İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə66/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   62   63   64   65   66   67   68   69   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

2000-ci il 

 

ÖLÜM SEVĠNMƏSĠN QOY… 

 

ONSUZ KECĠRĠLƏN AD GÜNÜ 

 

Keçən  ilin  dekabr  ayında  Azərbaycan  Respublikası 



Qadınlar Cəmiyyətinin 90 illiyi qeyd edilməli idi. Mən də 

bu münasibətlə yubiley ərəfəsində cəmiyyətin sədri, həyat 

tarixçəsinə,  bioqrafiyasına,  şərəfli  ömür  yoluna  kifayət 

qədər  bələd  olduğum  professor,  AMEA-nın  müxbir  üzvü 

Zemfira  Verdiyeva  ilə  görüşüb,  Qadınlar  Cəmiyyətinin 

keçdiyi  uzun  və  tarixi  yol  barədə  söhbət  açmağı 

qərarlaşdırmış  və  həmin  yazının  «Zəriflik»in  məhz  ilk 

nömrəsində  işıq  üzü  görməsini  planlaşdırmışdım.  Bu 

məqsədlə  də  Qadınlar  Cəmiyyətinin  mətbuat  xidmətinin 

rəhbəri Yasəmən Möhübbət qızı ilə görüşdüm, məramımı 

ona bildirdim. Bir anda Yasəmən xanımın işıqlı çöhrəsinə 

qüssə  və  kədər  qarışıq  hüzn  qondu.  Kövrəldiyini  açıq-

aydın  hiss  etdim.  Sanki  nitqi  tutuldu.  Araya  qısa  sükut 

çökdü.  Sonra  özünü  ələ  alıb,  hüznlü  səslə  yalnız  bunları 

söyləyə bildi:  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

«Zemfira xanım artıq həyatda yoxdur...» Bu qəfil acı 



xəbər  məni  də  sarsıtdı.  Özümdən  asılı  olmayaraq 

soruşdum: 

- Axı  mən bu barədə heç bir  yerdə bir məlumata rast 

gəlməmişəm. 

- Özü belə vəsiyyət etmişdi. Özünüreklam ona yad idi. 

Mayası təvazökarlıqdan yoğrulmuşdu Zemfira xanımın. 

- Bəs harada dəfn olunub? 

- Fatmayıda, valideynlərinin uyuduğu məkanda. 

- Allah rəhmət eləsin, yatdığı torpaq nurla dolsun! 

Bir  anda  Zemfira  xanımın  işıqlı,  nurlu  çöhrəsi,  abır-

həyalı  baxışı  gözlərim  önündə  canlandı.  O,  hələ 

Azərbaycan  Dillər  Universitetində  rektor  vəzifəsində 

işlədiyi illərdə onunla bir neçə dəfə ünsiyyətdə olduğumu 

xatırladım.  Onun  əsl  ziyalı,  mədəni  və  kübar  bir  xanım, 

eyni  zamanda  son  dərəcə  sadə  və  təvazökar  bir  insan 

olduğunu çox yerdə söyləmişəm. Azərbaycan qadınlığına 

bariz nümunə idi Zemfira Verdiyeva. İlahi ona dərin zəka, 

parlaq  istedad,  elmə  tükənməz  həvəs,  təşkilatçılıq 

bacarığı,  xeyirxahlıq  və  mərhəmət  kimi  gözəl  insani 

keyfiyyətlər  bəxş  etmişdi.  Zemfira  xanımın  bugünkü 

gəncliyə  əsl  örnək  olan  maraqlı  və  parlaq  fəaliyyəti 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

barədə,  həyat  amalı,  həyatsevərliyi,  nikbinliyi  və 



fədakarlığı  haqqında  bildiklərimi,  eşitdiklərimi  və 

oxuduqlarımı oxucularla bölüşməyi qərara aldım. 

O  kəslər  xoşbəxtdir  ki,  müqəddəs  və  xeyirxah 

əməlləri ilə minlərin yoluna işıq salıb, onlara həyan olub, 

arxa-dayaq  durub.  Elə  bu  xoş  əməlləri  ilə  də  canından 

artıq  sevdiyi  millətinin,  xalqının  qəlbində  ucalıb, 

zirvələşib, əbədiləşib. O kəslər xoşbəxtdir ki, mənalı ömür 

yolu,  saf və büllur, axar-baxarlı coşqun çaya bənzəyir və 

bu  saf  sulu  çaydan  başqaları  da  bəhrələnir,  ondan  fayda 

götürür.  O  kəslər  xoşbəxtdirlər  ki,  həyat  yollarında 

qarşısına  çıxan  bütün  maneələrə  sinə  gərərək  vətəninə 

layiqli  övlad  olmaq  üçün  çətinliklərə  qarşı  mərdliklə 

mübarizə aparır, son nəticədə istəyinə çatır, şərəfii əməyi 

ilə xalqına yararlı olduğunu dərk edir. Zemfira Nadir qızı 

Verdiyeva  da  coşqun  fəaliyyəti  və  işgüzarlığı  ilə 

Azərbaycan xalqının fəxr etdiyi ziyalı qadınlardan idi. 

Zemfira  xanım  haqqında  keçmişdən  danışmaq  ağır 

olsa da, reallıqdan qaçmaq mümkün deyil. O, təhsil aldığı 

o vaxtkı Azərbaycan Dillər Universitetində laborant kimi 

fəaliyyətə başlayır və adına ilk dəfə əmək kitabçası bu ali 

məktəbdə  yazılır.  Sonradan  isə  bilik  və  bacarığı,  istedad 

və  qabiliyyəti  sayəsində  burada  pillə-pillə  ucalır.  Belə  ki 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

pedaqoji təcrübə müdiri, kafedra müdiri, uzun illər isə (25 



il!) rektor kimi çalışır. 

1965-ci  ildə  namizədlik  dissertasiyasını  uğurla 

müdafiə  edir,  1972-ci  ildə  isə  artıq  professor  adına  layiq 

görülür.  Respublikamızda  xarici  dil  (ingilis  dili)  üzrə  ilk 

mütəxəssis  olan  Z.Verdiyeva  həm  də  Azərbaycan  Milli 

Elmlər Akademiyasının müxbir üzvü idi. Ölkənin ictimai-

siyasi  həyatında  fəal  iştirak  edən  Zemfira  xanım  1990-

1995-ci  illərdə    Milli  Məclisin  deputatı  olmuş,  bu  ali 

məclisdə  bir  sıra  mühüm  qərarların  qəbul  olunmasında 

fəallıq nümayiş etdirmişdir. 

Onu  da  vurğulamaq  yerinə  düşər  ki,  Z.Verdiyeva 

dünyanın  beş  şəhərinə  vurğunluğunu  bildirmişdi.  Bunlar 

London,  Vaşinqton,  Moskva,  Roma  və  Madriddir.  Bəs 

doğma  Bakı  şəhəri?  Bu  şəhəri  rəqabətdən  kənar  hesab 

edən  Zemfira  xanım  doğma  şəhər  kimi  Bakıya  qəlbən 

bağlı  olduğunu  dilə  gətirir  və  əlavə  edirdi  ki,  bu  şəhərə 

ülvi  məhəbbət  ona  gendən  keçib.  Söyləyir  ki,  evlərində 

heç  vaxt  deyilməyib  ki,  vətəni,  xalqı  sevmək  lazımdır, 

əlavə  edir  ki,  biz  sadəcə  bilirdik  ki,  başqa  cür  mümkün 

deyil. 


Z.Verdiyevanın 

yuxarıda 

adıçəkilən 

şəhərlərə 

vurğunluğunun  tarixi  məqamları  var.  Məsələn,  Zemfira 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə