İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə64/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   60   61   62   63   64   65   66   67   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Başqa  dost-tanışlarım  məni  qınamasın.  Zamanı  əvəz 



edən  başqa  birisi  yoxdur  ki,  gündə  bir  neçə  dəfə 

zəngləşək,  dərd-sərimizı  bölüşək,  bir-birimizə  həm 

mənəvi, həm də maddi dayaq olaq. 

Ölümündən  bir  gün  qabaq  yanına  ona  baş  çəkməyə 

getmişdim.  Düz  6  saat  yanında  oturdum.  Getməyimi 

istəmirdi.  Sonra  başqa  dostumuz  -  Rəhim  müəllim  də 

gəldi. O gün necə xoşbəxt idi?! Sonuncu xoşbəxt gün. 

Ertəsi  gün,  ölümünə  bir  neçə  saat  qalmış  mənə  zəng 

vurdu,  dedi  ki,  sənin  üçün  yaxşı  iş  yeri  tapmışam.  Ayda 

200  dollara  -  razısan?  Dedim  -  inanmıram,  qardaş.  Əgər 

elə  olsa,  onun  50  dollarını  sənə  verərəm.  İkimiz  də 

gülüşdük.  Onun  o  şaqraq  gülüşü...  Sonuncu  şaqraq 

gülüşü... Ömrüm boyu qulaqlarımda səslənəcək. 

Bir dost itirmişəm, əvəzsiz bir dost. Getdi, məni tənha 

qoydu  bu  vəfasız  dünyada.  Ruhu  şad  olsun!  Qəbri  nurla 

dolsun! 


16.04.05 

 

AĞƏDDĠN MANSURZADƏ – 60 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

ĠSTEDAD ZƏHMƏTLƏ BĠRLƏġƏNDƏ 

 

Ağəddin  müəllimi  1963-cü  ilin  sentyabrından 



tanıyıram.  ADU-nun  jurnalistika  fakültəsinə  daxil 

olmuşduq.  Sentyabrın  1-də  eyni  qrupda  görüşdük,  tanış 

olduq. 

İlk 


gündən 

sadəliyi, 

dilli-dilavərliyi, 

səmimiyyətiylə  qrup  yoldaşlarının  hörmətini  qazandı.  O, 

dərsə  gəlməyəndə  dərhal  yeri  görünürdü.  Sonra  ailə 

vəziyyətilə alaqədar olaraq jurnalistikanın qiyabi şöbəsinə 

keçdi.  Çünki  Ağəddin  Sumqayıtda  yaşayıb  işləyirdi. 

Gənclik  şəhərini  quranlardan  idi.  Şəhər  onun  gözləri 

qarşısında  böyümüşdü.  Gənclik  çağlarından  odlu-alovlu, 

qaynar  olan  Ağəddin  şəhər  komsomolçularının  lideri  idi. 

Zəhmətlə  bağlı  bu  gənc  hələ  tələbə  ikən  az  bir  zamanda 

sumqayıtlıların  həyat  fəaliyyətini  əks  etdirən  maraqlı 

publisist yazılarla çıxış edir, qələmini püxtələşdirirdi. 

Tezliklə Ağəddin  yaradıcılıqla məşğul olur. Jurnalist-

publisist  Ağəddin  yazıçı  kimi  tanınır.  Özü  də  şirin-şəkər 

balalarımızdan hekayələr yazır. Sonra da kitabları işıq üzü 

görür.  «Dağ  suyu»,  «Növbə  mənimdir»,  «Təzə  paltar» 

kitablarının  qəhrəmanları  sevimli  uşaqlarımızdır.  Daha 

sonra  gənc  yazıçının  yaradıcılığı  sanki  qol-qanad  açır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

genişlənir. Bir-birinin ardınca "Səmənd atın belində", "Qış 



soyuq  keçmədi",  "Lal  Vəli",  "Cənnətdə  görüşənədək", 

"Özbəkistanda nəyim qaldı" kitabları yazıçının məhsuldar 

yaradıcılığından  xəbər  verir.  Ümumiyyətlə,  belə  demək 

olar  ki,  Ağəddin  müəllimin  mayası  zəhmətdən  yoğrulub. 

Özü  də  halal  zəhmətdən.  Axı  o  halal  adamdır.  Allah 

adamıdır,  dindardır,  din  xadimidir,  Hacıdır.  Qafqaz 

Müsəlmanları  İdarəsi  Elmi-Dini  Şurasının  üzvüdür. 

Sumqayıtda  ağsaqqal  kimi  də  böyük  hörmət-izzət 

sahibidir, 

xeyriyyəçi 

kimi 

hamının  xeyir-şərində 



təmənnasız  iştirak  edir,  gənclərə  yol  göstərir,  dəyərli 

məsləhətlər verir. Övladcanlı olan Hacı Ağəddin yaxşı ailə 

başçısı,  5  uşaq  atası,  4  nəvənin  babasıdır.  Nəvələrini 

görəndə ürəyi dağa dönür, bütün yorğunluğunu, dünyanın 

dərd-qəmini unudur. 

Qeyd  etdiyimiz  kimi,    Hacı  Ağəddin  zəhmətsevərdir, 

işgüzardır.  Keçirdiyi  yuxusuz  gecələr  nəinki  onu  yorub 

usandırmır, əksinə, yaradıcılığına yeni təkan verir. 2000-ci 

il  ədibin  yaradıcılığı  üçün  uğurlu  olmuşdur.  Çünki  iki 

kitabı  –  «İnsan  qaranquş  deyil»  və  «Mən  Bəxtiyaram" 

əsərləri  oxucuların  mühakiməsinə  verilmişdir.  Sonuncu 

kitabın  baş  qəhrəmanı  yazıçının  özünü  tanıyandan  bəri 

yaradıcılığı  ilə  qidalandığı,  nəfəs  aldığı,  mənən 

zənginləşib  saflaşdığı  xalq  şairi,  millət  vəkili  Bəxtiyar 

Vahabzadədir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Hacı Ağəddinin 60  yaşı tamam oldu. Onun təxminən 



35  ilini  yaradıcılığa  həsr  etmiş  jurnalist-publisist-yazıçı 

kimi  oxuçuların  dərin  rəğbətini  qazanmış  ədib  bu  gün 

yaradıcılığının ən qaynar və məhsuldar dövrünü yaşayır. 

Şanlı 


yubileyi 

münasibətilə 

Hacı 

Ağəddin 


Mansurzadəni  ürəkdən  təbrik  edib,  ona  daha  böyük 

yaradıcılıq 

uğurları 

arzulayan, 

şəxsiyyətinə 

və 


işgüzarlığına pərəstiş edən qələm dostu İdris. 

2000-ci il 

 

ANANIN VƏSĠYYƏTĠ: 



 

"Bəhruz həkim məni yerdən götürsün, sinəmin 

üstünə də oğlumun cib dəsmalına bükdüyüm, 

gəlinnlərimin əllərilə yolunmuĢ ağ birçəyimi qoysun". 

 

"Azərbaycan  gəncləri"  qəzetinin  bu  il  23  sentyabr 

tarixli  sayında  "Vəsiyyət  etmişəm"  adlı  tükürpədici  bir 

yazı  yerimdəcə  sarsıtdı  məni.  Yazıda  söhbət  bir  ananın 

faciəsindən, konkret  olaraq  Bakının  Bilgəh qəsəbəsindəki 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə