İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə52/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   48   49   50   51   52   53   54   55   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

üçün MM tərəfindən bir sıra  qanunlar qəbul olunub. Ali 



qanunvericilik  orqanımız  qaçqınlarla  bağlı  bütün 

məsələlərin  müsbət  həllinə  çalışır.  Mən  də  bütün  bunlara 

arxalanaraq  MM-də  öz  seçicilərimin    qayğı    və 

problemlərinin  həllinə  çalışacağam.  Şübhəm  yoxdur  ki, 

bütün deputatlar bu sahədə lazımi köməklik göstərəcəklər. 

-    Azərbaycanın  Avropa  ġurasına  qəbul  olunması 

respublikaya nə verə bilər? 

-      Azərbaycan    müstəqillik  yolu  ilə  irəliləyir, 

beynəlxalq qurumlara daxil olur. Bu da onun haqq səsinin 

eşidilməsinə,  ölkəmizin  pozulmuş  hüquqlarının  bərpa 

olunmasına  şərait  yaradır.  Təəssüf  ki,  müxalifət  öz 

mənafeyi  naminə  milli  maraqları  tez-tez  tapdalayır. 

Seçkiqabağı    günlərdə    5  müxalifət  partiyasının 

Azərbaycanın  AŞ-a  qəbul  olunmasının  seçkilərdən 

sonraya  kimi  təxirə  salınmasını  xahiş  etməsini  duşmən 

dəyirmanına 

su 

tökməkdən 



başqa 

nə 


 

cür  


qiymətləndirmək  olar?  Lakin  müxalifətin  yox,  xalqın 

dediyi oldu: AŞ-ın qapıları Azərbaycanın üzünə açıldı. 



-  ġəki hadisələrinə münasibətiniz. 

-  Şəki hadisələrinin araşdırılması və hüquq-mühafizə 

orqanlarının  apardıqları  əməliyyat-istintaq  tədqiqatının 

ilkin  nəticələri  göstərir  ki,  bu,  Azərbaycanın  radikal 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

müxalifəti,  xüsusən  Müsavat  və  AMİP  tərəfindən  planlı 



şəkildə təşkil edilmiş aksiyadır. Qanun keşikçilərinə ciddi 

bədən  xəsarəti  yetirmək,  ayrı-ayrı  vətəndaşların  əmlakını 

yandırıb-dağıtmaq  -  bütün  bunlar  insanlıqla  bir  araya 

sığmır  və  onu  təşkil  edən  bədxahlara  heç  də

başucalığı 



gətirmir. Müxalifət bu yolla qisas almağa, xaos illəri olan 

1988-1993-cü  illəri  geri  qaytarmağa  çalışır.  Lakin  onlar 

bu  xam  xəyallarına  çata  bilməyəcəklər.  Odur  ki,  xalq 

dağıdıcı  müxalifətin    qarşısının      qətiyyətlə  alınmasını 

tələb edir. 

-    Bəxtiyar  müəllim,  maraqlı  müsahibə  üçün  sağ 

olun. 

-  Siz də sağ olun. "Naxçıvan" qəzeti öz dəst-xətti ilə 

seçilən mətbu orqanıdır. Baş redaktor Nazilə xanım qəzet 

ətrafına istedadlı qələm sahibləri toplaya bilib. Çox şadam 

ki,  deputat  mandatı  alandan  sonra  ikincilər  sırasında 

mənimlə məhz sizin qəzet müsahibə aparır. 



7.12.2000-ci il, “Naxçıvan” qəzeti 

 

Unutsaq - unudarlar 

SƏN SĠMURQ QUġUSAN 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Ön söz 

 

Bir  əsrdən  çox  tarixi  olan  teatr  sənətimizin,  ondan 



nisbətən  cavan  kinomuzun  inkişafında  əvəzsiz  rolu  və 

xidmətləri  olmuş  sənət  fədailərinin  ilk  qaranquşlarını  da, 

orta  nəsl  sənətkarlarını  da  bu  gün  böyuk  hörmət  və 

ehtiramla  xatırlayır,  sənətkarlıqları  qarşısında  səcdə 

edirəm.  Teatr  və  kinoya  baqlılıq  sonradan  məni  "Kino" 

qəzetində işləməyə sövq etdi. 10 ildən artıq bu qəzetdə və 

"Yeni  filmlər"  jurnalında  işlədiyim  üçün  hazırda 

dünyasını  dəyişməsi  görkəmli  teatr  və  kino  xadimləri  ilə 

uzun  zaman  təmasda  olmuşam  və  onların  hər  biri 

haqqında  xoş  xatirələrimi  həmişə  qəlbimdə  əziz 

saxlayıram.  Hətta  hər  birinin  özunəməxsus  danışıq  tərzi, 

oturuşu-duruşu, səsinin  ahənki  belə,  indi də  qulaqlarımda 

səslənir - məni tərk etmir. 

Amma  unudulmaz  sənətkarımız,  bütün  imkan  və 

baçarıqını  incəsənətimizin  hər  iki  qolunun  -  həm 

kinomuzun,  həm  də  teatrımızın  inkişafına  eyni  dərəcədə 

sərf  edən  Möhsün  Sənani  haqqında  xatirələrim  40  ildən 

artıq  bir  müddət  keçsə  də,  hər  zaman  təzə-tərdir,  istidir, 

yaddaqalandır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Hələ tələbəlik illərindən Bakının mədəni həyatına fəal 



qoşulur,  ekrana  çıxan  hər  bir  yeni  filmə,  hər  yeni 

tamaşaya  birincilər  sırasında  baxırdım.  O  vaxt  Bakının 

mərkəzi  kitabxanalarında,  idarə  və  müəssisələrində 

görkəmli  sənət  adamları  -  yazıçı  və  şairlərlə,  tanınmış 

teatr  və  kino  xadimləri  ilə,  bəstəkar  və  müqənnilərlə 

göruşlər  tez-tez  keçirilərdi.  Belə  tədbirlərdə  müntəzəm 

iştirak  etməyim  sənət  xiridarlarına  olan  maraq  və 

məhəbbətimi  gündən-günə  artırırdı.  Möhsun  Sənaniyə, 

onun  ifaçılıq  məharətinə  çoxdan  valeh  idim.  Aktyorun 

çalışdığı  Azərbaycan  Milli  Akademik  Dövlət  Dram 

Teatrında  oynadığı  tamaşaların,  çəkildiyi  kinofilmlərin 

heç  birini  buraxmırdım.  Bu  misilsiz  sənətkarla,  duzlu-

məzəli, şirin ləhçəli insanla üzbəüz dayanıb, nurani üzünə, 

iri qaynar gözlərinə baxmaq, onunla ünsiyyətdə olmaq ən 

böyuk arzum idi. 

«Şeyx  Sənan»da  oynadığı  Serqo.  Mən  deyərdim 

aktyorun  bütün  istedadı  bu  rolda  açılırdı.  Onun  hər  dəfə 

oxuya-oxuya səhnəyə gəlişi taşmaşaçıları heyran edirdi. 

Elə  olmazdı  ki,  İslam  Səfərlinin  «Göz  həkimi‖ni 

göstərsinlər, mən ona baxmayım. Özu də həmişə parterdə 

oturardım  ki,  böyuk  sənətkarın  bütün  hərəkətlərini  açıq-

aşkar  görum,  eçazkar  səsini,  sözlərini  yaxşı  eşidim.. 

Aktyorun  böyuk  şövqlə,  ilhamla  oynadıqı  sürücü 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə