  -  deyə  haray 

qoparırlar.  Məqsədləri,  sən  demə,  onu  təqdim  olunan 

Dövlət  mükafatından  məhrum  etmək  imiş.  Bu  məqamda 

da  Y.Nəsirlinin  məsələyə  səmərəli  müdaxiləsi  müsbət 

nəticəsini verir. 

Bu məqamda nakam şairimiz Mikayıl Müşfiqin faciəli 

taleyi  yada  düşür.  Kim  deyər  ki,  onun  faciəsinin  əsas 

səbəbkarları Müşfiqin bulaq kimi qaynar yaradıcılığından 

əndişə keçirən, paxıllıq və qısqanclıq hisslərindən boğulan 

"qələm dostları" olmayıb?! 

Adam  ona  sevinir  ki,  nə  yaxşı  həmin  illərdə 

Azərbaycan  DTK-sında  məhz  Yasif  Nəsirli  kimi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

təəssübkeş  eloğlumuz,  qəlbi  yalnız  xeyirxahlıq,  haqq  və 



ədalət  hisslərilə  döyünən,  daim  vicdanının  səsinə  qulaq 

asan,  köksü  altda  yumruq  boyda  bir  saf  ürək  daşıyan, 

mayası  halal  zəhmətlə  yoğrulmuş  qeyrətli  bir  ziyalı 

fəaliyyət göstərib! 

O  da  bizə  bəllidir  ki,  Bəxtiyar  Vahabzadə  və  Sabir 

Əhmədov,  İsa  Hüseynov  və  Məmməd  Araz,  Abbas 

Abdulla  və  Nüsrət  Kəsəmənli  kimi  Azərbaycanın 

qaymaqları - tanınmış yazıçı və şairlərimizə də uzun illər 

şübhəli şəxslər kimi baxılmış, barələrində xüsusi yoxlama 

işləri  aparılmış,  məhz  Yasif  Nəsirli  kimi  mübariz 

ziyalılarımızın  ardıcıl  səyi  nəticəsində  onların  üzərindəki 

qara xətt silinmişdir. 

Bəs  mübarizələrdən  doğulmuş,  mübariz  və  istiqlal 

şairi,  canından  artıq  sevdiyi  bu  xalq,  bu  Vətən  uğrunda 

Təbriz  adlı  oğlunu  qurban  verən  Xəlil  Rza  Ulutürk? 

Mübariz  ruhunu  boğmaq  üçün  fəaliyyət  göstərdiyi  ali 

məktəbdəki  müəllimlikdən  uzaqlaşdırırlar.  Maqsud 

Şeyxzadə  haqqında  yazdığı  sanballı  dissertasiyasını 

müdafiə  etmək  yoluna  sipər  çəkirlər.  Bir  sözlə, 

imperiyaya  əbədi  qənim  kəsilən  bu  azadlıq  carçısının 

həqiqəti  söyləyən  ağzına  daş  basmaq  istəyirlər.  Yenə 

Yasif  müəllim  sinəsini  qabağa  verir,  xeyli  çətinlikdən 

sonra  mübariz  şairin  yazdığı  doktorluq  dissertasiyası 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə