İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə67/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   63   64   65   66   67   68   69   70   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

xanım 1956-cı ildə Londonda təhsil alan ilk azərbaycanlı 



qız  idi.  Onun  AMEA-nın  müxbir  üzvü,  elmlər  doktoru, 

professor  adı  qazanmasının  əsası  bu  şəhərlə  bağlı 

olmuşdur.  Hər  dəfə  Londona  səfər  etdikcə,  elmlər 

namizədi  üzrə  dissertasiya  müdafiə  etdikcə,  İngiltərənin 

Pittrsburq  Universitetində  «Şekspir:  İngiltərə  və  Sovet 

İttifaqında  onun  yaradıcılığına  münasibət»  proqramında 

iştirak 

etdikdən, 

şəhərin 

görkəmli 

yerlərinə 

kitabxanalara,  miili  muzeylərə,  teatrlara  baş  vurduqdan 



sonra  Londona  dərindən  bağlanmışdır.  Bir  dəfə  London 

Qadınlar Cəmiyyəti sədri tərəfindən kraliça Yelizavetadan 

ona  məktub-dəvətnamə  gəlir.  O,  Zemfira  xanımı 

Yelizaveta,  Bukinhem  sarayında  düzənlənən  çay 

dəsgahına  dəvət  edir.  Həmin  mərasimdə  Ingiltərə 

kraliçasına  bəlli  idi  ki,  Zemfira  xanım  Azərbaycanda 

məhsuldar fəaliyyət göstərir və Londonda təhsil alır. Ona 

görə  də  kraliça  həmyerlimizi  İngiltərə  kraliçasının 

himayədarlıq etdiyi cəmiyyətin fəxri üzvü seçir və yadigar 

olaraq boynuna qızıl zəncir taxır. 

Zemfira  xanımın  Vaşinqtonla  bağlı  xatirələri  də 

maraqlıdır.  O,  Moskvada  aspiranturanın  III  kursunda 

oxuyarkən 

aspirantların 

ingilis 

dili 


biliklərini 

dərinləşdirmək  məqsədiylə  onu  ABŞ-ın  Corciya 

Universitetinə  göndərirlər.  Vaşinqtonda  yaşayarkən  onu 

məşhur  Amerika  ailələrinə  dəvət  edirlər.  İş  elə  gətirir  ki, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

aspirant  Zemfira  xanım  Kennedi  ailəsi  ilə  tanış  olur.  O 



zaman  Robert  Kennedi  azərbaycanlı  aspirantı  evlərinə 

dəvət  edir,  Robert  Kennedi  həmyerlimizlə  birlikdə  şəkil 

çəkdirir.  1993-cü  ildə  senatın  oğlu  Maykl  Kennedi 

jurnalist  kimi  yanvar  hadisələrini  əks  etdirmək  üçün 

Bakıya gəlir və Zemfira xanımla görüşür. Maykl söyləyir 

ki,  o,  anası  Etel  Kennedinin xahişiylə  gəlib  və  istəyir  ki, 

onun ailə üzvləri  ilə görüşsün.  Etel növbəti dəfə Zemfira 

xanımı  Amerikaya  dəvət  edir,  onlar  görüşür  və  arxada 

qalmış  65-ci  ili  xatırlayırlar.  Moskvada  keçirdiyi  iilər 

Z.Verdiyevanın  elm  sahəsində  qazandığı  misilsiz 

uğurlarla yadda qalıb. 

Z.Verdiyeva 

Roma 

və 


Madrid 

şəhərlərində 

gördüklərini  ömrünün  ən  gözəl  çağları  hesab  edir. 

Romanın  muzeyləri,  teatrları,  Madridin  bənzərsiz 

möcüzələri  Zemfira  xanımı  məftun  etmiş,  onun 

dünyagörüşünə böyük təsir göstərmişdir. 

Zemfira  xanım  ömrünün  müdrik  illərini  qadınlar 

arasında  keçirmişdir.  Belə  ki  1971-ci  ildən  Azərbaycan 

Respublikası  Qadınlar  Cəmiyyətinin  sədri  kimi  fəaliyyət 

göstərmişdir.  1920-ci  ildə  yaradılan  bu  cəmiyyətə 

müxtəlif  illərdə  Azərbaycanın  görkəmli  fəal  qadınları 

Ayna  Sultanova,  Hökumə  Sultanova,  Səidə  İmanzadə, 

Əzizə Cəfərzadə başçılıq etmişlər. Növbəti dəfə bu məsul 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

və  şərəfli  vəzifəni  1989-cu  ildə  hələ  Xarici  Dillər 



İnstitutuna  rəhbərlik  edən  Zemfira  xanıma  Əzizə 

Cəfərzadə  estafet  kimi  ötürmüşdür.  Özündə  75  mindən 

çox  qadını  birləşdirən  bu  cəmiyyətə  rəhbərlik  edən 

Zemfira xanım qurumun fəaliyyətində böyük rol oynamış, 

qadınların hüquqlarının müdafiəsində bütün var qüvvəsini 

sərf etmişdi. 

1989-cu  ildə  hər  bir  azərbaycanlı  hər  hansı  bir 

təşkilatda  müəyyən  ictimai  bir  yük  daşımağa  borclu  idi. 

Çünki  o  illər  Azərbaycan  üçün  taleyüklü  dövr  idi. 

Respublikamızda  müharibə  şəraiti  hökm  sürürdü.  Bakıda 

xaotik  vəziyyət  yaranmışdı.  Ölkəmiz  ağır  günlərini 

yaşayırdı. Rus imperiyasının zirehli texnikası Bakıya daxil 

olmuşdu.  20  Yanvar  faciəsi  törədilmişdi.  Məhz  belə  bir 

şəraitdə Z.Verdiyeva Qadınlar Cəmiyyətini qeyri-hökumət 

təşkilatı kimi qeydiyyatdan keçirməyə müvəffəq oldu. Bu 

böyük  təşkilatçı  qadın  bir  gecənin  içində  zərif  cinsin 

nümayəndələrini  bir  yerə  toplayıb  qanlı  20  yanvar 

hadisəsi  barədə  bir  səhifəlik  yazı  və  baş  verənləri  əks 

etdirən  video-kaseti  dünya  ictimaiyyətinə  çatdıra  bildi. 

Cəmiyyətin  bir  çox  vətənpərvər  qadını  həmin  video-

kasetləri  nümayiş  etdirmək  üçün  postsovet  məkanının 

müxtəlif  respublikalarına  səfərbər  olundu.  Eyni  zamanda 

bütün qadın təşkilatlarına müraciət hazırlayan cəmiyyətin 

qadınları  onların  nümayəndələrini  həqiqətləri  öz  gözləri 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ilə  görmək  üçün  Azərbaycana  dəvət  etdi.  Qadınların  bu 



təklifinə ilkin olaraq Türkiyənin keçmiş prezidenti Turqut 

Ozalın  həyat  yoldaşı  Səmra  xanım  və  Xomeyninin  qızı 

Zəhra  xanım  cavab  verdilər.  Sonrakı  dövrdə  cəmiyyətin 

qarşısında  başqa  mühüm  bir  problem  baş  qaldırdı:  isti 

ocaqlarından  perik  düşmüş  qadınlara  arxa  durmaq!  Bu 

məsələ  də  tezliklə  həllini  tapdı.  AQC  onları  müxtəlif 

ünvanlara  yerləşdirdi.  Zemfira  xanım  özü  də  həmin 

qadınlarla tez-tez görüşür, onlara təsəlli verir, könüllərini 

alır,  mənəvi  dayaq  durmağa  çalışırdı.  Bir  neçə  ildir  ki, 

AQC 3 qocalar evi, 4 uşaq evi və 16 internat məktəbini də 

nəzarətdə saxlayır, onların qayğıları ilə maraqlanır. 

Bu  gün  AQC  dünyanın  65  qadın  təşkilatı  ilə 

əməkdaşlıq  edir.  Həm  də  bu  cəmiyyət  Ümumdünya 

Demokratik Qadınlar Təşkilatının üzvüdür. Bu şərəfə nail 

olmaqda  Zemfira  xanımın  işgüzarlığı,  təşkilatçılıq 

bacarığı,  şəxsi  nüfuzu,  zəngin  həyat  təcrübəsi,  geniş 

erudisiyası öz sözünü demişdi. 

Qadınların  işsizlik  probleminin  həll  edilməsi 

sahəsində  də  bu  xeyirxah  insanın,  qayğıkeş  rəhbərin 

fəallığı ayrıca qeyd olunmalıdır. 

Azərbaycanın,  xalqımızın  haqq  səsini  bütün  dünyaya 

yaymaqla  düşmənlərimizə  qənim  kəsilən  bu  qeyrətli  və 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə