www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
"Ağlayanın bir dərdi var, gülənin min dərdi" məsəli yada
düşür. Sən demə, bu amansız həyat ona və ailəsinə ömrü
boyu sərt üzünü göstərib. Taleyin naqolay zərbəsinə daim
tuş gəlib. Əzib-sıxıb onu tale öz məngənəsində, sınağa
çəkib ailəsini də, onun özünü də.
Bu gün ömrünün ahıl, müdrik çağını yaşayır Fətəli
Sahib. Elə bu yaşında da dost-tanışları ilə görüşəndə, şən
zarafatlarından qalmır. Üzündən gülüş, təbəssüm əskik
olmur. Təbəssüm necə də onun nurani simasına yaraşır!
Oddan-alovdan çıxmış 78 yaşlı Fətəli Sahibin həyatını
üç mərhələyə, yəni ömür kitabını üç fəslə bölmək olar:
Böyük Vətən müharibəsinə qədərki illər, müharibə illəri,
ondan sonrakı illər.
7 yaĢında faciəyə tuĢ gəlmiĢ Fətəli
Həyatın sal qaya kimi min bir sərt üzünü görmüş şair
dostum hələ 7 yaşında ikən dəhşətli bir faciə ilə
üzləşmişdi. Bu, qanlı Stalin repressiyasının faciəsi idi.
Ucarın Qəziyan kəndində o vaxta qədər sakit həyat tərzi
yaşayan təmiz, mömin bir ailə vardı. Evin başıpapaqlısı
Molla Manaf, xanımı Fatma ana başqalarına nümunə idi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Sayıb-seçilən bu ailə xoşbəxt günlərini yaşayırdı. Hamı
ailəyə yaxşı mənada qibtə edir, həsəd aparırdı. Manaf kişi
rayonda kolxoz yaradanlardn biri idi. Bir sözünü iki edən
tapılmazdı. Kənddə-kəsəkdə heç bir tədbir, xeyir-şər
onsuz ötüşməzdi. Qan bağlayardı Molla Manaf. Lakin kim
bilərdi ki, bu xoşbəxtliyin ömrü belə qısa olacaq, tezliklə
dəhşətli bir tufan onların qapısını da nişan verəcək, «ellər
atası",
'Yer
üzünün
sönməz
günəsi"
Stalinin
repressiyasının acı ruzgarı Manaf kişinin də qapısını
döyəcək. Həmin dəhşətli hadisə 1931-ci ildə baş verdi.
Ailəni - Molla Manafı 4 oğlu ilə birlikdə Qazaxıstana
sürgün edirlər, daha doğrusu, onları gedər-gəlməzə
yollayırlar. Çox keçmir ki, dünyanın ən mömin
bəndələrindən biri olan günahsız Molla Manafı say-seçmə
4 oğlu ilə birlikdə Qazaxıstanın Şoltan şəhərində qətlə
yetirirlər. 7 yaşlı Fətəli əvvəlcə bu faciəni nağıl bilir,
anasının göyə bülənd olan ah-naləsindən, fəryadından,
axıtdığı acı göz yaşlarından sonra hər şeyi anlayır və
sonralar yeganə ümidi Fatma ana ilə ömrü boyu həmin
faciənin acı xatirələri altında əriyir, qovrulur. Amma onlar
ölmürlər, yaşayırlar, onları ölümün acığına yaşadan ana-
oğul məhəbbəti olur. Bir də onların daxilində yuva salmış
möhkəm iradə, əzm və mübarizlik.
Başının tacı, hər biri bir el-obaya arxa-dayaq olacaq 4
igid, 4 gözəl-göyçək oğlunu, 4 qartal balasını əbədi itirmiş
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
möhnətkeş ana yeganə təsəllisini balaca Fətəliyə bağladı,
ərinin də, əlindən getmiş oğullarının da mehrini ona verdi,
onların iyini sonbeşiyındən alırdı. Taleyin amansiz
qanunları ilə barışmalı olan ana gümanını Fətəliyə
bağladı. Ananın ən böyük arzusu ona savad vermək,
təhsilli oğul kimi ortaya çıxarmaq, araya-ərsəyə gətirmək
idi. Fətəli də ağıllı çıxır, ananın arzusunu gözündə
qoymur, yaxşı oxuyurdu. Beləliklə, orta məktəbi bitirir.
Erkən yaşlarından yazı-pozuya meyil göstərir, mətbuatla
maraqlanır. Gənc Fətəli "Ucar pambıqçısı" qəzetini çap
etmək üçün rayon rəhbərliyinin təşəbbüsü ilə mətbəə
yaradır, lazım olan bütün texniki avadanlığı qısa vaxtda
əldə edir, sonra da rəhbərliyin təşəkkürünü və mükafatını
qazanır, hətta qəzetin 2 sayını buraxa bilir. Qəzetin texniki
işçisi, mətbəə yaradıcısı kimi rayonda mətbuatın
yayılması sahəsində qızğın fəaliyyət göstərir. Qonşu
İsmayıllıda "Yeni Işmayıllı" qəzetinin yaranması,
fəaliyyətə başlamasi ücün də bütün bacarığını sərf edir və
istəyinə nail olur.
Bu, Fətəli Sahibin ömrünün müharibəyə qədər olan
dövrü idi. Sonra da müharibə illəri başlayır...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Fatma ana Fətəli ilə PolĢa sərhədində necə
görüĢür?
Gənc Fətəli hələ bığ yeri tərləməmiş -17 yaşına
girəndə Böyük Vətən müharibəsinə yollanır. Ananı tək-
tənha, Allaha tapşırıb, cəbhəyə yola düsür. Əvvəlcə
Tbilisidə yerləşən 3 illik hərbi zabitlik məktəbinə daxil
olur. Həm məktəbdə oxuyur, həm də hərbi qəzet ("Fəhlə-
Kəndli Qızıl Ordu döyüşçüsü"), plakat və s. buraxmaq
üçün mətbəə yaradır, mətbəənin bütün texniki
avadanlığını əldə edir, özü də mətbəədə çalışır. 9 ay hərbi
məktəbdə oxuyandan sonra tezləşdirilmiş hərbi diplom
alır və leytenant rütbəsilə həmin hərbi qəzetdə çalışır. Bir
gün ordu generalı onu yanına çağırıb diviziyanın səyyar
mətbəəsini yaratmaq barədə leytenant Fətəliyə tapşırıq
verir. O, canla-başla işə girişir. Az vaxtda mətbəəni lazımi
texniki avadanlıqla təchiz edir. Onun sərəncamına "ZİS-5"
markalı maşın da verilir. Qəzetin bütün ağırlığı çiyninə
düşsə də, hərbi qəzetin hər bir nömrəsini mütəmadi nəşr
etdirir.
Döyüşlər davam edirdi. Fətəlinin vuruşduğu 416-cı
Taqanroq diviziyası düşmənə müqavimət göstərir, onun
canlı qüvvəsini və texnikasını məhv edir, irəliyə doğru
Dostları ilə paylaş: |