İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə65/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   61   62   63   64   65   66   67   68   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qocalar  evində  yaşayan  Hökumə  ananın  acı  taleyindən 



bəhs olunurdu. 

Kimdir  Hökumə  ana,  nədir  bu  qadını  yaşının  ahıl 

çağında qocalar evində yaşamağa məcbur edən? 

O,  qocalar  evinə  Bakıdan  gedib.  Həyat  yoldaşı  erkən 

vəfat  etdiyindən,  ana  iki  oğul  böyüdüb,  boya-başa 

çatdırıb. Onları ərsəyə  yetirənə qədər min əzabla üzləşib, 

kirpiyində od götürüb Hökümə ana. Sonra da min arzu ilə 

hər  ikisinə  istədikləri  qızı  alıb.  Toy  edib,  qoşa  gəlin 

qayınanası olub. Elə onun əsl faciəsi də, müsibətli günləri 

də  bundan  sonra  başlanıb.  Gəlinlər  qala-qala,  evdə  bütün 

işləri  Hökümə  ana  özü  görüb  ki,  ailədə  artıq  söz-söhbət  

olmasın.  Bir  də  arvad  onda  ayılıb  ki,  artıq  qulluqçuya 

çevrilib  -  analıq  hüququndan  əsər-əlamət  qalmayıb.  "Sağ 

ol"  eşitmək  əvəzinə  isə  gəlinləri  tərəfindən  təhqirlərə 

məruz  qalıb,  hətta  utanıb  eləmədən  arvadın  zəhmətdən 

ağarmış saç-birçəyini də yolub tökür, döyüb əldən salırlar. 

Axırda ana dərdini oğlanlarına açır ki, arvadlarını tənbeh 

edib,  anası  qarşısında  üzr  istəsinlər.  Lakin  arvad  əksini 

görür:  arvadlarına  qəhmar  çıxır  oğlanlar!  Elə  bundan 

sonra  evdə  özünü  artıq  hiss  edən  iki  oğul  anası  beləcə 

qocalar  evində  yaşamağı  üstün  tutur  -  bütün  bu  haqsız 

təhqirlərə dözə bilmir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Necə  də  dəhşətli  bir  hadisə?!  Nə  qədər  də  böyük  bir 



ədalətsizlik,  haqsızlıq?!  Hər  iki  oğulun  gözu  qabağında, 

daha  doğrusu,  onların  iştirakı  ilə  möhnətkeş  ana  yavaş-

yavaş ev qulluqçusuna çevrilir, sonra da təhqirlərə məruz 

qalır,  analıq  hüququ  tapdalanır,  axırda  da  artıq  bir  əşya 

kimi bayıra atılır... Bu yerdə özunu saxlaya bilmir, dişinin 

dibindən  çıxanı  belə  məsləksiz,  nankor  oğullara,  ev,  ailə 

tərbiyəsi  görməmiş  gəlinlərə  yağdırmaq  istəyirsən:  ar 

olsun belə qoşa oğula! Lənət onların başlarına qoyduqları 

papaqlarına!  Özlərinə,  kişiliklərinə  (əgər  onlara  kişi 

demək  olarsa)  min  lənət!  Başlarına  dəysin  belə  qızları 

evlərə yola salan anaların tərbiyəsi!.. 

Başına  gətirilən  bu  müsibətlərdən  sonra  ana  ürəyi 

yenə  dözmür,  uşaqları  üçün  narahatçılıq  keçirir,  hələ  də 

gözləri yoldadır: bəlkə oğlanları bu uzun vaxt ərzində barı 

bircə dəfə onu  yada  salıb,  bura  gəldilər?  Lakin daş  qəlbli 

övladlar  arvadlarının  tumanı  altında  gizlənib  (Bu  ifadə 

üçün  oxuculardan  üzr  istəyirik.  Bundan  tutarlı  söz 

tapmadıq),  onların  nazı,  hikkəsi  ilə  oynayır,  ananı  bir 

dəqiqə də olsa, yadlarına salmırlar. Beləcə aylar, illər bir-

birini  qovur,  lakin  övladlar  ananın  öldu-qaldısından  bir 

xəbər  tutmurlar.  Ana  gecə-gündüz  fikirləri  ilə  baş-başa 

qalır,  vəziyyəti  götür-qoy  edir.  Bir  neçə  dəfə  özünə  qəsd 

etmək  qərarına  gəlir.  Yenə  övladlarını  düşünür,  onların 

şəxsiyyətini düşünüb, fikrindən daşınır. Ümidini itirməyib 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  daim  yollara  dikilir  gözləri,  intizar  baxışları.  Nə  qədər 



çalışsa, ürəyi ilə bacarmır ana. Amma ümidləri yenə boşa 

çıxır. Axırda başa düşür ki, o öz-özünü aldadır. Bununla iş 

bitmir.  Ananı  bir  məsələ  narahat  etməyə  başlayır:  onun 

qocalar  evində  ölümü  (ölüm  haqdır)  oğlanlarının 

şəxsiyyətinə toxunmaz ki? 

Görürsünüzmü  ana  qəlbinin  genişliyini,  ana  ürəyinin 

həyəcanını? Bu yerdə üzümü anaya tutub deyirəm: özünü 

əldən salma, Hökumə ana, daşqəlbli oğlanların buna layiq 

deyillər. Onların şəxsiyyəti, mənliyi, mənəviyyatı yoxdur. 

Olsa  da  ora  boşdur,  heçdir,  puçdur.  Soyuq,  donuq  bir  ət 

parçası daşıyırlar onlar. Ürək yerinə. 

Axır ki, ana bütün ümidini üzəndən sonra qəti sözünü 

deyir:  vəsiyyət  edir.    Vəsiyyətdə  deyilir:    Mən  bir  daha 

heç vaxt o evə qayıtmaram. Vəsiyyət eləmişəm - məni bu 

qocalar  evindən    Bəhruz  həkim  yerdən  götürsün  (Allah  

Bəhruz  həkimi  o qocalar evinə çox görməsin!),  sinəmin 

üstünə  də  oğlumun  cib  dəsmalına  büküb    gətirdiyim, 

gəlinlərimin    əllərilə  yolunmuş  ağ  birçəyimi  büküb 

qoysun.  Mənim  oğlum    da,  həkimim    də  Bəhruz 

həkimdir...   

 Dağ vüqarlı, dəniz ürəkli Hökumə ana! Sənin qəti və 

son  qərarını  alqışlayır,  qarşında  səcdə  edirəm.  Və  bu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dəmdə bir  atalar sözünü demək  yerinə duşər;  "Neynirəm 



qızıl  teşti  ki,  içində  qan  qusacağam".  Bəli,  belə 

mənəviyyatsız,  insanlıqdan  kənar,  nankor  övladlardansa, 

vəsiyyətini  sağlığında  edib,  gözün  yumulandan  sonra 

qəbir  evinə  məhz  Bəhruz  kimi  oğulları  çiynində  getmək 

daha düz olar.  

Ana, ancaq mən heç cür inana bilmirəm ki, oğlanların 

öz  ailələrində    xoşbəxtdirlər,  xoşbəxt  yaşayırlar. 

Başqasının  bədbəxtliyi,  faciəsi  üzərində  qurulan  həyat 

necə xoşbəxt ola bilər? Görəsən oğlanların barı bircə dəfə 

ölməz  sənətkarımız  Rəşid  Behbudovun  məşhur  "Ana" 

mahnısını  dinləyiblərmi,  ya  da  mərhum  şairimiz    Əli   

Kərimin  "Qaytar    ana  borcunu"  şeirini  eşidiblərmi?

 

Bəs 


harın,  hikkəli,  əqidəsiz  gəlinlər?  Onlar  heç  yadlarına 

salırlarmı  ki,  bir  vaxt  özləri  də  sənin  kimi  qaynana 

olacaqlar?  Yəqin  ki,  o  dunyadan  bixəbərlər  "Nə  tökərsən 

aşına,  o  da  çıxar  qaşığına"  kəlamını    bilmirlər.  Yenə  bir 

atalar  sözünü  deyirəm  təsəlli  uçun:  "Buynuzsuz  qoçun 

qisası buynuzlu qoçda qalmaz". Vaxt gələr oğlanların da, 

onların  arvadları  da  tutduqları  əməldən  peşman  olarlar. 

Günlərin  birində  mən  əminəm  ki,  indi  susmuş  vicdanları 

oyanar, onları haqq-ədalət  məhkəməsinə çəkər. Əfsus ki, 

o  zaman  gec  olar.  Çünki  "Sonrakı  peşmançılıq  fayda 

verməz" kimi atalar sözumüz var axı bizim. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə