İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə68/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   64   65   66   67   68   69   70   71   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

vətənpərvər  el  qızının  misilsiz  xidmətləri  vardır.  2000-ci 



ildə «İlin qadını» kimi şərəfli ad daşıyan Zemfira xanımın 

əməyi  dövlətimiz  tərəfindən  layiqincə  qiymətləndirilmiş, 

o, «Şərəf nişanı» və «Şöhrət» ordenləri ilə təltif olunmuş, 

beynəlxalq  aləmdə  göstərdiyi  fəaliyyəti  isə  ona  ABŞ, 

İngiltərə,  Kanada,  Cənubi  Koreya  və  digər  ölkələrin  bir 

sıra mükafatlarını qazandırmışdır. Həyat və  yaradıcılığını 

«Azərbaycanfilm»in sənədli film ustaları lentə almışlar. 

Dünyanın  64  şəhərini  gəzib-dolaşan  Zemfira  xanım 

Parisdən  söz  açıb,  söyləyib  ki,  o,  azadlıq,  məhəbbət, 

gözəliik  şəhəridir.  Bir  də  Məkkə  və  Mədinə,  Bağdad  və 

Məşhəd, Afina, Qahirə, Dehli, Təl-Əviy, Pekin, Lissabon, 

İstanbul, Stokholm və Cenevrənin adlarını qeyd edir. Bəli, 

bütün  dünyanı  sevirəm,  -  söyləyir,  səyahət  etməyi 

xoşlayıram,  başqa  xalqların  mədəniyyətlərinə  valehəm. 

Amma  mənə  heç  kim  Azərbaycanı  tərk  etməyə 

şirnikləndirə bilməz. Yalnız bu ölkədə yaşamaq istəyirəm. 

Özü  də  məhz  Bakıda,  öz  küçəmdə,  öz  evimdə,  öz 

mənzilimdə. 

Bəli, Vətənini,  torpağını heç bir başqa cənnətməkana 

dəyişməyən,  Vətən  üçün  çalışan,  onu  dünyaya  tanıdan, 

istedadını  və  fəaliyyətini  bu  Vətənə  həsr  edən  Zemfira 

Verdiyeva  -  zəngin  mənəvi  dünyası  ilə  Azərbaycan 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qadınlarına  örnək  olan  bu  ziyalı  xanım  müqəddəs  Vətən 



torpağına tapşırıldı. 

Ölümündən sonra 2010-cu il noyabrın 19-da Zemfira 

xanımın anadan olmasının 75 illiyi qeyd olundu. Bu dəfə 

onun iştirakı olmadan. Yeri görünürdü, yaman görünürdü 

Zemfira  xanımın.  Ruhu  şad  olsun!  Onun  əziz  xatirəsi 

daim bu qədirbilən xalqın qəlbində əbədi yaşayacaq. 

 

«Zəriflik» mart 2011 

"SĠL GÖZÜN YAġIN, QARAĞĠLƏ..." 

 

RÜBABƏ MURADOVA ÖZ SƏSĠ ĠLƏ ARAZ 

ÜSTDƏN KÖRPÜ SALAN ĠLK MÜĞƏNNĠ ĠDĠ 

 

Ulu Tanrı ona ilahi bir səs bəxş etmişdi. Bəxş etmişdi 



ki,  o taylı-bu taylı  bütöv Azərbaycanımızı  feyziyab etsin. 

Allah-Təala  ondan  heç  nəyi  əsirgəməmişdi:  uca  çinar 

qamət,  yaraşıqlı,  incə  boy-buxun,  tökmə  büllur  bədən, 

kamana çəkilmiş qaşlar, mənalı və nüfuzedici gözlər, şəvə 

kimi gur saçlar. Əlbəttə, bir də qeybdən gələn ilahi bir səs. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Elə  bir  səs  ki  min  oxuyanın  arasından  seçilən,  məhz 



Rübabə Muradovaya məxsus olan bir səs. 

 

Hər bir dərddən olur yaman ayrılıq… 

 

Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulmuş 



Rübabə Muradovanın ailəsi sonralar taleyin amansız və 

acı hökmü ilə Quzey Azərbaycanda məskən salmalı olur. 

Hələ uşaqlıqdan musiqi və nəğmə ilə böyüyən balaca və 

dəcəl, bir qədər də şıltaq qızcığaz sonralar adamlara 

hərarətlə dolu bir dünya sevinc bəxş etmişdir. Hələ 

A.Zeynallı adına Musiqi Məktəbində Seyid Şuşinskinin 

sinfində oxuyarkən 21 yaşlı gənc Rübabəyə etibar 

göstərib, onu Azərbaycan Dövlət Opera və Balet Teatrına 

dəvət edirlər. O vaxtdan Rübabə xanımı bu sənət 

məbədgahında bütün bacarıq və istedadını göstərərək nəyə 

qadir olduğunu təsdiqləmişdir. 

Rübabə Muradova böyük Üzeyir bəy tərəfindən əsası 

qoyulan milli muğam operalarımızda çalışmış, Leyli, Əsli, 

Ərəbzəngi,  Şahsənəm,  Xanəndə  qız  kimi  bir-birinə 

bənzəməyən,  müxtəlif  xarakterli  obrazlar  qalereyası 

yaratmışdır.  Onun  opera  səhnəsində  canlandırdığı  Leyli 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

obrazını  ayrıca  qeyd  etmək  lazımdır.  Bu  rolu  Rübabə 



xanıma qədər milli operamızda Həqiqət  Rzayeva, Gülxar 

Həsənova,  Sara  Qədimova  və  başqaları  ifa  etmişlər. 

Amma  Rübabə  xanımın  Leylisi  onların  heç  birinə 

bənzəmirdi. Rübabə xanımın təfsirində  Leyli obrazı daha 

yanıqlı  və  təsirli  alınırdı.  Rübabə  Muradovanın  Leylisinə 

tamaşa  etmək  üçün  o  zaman  təkcə  Bakı  və  onun  ətraf 

rayonlarının  sakinləri  yox,  başqa  regionlardan  da  çoxlu 

tamaşaçı axışıb gələrdi. Salon bir qayda olaraq ağzınacan 

dolu olardl. Mütəxəssislər, elə Rübabə xanımın dostları da 

onun  Leylisinin  bənzərsizliyini  etiraf  etmişdilər.  Belə  ki 

uzun  illər  opera  səhnəsində  Leyli  obrazını  sevə-sevə 

yaratmış Zeynəb Xanlarova da Rübabə xanımın Leylisinin 

əvəzsiz ifaçısı olduğunu təsdiq edib. 

R.Muradova  sənətinin  vurğunları  arasında  yaxın  və 

uzaq  əcnəbilər  də  az  olmamışdır.  Onlardan  biri  də  dünya 

şöhrətli  kinoaktyor  və  rejissor,  "Avara"  və  «Cənab-420» 

filmlərində  baş  rolların  yaradıcısı  məşhur  Rac  Kapur  idi. 

Ümumiyyətlə,  Azərbaycan  xalqının  və  onun  zəngin 

musiqisinin,  eləcə  də  tanınmış  sənət  adamlarının,  o 

cümlədən  ölməz  sənətkarlarımız  Rəşid  Behbudovun 

pərəstişkarı  olan  Rac  Kapur  dəfələrlə  respublikamızda 

olmuşdur. Onun Rübabə xanımla da şəxsi tanışlığı var idi. 

Çünki  o,  Rübabə  Muradova  yaradıcılığının,  onun 

bənzərsiz səsinin,  yanıqlı  avazının vurğunu idi.  Dəfələrlə 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə