İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə53/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   49   50   51   52   53   54   55   56   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Həsənağa  rolu  elə  bil  onun  boyuna  biçilmiş,  müəllif 



tərəfindən  onun  üçün  nəzərdə  tutulmuşdu.  Sonralar 

sənətkarla  söhbətlərimizin  birində  bu  barədə  onun  fikrini 

soruşanda,  etiraf  etdi  ki,  bəli,  müəllif  Həsənağa  rolunu 

məxsusi  M.Sənanini  nəzərdə  tutaraq  yazmışdır.  Aktyor 

təbii  oyunu,  yapışıqlı  ifa  tərzi  ilə  qəhrəmanının-  sürücü 

Həsənağanın şəkili qızı, tibb baçısı Gülarəyə olan səmimi 

hisslərini,  təmiz  məhəbbətini  tamaşaçıya  çatdırmaq  üçün 

nə  qədər  yaradıcılıq  axtarışı  apardıqını  yaxşı  başa 

düşürdüm.  Xüsusən  Həsənağanın  ifa  etdiyi  mahnı 

aktyorun 

ifasında 

çox 


oynaq, 

şux 


səslənir, 

pərəstişkarlarına xoş ovqat bəxş edirdi. 



 

ĠLK GÖRÜġ, BĠR DÜNYA SEVĠNC... 

 

Növbəti dəfə «Göz həkimi» tamaşasına qrupumuzdan 



5  nəfər  tələbə  ilə  getmişdim.  Möhsün  müəllimdən 

avtoqraf  almaq  üçün  böyük  tənəffüsdə  aktyorun  qrim 

otaqına  getdik.  Tələbə-jurnalist  olduqumuzu  bildirdik. 

Gülərüzlə  qarşıladı  bizi.  Bir-bir  hərə  öz  açıqçasını 

avtoqraf  almaq  üçün  ona  təqdim  edirdi.  O  da  bizdən  hər 

birimizin əlində hazır tutduqu açıqcanı alır, adını soruşur, 

avtoqraf  yazıb,  özünə  qaytarırdı.  Əlövsət.  Səfər,  Əşrəf, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Əsildar.  Növbə  mənə  çatanda,  adımı  dedim.  Başını 



qaldırıb, üzümə baxdı: 

- Bilirsən, İdris kim olub?-deyə soruşdu. 

..Xeyr,  -  dedim.  Cavabını  özü  verdi:  ...İdris  adlı 

peyqəmbər  olub.  Deyilənə  görə,  yoxa  çıxıb-qeyb  olub. 

Mənə  dönüb:-  Siz  jurnalistlər  belə  şeyləri  yadda 

saxlamalısınız. Heç olmasa, adının xatirinə... 

...Mənim  üçün  yeni  olan  bu  məlumata  görə  gözəl  və 

səmimi  insana  dərin  təşəkkürümü  bildirdim.  Xoş  ovqatla 

sənətkarın  qrim  otağından  çıxdıq.  Hər  birimizə  bir  dünya 

sevinc bəxş olunmuşdu bu unudulmaz görüşdən. 

...Taleyim  elə  gətirmişdi  ki,  mən  böyük  aktyorla 

qonşu idim və tez-tez rastlaşır, görüşürdük. 



ĠSTĠ YAY GÜNÜ, LƏZZƏTLĠ DONDURMA... 

...İsti  yay  günlərinin  birində  nişanlımla  şəhəri 

gəzirdim.  Neftçilər  prospektində.  Səki  ilə  gedib  bulvara 

addımlamaq  istəyirdik  ki,  birdən  sağ  böyürdən  bir  maşın 

gəlib,  bərabərliyimizdə  dayandı.  Ayaq  saxladıq.  Yenə 

Möhsün  müəllim  idi.  Onu  görən  kimi  özümü  itirdim. 

Maşını  tanıyanlar  ―QAZ-21‖-i  dövrəyə  aldılar.  M.Sənani 

bizi  maşına  dəvət  etdi.  Etiraz  edə  bilməzdik.  Maşına 

əyləşdik.  Bizdən  heç  nə  soruşmadan  Möhsün  müəllim 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

maşını  üzüyuxarı-hökumət  evi  səmtə  sürdü.  Söhbətə  özü 



körpü saldı: 

-  Bilirəm,  jurnalist  (o,  həmişə  mənə  belə  müraciət 

edərdi, heç vaxt adımı deməzdi. Deyəsən, heç axıracan da 

adımı  dəqiq  bilmədi  bu  xanım  nişanlındır,  xoşbəxt  olun. 

Sonra  Möhsün  müəllim  maşını  yolun  kənarında  saxladı. 

Maşından düşdük. Yaxınlıqdakı yay kafesində bizi ləzzətli 

dondurmaya  qonaq  etdi.  Ona  dərin  təşəkkürümüzü 

bildirdik. Ayağa duranda dedi: 

-  Siz  dəniz  kənarında  kəzişin.  Mən  də  teatra  gedim. 

Məşqin  vaxtıdır.  Xudahafizləşib  maşına  tərəf  addımladı. 

Biz  də  «QAZ-21»-i  onun  sükanı  arxasında  oturmuş  bu 

mehriban,  səmimi  insanı  bizdən  uzaqlaşana  qədər 

müşayiət etdik. 

SƏNƏT HAQQINDA QISA SÖHBƏTLƏR 

M.Sənaninin  həm  teatrda,  həm  də  kinoda  oynadığı 

bir-birindən  maraqlı,  yaddaqalan  obrazlarının  hər  biri 

mənim  üçün  eyni  dərəçədə  əzizdir.  Bu  obrazlarda 

mərdanəlik,  kişi  əzmkarlığı,  kişi  qeyrəti,  sözübütövlük 

kimi  gözəl  keyfiyyətlər  cəmləşib.  Amma,  nədənsə,  mən 

onun  teatrdakı  Şərifini  /"Almaz‖/  və  Həsənağasını  /"Göz 

həkimi"/, kinoda isə Qoçu Əsgəri /"O olmasın, bu olsun"/ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

və kolxoz sədrini /«Dağlarda döyüş»/ daha çox sevmişəm 



və bu rolları onun sənətinin zirvəsi hesab edirəm. 

Biz dəfələrlə Möhsün müəllimlə söhbətlərimizdə kino 

və  teatr  sənəti  barəsində  danışardıq,  fikir  mübadiləsi 

aparardıq. Bir dəfə "Məşədi İbad" filmindən söhbət düşdü. 

Soruşdum: 

-  İstedadlı  rejissor  H.Seyidzadə  filmə  kino  və  teatr 

sənətimizin  bu  qədər  qaymaqlarını  necə  toplaya  bildi? 

Cavab verdi: 

- Bu, birinci növbədə, böyük vətəndaş, cəfakeş insan, 

sənət  fədaisi,  Azərbaycan  kinosunun  inkişafına  öz 

həyatını  belə  qurban  verməyə  hazır  olan  sənətkarın 

təşkilatçılıq  qabiliyyəti,  sənət  adamları  arasında  onun 

böyük hörmət sahibi olması ilə əlaqədardır. 

- Filmdə Məşədi İbadı ən çox siz, daha doğrusu, sizin 

yaratdığınız  Əsgər  sancır,  onu  çox  pis  vəziyyətdə  qoyur. 

Deyin  görək,  düşdüyü  vəziyyətə  görə  ona  yazığınız 

gəlirdimi? 

-  Qocalıqda  yorğalıq  eləməyin  bəlasını  çəkir  Məşədi 

İbad. Buna görə həyatın özü onu cəzalandırır. Nə yaxşı ki 

axırda kəniz qismətinə düşür, qazı kəbinlərini kəsir. Əgər 

Sənəmlə evlənməsəydi, o vaxt ona yazığım gələrdi. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə