www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
dünya miqyasında tutduğu mövqe baxımından da onu
deməyə əsas verir ki, dünya ictimaiyyəti Ramil Səfərovun
ekstradasiya olunmasının əleyhinə çıxmaz. Onu da
unutmaq olmaz ki, hazırda Avropada iqtisadi böhran
artmaqda davam edir, Avropa böhrandan çıxmaq üçün
yollar axtarır. Bizim ölkəmiz, Xəzərin resursları isə bu
sahədə Avropa üçün böyük əhəmiyyət kəsb edir. Odur ki,
Macarıstan bundan sonra Azərbaycanla münasibətlərini
yaxşılaşdırmağa davam edəcək. Onun sözlərinə görə
bütün bu cəhdləri nəzərə alan Macarıstan Ramil Səfərovu
azad edə bilər. Axı Avropa İttifaqının özü də Azərbaycana
hörmətlə yanaşır və bu cəhətdən sözügedən prosesə yəqin
ki, mane olmaz. Amma orası da var ki, erməni tərəfi
böyük hay-küy qoparacaq və bütün dünyaya yayacaq ki,
Ramil Səfərov qatildir və cavab istəyəcək ki, onların
həmvətənlisi nəyə görə qətlə yetirilib. Odur ki, erməni
tərəfdən heç bir səmərə olmayacaq. Amma Avropa da bu
ölkəni eşitməyəcək. Çünki Avropa İttifaqı Ermənistandan
əvəz alınacaq heç bir səmərə götürmür. Ümumilikdə,
erməni diasporu da son zamanlar xeyli dərəcədə zəifləyib.
Siyasi icmalçının dediyi kimi, Ramil Səfərov bizim
qanlı və şanlı tariximizdir. ―Hələ orası bəlli deyil ki,
Ramil Səfərov Azərbaycana gələndən sonra azadlıqda
qalacaq, ya yox. Zənnimcə, əsası odur ki, o, vətənə
qayıtsın. Əgər vətəndə onu yenidən həbs etsələr belə, o
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
zindanda yaxşı şəraitdə yaşayacaq.‖ – deyə ekspert
əminliyini bildirdi.
Xatırladaq ki, Ramil Səfərov 1977-ci ildə Cəbrayıl
şəhərində anadan olub. O Cəbrayıl ki 1993-cü ilin
avqustunda erməni qəsbkarları tərəfindən işğal olunub.
Ramil 8 illik məktəbi Cəbrayıl şəhərində bitirib. 1991-ci
ilə qədər Bakıda yaşayan Ramil sonra 8 il Türkiyədə hərbi
təhsil alıb. Əvvəlcə İstanbulda hərbi gimnaziyada (1992-
1996-cı illər), sonra Türkiyədə hərbi akademiyada (1996-
2000-ci ildə). Təcrübəsini Kiprdə keçib və 2000-ci ildə
Azərbaycana qayıdaraq Ali Hərbi Məktəbdə tağım
komandiri vəzifəsini icra etməyə başlayıb. 2004-cü ilin
yanvarında Ramil Səfərov Macarıstanın paytaxtı
Budapeştə yola salınır. Orada ―Sülh naminə tərəfdaşlıq‖
proqramı çərçivəsində ingilis dili kurslarında iştirak edir.
2004-cü il fevralın 19-da Ramil onunla eyni kurslarda
iştirak edən, dəfələrlə Azərbaycan xalqını, onun bayrağını,
Qarabağda şəhid olan vətən oğullarını təhqir edən erməni
əsilli Markaryanı balta ilə qətlə yetirir. Ramilin
valideynləri və qohumları, həmvətənləri isti yuvalarını,
od-ocaqlarını tərk etmiş, Xocalı soyqırımı qurbanlarına
çevrilmişlər. Belə ki qohumları İldırım Xudiyev və
Cabbar Yusifov Qarabağ döyüşlərində həlak olmuşlar.
Ramil Səfərovun özü isə həmin vaxtda Cəbrayılda olmuş,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
azərbaycanlıların oradan necə çıxarılmasını öz gözləri ilə
görmüşdür.
Ramil Səfərov Macarıstanda həbsxana həyatı yaşaya-
yaşaya bu xalqın dilini öyrənməyə nail olmuş, tanınmış
macar
yazarı Maqda Sabonun ―Qapı‖ romanını
Azərbaycan dilinə tərcümə etmiş, mütəxəssislər tərəfindən
rəğbətlə qarşılanmışdır. Bundan ruhlanan Ramil başqa bir
macar yazıçısının - Molnar Ferencin "Pal küçəsinin
uşaqları" əsərini də dilimizə çevirmişdir. Azərbaycan
xalqı Ramil Səfərovun erməni Markaryanı öldürdüyünə
haqq qazandırır, özünü ləyaqətsiz apararaq Azərbaycan
xalqının bayrağını təhqir etdiyinə görə haqlı cəzasını
aldığını alqışlayır və Ramil Səfərovun böyük
vətənpərvərliyi qarşısında baş əyir.
Ramil Səfərovun erməni zabiti qarşısında hərəkəti hər
bir Azərbaycan zabiti üçün örnəkdir. Qərinələr ötəcək,
Ramil xalq qəhrəmanı kimi əbədiyaşarlıq qazanacaq.
Onun
haqqında
nəğmələr
oxunacaq,
mahnılar
bəstələnəcək. Tarixi dastanlarımızın bir qəhrəmanı da
Ramil olacaq.
VƏTƏNÇÜN YANAN SAĠR
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Oddan-alovdan keçənlər
Həyatda elə adam var ki, oturub onunla həmsöhbət
olanda, kəlmə kəsəndə, xoş ovqatı, nikbinliyi, şər
zarafatları könlünü oxşayanda, sanırsan ki, qarşındakı ulu
Tanrı özünün ən bəxtəvər bəndəsi kimi yaradıb, dünyanın
qəm-kədəri, ağrı-acısı ondan bilmərrə uzaqdan da uzaqdır.
Amma dərininə
varanda,
onun
həyat
tarixçəsini
vərəqləyəndə, başqa aləmlə qarşılaşanda, digər vəziyyətlə
üzləşir və bu zaman istər-istəməz dünyanın qəribəliklərinə
mat-məəttəl qalırsan.
Haqqında söhbət açmaq istədiyimiz soydaşımız da
belələrindədir. Şair Fətəli Sahibi deyirəm. O Fətəli, Sahib
ki, ömrü boyu kirpiyində od daşıyıb, Tanrı sanki onu
sınağa çəkmək üçün yaradıb, dözülməz əzab və
iztirablarla üzləşdirib.
Onu çoxdan tanısam da, şair kimi yaradıcılığına
kifayət qədər bələd olsam da, ünsiyyət zamanı həmisə
xoşqılıq, deyib-gülən təsiri bağışlasa da, sən demə,
yanılırmışam. Tərcümeyi-halına kifayət qədər bələd
deyilmişəm. Aysberqin görünməyən tərəfi varmış. Burada
Dostları ilə paylaş: |