İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə45/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   41   42   43   44   45   46   47   48   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

min  cür  təzyiqlərə  məruz  qalan  Zərdabi  "Əkinçi"ni  cəmi 



iki  il  yaşada  bildi.  Qəzetin  56  nömrəsi  işıq  üzü  gördü. 

Lakin  elə  o  vaxtdan,  ondan  sonrakı    əsrin    əvvəlində 

Azərbaycanın 

dünya 


 

miqyasında 

tanınmasında 

"Əkinçi"nin  müstəsna rolu  oldu.  Çünki  qəzetin redaktoru 

dünya elmlərindən xəbərdar olan ensiklopedik bilik sahibi 

idi  və  buna  görə  də  qəzetdə  həyatın  bütün  sahələri, 

bütövlükdə  Azərbaycan  dünyası  öz  əksini  tapırdı. 

Beləliklə,  "Əkinçi"  sərhədlər  aşır,  ölkələr  dolaşır,  əllərdə 

gəzirdi.       

Aradan  123  il  keçməsinə  baxmayaraq,  milli 

mətbuatımızın  ilk  qaranquşu  olan  "Əkinçi"  bu  gün  də 

mətbuatımıza  örnək  rolunu  oynayır,  belə  ki  onun  hər 

nömrəsi  ali  məktəblərdə  təhlil  olunur,  təqdir  edilir, 

əhəmiyyəti  barədə  danışılır.  "Əkinçi"nin  cəsarəti, 

məharəti,  qabiliyyəti  ayrıca  qeyd  olunur.  Milli  mətbuat 

tariximizdə  o  vaxtdan  –  22  iyun  1875-ci  ildən  qeyd 

olunur.  Ümumiyyətlə,  hər  bir  xalqın  mətbuatı  o  xalqın 

həyatının aynası, güzgüsü sayılır, yəni bir xalqın mətbuatı 

ilə  yaxından  tanış  olmaq  kifayətdir  ki,  həmin  xalq 

haqqında  dəqiq  fikir  yürüdəsən.  Deməli,  bir  xalqı  təmsil 

edən hər hansı qəzet, yaxud ümumilikdə, mətbuat o xalqın 

canlı salnaməsidir. Bu cəhətdən "Əkinçi"nin mətbuatımız 

tarixindəki rolu misilsizdir, əvəzsizdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"Əkinçi"dən  üzübəri  Azərbaycan  mətbuat  tarixini 



izlədikcə,  mətbuatı  təmsil  edən  neçə-neçə  qəzet  və 

jurnalla  tanışlıqdan  sonra  şahidi  olursan  ki,  hər  bir  qəzet 

(indiki  qəzet  bolluğunda  olduğu  kimi)  müəyyən  bir 

mövqedən  çıxış  edib.  Barmaqla  sayılası  qəzet  və  jurnal 

olub  ki,  heç  bir  partiyanın  mənafeyini  müdafiə  etməyib. 

Öz  sərbəst  sözünü  deyib,  müstəqil  olub.  Elə  "Əkinçi" 

kimi,  "Molla  Nəsrəddin"  jurnalı  kimi  (Allah  onun 

redaktoru,  25  il  olmazın  əzab-əziyyətlərə  qatlaşaraq, 

jurnalı  yaşadan,  onun  əqidə  istiqamətinə  sadiq  qalan 

Mirzə  Cəlilə  qəni-qəni  rəhmət  eləsin!).  ―Azərbaycan", 

"Açıq söz", "Hürriyət" və s. qəzetlər də onun kimi. 

70  il  ərzində  kommunist  rejiminin  Domokl  qılıncı 

başımız  üstündə  fırlanıb.  Bütün  qəzet  və  jurnallar  bu 

içiboş, yalançı rejimi, kommunist ideologiyasını təbliğ və 

təşviq etməklə məşğul olub. Allaha min şükürlər olsun ki, 

bu  ideologiyanın  mənfur  siması  özünü  axır  ki  büruzə 

verdi.  Və  quru  hay-küyçülük,  çürük  bünövrə  üzərində 

qurulmuş  "Şura  hökuməti"  süquta  uğradı:  uçdu,  dağıldı, 

məhv  oldu.  Sovetlər  birliyinə  daxil  olan  respublikalar 

parçalandı,  müstəqil,  suveren  dövlətə  çevrildi.  Hər 

respublika  özünə  müstəqil  prezident  seçdi,  demokratik 

quruluş  bərpa  olundu.  Monopartiyalıqa  son  qoyuldu. 

Çoxpartiyalı prinsip özünə yol açdı. Hər bir partiya da öz 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qəzetini  yaratdı.  Bəzən  bir  partiyanın  bir  neçə  qəzeti 



fəaliyyət göstərir. 

Bəllidir  ki,  hazırda  respublikamızda  60-dan  çox 

müxtəlif  partiya  var.  Onlardan  40-a  yaxını  qeydiyyatdan 

keçib.  Bəs  bu  gün  Azərbaycanda  neçə  adda  qəzet  (bəli, 

təkcə  qəzet  nəzərdə  tutulur)  mövcuddur  və  onların 

birdəfəlik  tirajı  nə  qədərdir?  Hazırda  8  milyonluq 

Azərbaycanımızda  500-dən  artıq  müxtəlif  biçimdə  qəzet 

nəşr  olunur.  Maşallah  olsun,  elə  bir  ucdan  da  yeniləri 

əllərdə  gəzir.  Onlardan  170-i  dövrü  olaraq,  fasilə 

vermədən  çıxır.  Bugünkü  qəzet  çoxluğu,  sıxlığında  elə 

qəzetlərə  də  təsadüf  edirik  ki,  onlar  təsadüfdən-təsadüfə 

işıq  üzü  görür.  Məsələn,  il  ərzində  cəmi  iki  nömrə  çıxa 

bilir.  Bu,  nə  üçün  belədir,  buna  yalnız  həmin  qəzetlərin 

sahibləri dəqiq cavab verə bilər. 

Əlbəttə, burada maliyyə çətinliklərini danmaq olmaz. 

Bəs  Azərbaycanda  heç,  gündəlik  qəzet  çap  olunmur? 

Niyə?  Olunur,  8  belə  qəzet  fəaliyyət  göstərir  ki,  onları 

oxucular  hər  gün  kiosklardan  alıb  oxuya  bilir.  Düzdür, 

həmin qəzetlərin gündəlik tirajı çox da nəzəri cəlb etmir, 

yəni  10  mindən  yuxarı  qalxmır.  Deməli,  bu  8  qəzetin 

birlikdə  ümumi  gündəlik  tirajı  80  min  nüsxə  təşkil  edir. 

Halbuki  sovetlərin  at  oynatdığı  vaxtlarda  təkcə 

Azərbaycan  KP-nin  orqanı  olan  "Kommunist"  qəzetinin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

tirajı 600 mindən çox idi. Onun da əksəriyyəti məhz abunə 



yolu ilə, zorla təşkil edilirdi. 

Bu  gün isə rekord sayda  - 30 min tirajla nəşr olunan 

qəzetləri  barmaqla  saymaq  olar.  Bu  isə  o  deməkdir  ki, 

qəzetlərin  sayı  artdıqca,  onların  ümumi  tirajı  azalır. 

Deməli, qəzetlərin ümumi miqdarı onların ümumi tirajının 

cəmi  ilə  tərs  mütənasibdir.  Bu  minvalla  dediklərimizi 

rəqəmlə belə ifada etmək olar: Bu gün Azərbaycanda nəşr 

olunan  qəzetlərin  sayı  əvvəlki  rejim  dövründə  çıxan 

qəzetlərlə  müqayisədə  8,5  dəfə  artsa  da,  onların  aylıq 

tirajlarının  sayı  da  bir  o  qədər  dəfə  azalıb.  Deməli,  boş 

hay-küy  salıb,  qəzet  bolluğundan  şikayətlənməyə,  bu 

bolluğu  yerli-yersiz  hallandırmağa  hacət  yoxdur.  Çünki 

respublikada  qəzetlərin  sayı  nə  qədər  çox  olarsa, 

Azərbaycanımız 

haqqında, 

sərhədlərimizdənkənar 

dövlətlərin  ölkəmiz  barədə  məlumatı  daha  çox  olar

Azərbaycan  jurnalisti  öz  respublikasını  bu  və  digər 

cəhətdən  xaricilərə  daha  sıx  tanıdar.  Bunun  nəyi  pisdir? 

Bir  də  axı  Azərbaycan  demokratik  yolla  inkişaf  edir, 

ölkəmiz  demokratik  qanunlar  əsasında  fəaliyyət  göstərir. 

Qoy  onda  hər  bir  qəzet  və  jurnal  bütün  həqiqətlərimizi 

olduğu  kimi  yaxın-uzaq  ölkələrə  çatdırsın.  Bir  də  təkrar 

edirəm: bunun nəyi  pisdir? Pis  orasıdır ki, Azərbaycanda 

baş  verən  reallığa  əllaməçilik  donu  geydirib,  onu  başqa 

qifayədə  dünyaya  çatdırmaq  üçün  cidd-cəhd  göstərəsən. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə