www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
tələbkar məşqçidir. Mən də onun meneceriyəm. Dünya
şöhrətli yetirmələri olub. Qayğıkeş, mehriban adamdır. 6
aydır ailə qurmuşuq və bu izdivacdan, hər ikimiz razıyıq.
Biz də öz növbəmizdə bu maraqlı ər-arvadı yeni ailə
qurmaları münasibətilə təbrik edir, bir azdan bu evdə
körpə səsinin eşidilməsini və yeni ocağı körpə nəfəsinin
daha da isindirməsini arzulayırıq.
P.S. Məhəmməd Əlinin ən böyük arzusu həcc
ziyarətində olmaq, hacı titulunu qazanmaq idi. Ulu
Tanrı onu arzusuna yetirdi. Hazırda o, həccə gedən
azərbaycanlı soydaĢlarımızın arasındadır. Onun
ömür-gün yoldaĢı Fəridə xanim bir az narahatdır. Hər
gün Təzəpir məscidinə zəng çalıb zəvvarlardan xəbər
tutur. Bizə məlumat verdi ki, fevralın 22-də
Məhəmməd Əli də qurban kəsəcək. Martın 3-də isə
zəvvarlar, inĢallah, geri dönəcəklər.
Fəridə xanım, narahat olmayın. Az qalıb, martın
3-də zəvvarları qarĢılayanlar arasında sən də olacaq,
onu təbrik edib deyəcəksən: Həcc ziyarətin qəbul
olsun, əzlzim!
2005-ci il
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
XEYIRXAHLIQ
Qartal zirvələrdən qanadlanar
Novruz Novruzov (Demanlı) dağlar qoynunda -
Yardımlının qədim Deman kəndində dünyaya göz açıb.
Bu, bir az əfsanəvi, bir az real olan əsrarəngiz diyarın
təmiz ab-havasında yuyulub təmizlənib, saflaşıb Novruz.
Ulu dağlar bu kəndə arxa durub, ona keşik çəkib zaman-
zaman. Lakin 1953-cü ildə kənd sakinlərini Demandan
Azərbaycanın aran yerlərinə, o cümlədən Əli Bayramlıya
köçürürlər. O zaman yeniyetmə Novruz VII sinfi təzəcə
bitirmişdi. Beləliklə, demanlılar - dağ havasına öyrənmiş
bu kənd əhalisi Əli Bayramlının yayda nəfəs təngidən
iqliminə düşür və uzun müddət yeni şəraitə alışa bilmir.
Amma nə edəsən? O dövrün hökmü belə idi. Bu da bir
növ daxili deportasiya idi. Novruzgilin ailəsi də o vaxtın
gənclik şəhərində məskunlaşmağa məcbur olur. Novruz da
orta təhsilini 1956-cı ildə Əli Bayramlı şəhərindəki 1 saylı
orta məktəbdə bitirib kamal attestatı alır. Sonra təhsilini
davam etdirib əmtəəşünaslıq ixtisasına yiyələnir. Seçdiyi
peşə ona başıucalıq gətirir. Əli Bayramlıda müxtəlif
vəzifələrdə çalışır, şəhərdə böyük hörmət qazanır. Həm də
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
onu gənc şair kimi də tanıyırdılar. Uşaqlıqdan şeirə,
poeziyaya vurğun olan Novruz üzərində ciddi çalışır,
çoxlu mütaliə edir, klassik və müasir Azərbaycan
ədəbiyyatından bəhrələnir. 1965-ci ildən üzvü olduğu
"Şirvan" ədəbi birliyi Novruzun bədii yaradıcılığına təkan
verir. Məhsuldar yaradıcılıqla məşğul olan Novruz
"Demanlı" təxəllüsü ilə 60-dan çox qəzet və jurnalda
müxtəlif məzmunlu şeirlərlə çıxış edir. Oxucular Novruz
Demanlının artıq 3 şeir kitabı ilə tanışdırlar. Yeni şeir
kitabı çap ərəfəsindədir.
Doğma kəndi Demanı heç vaxt unutmayan Novruz
1990-cı ildə Yardımlıya qayıdır və Demana baş çəkir.
Görür ki, demanlılar da artıq geri qayıdırlar. Novruz
Demanı əvvəlki vəziyyətə gətirmək üçün necə deyərlər,
əl-qolunu çırmayıb, fəaliyyətə başlayır. Kənddə abadlıq
işləri aparır, yollar saldırır, mədəni-məişət ocaqları təşkil
edir. Qədirbilən kənd camaatı onu sədr seçir. Torpaq oğlu
daha sonra fermer təsərrüfatı yaradır və ona rəhbərlik edir.
20 yaşından Əli Bayramlıda kök salıb orada
məskunlaşan Novruz Demanlı şəhərdə yaşayan 500-ə
yaxın demanlıya çətin məqamlarda arxa durub, kömək
əlini uzadıb, ağsaqqallıq edib. Beləcə arxada qalan 40 il
ərzində xeyir əməllərinə görə Novruz kişi Əli Bayramlı
sakinlərinin dərin hörmətini qazanmışdır. Şəhərin hər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
küçəsində, hər bir guşəsində bu xeyirxah və şair insanın
ayaq izləri var. Bir ayağı şəhərdə, o biri ayağı Demanda
olan Novruz müəllim hər iki "cəbhə"də öz sözünü deyir.
Gözdən-könüldən uzaq düşmüş, tikanlığa, kol-kosa
bürünmüş kəndi abad etmək üçün Novruz müəllim nə
qədər alın təri axıtmış, gərgin əmək sərf etmişdir. Kəndə
abad yol, işıq çəkdirmiş, tibb məntəqəsi, məktəb binası
tikdirmiş, başqa mühüm işlər görmüşdür. Demanda elə
ailə yoxdur ki, bu xeyirxah insan, el ağsaqqalı, vətənsevər
Novruz müəllim ona yardım əlini uzatmasın. Mayası
xeyirxahlıqdan yoğrulmuş bu Allah adamını "səxavət
dağarcığı" adlandıranlar səhv etmirlər. Bu səxavəti,
mərhəməti, vüqarı Novruz müəllim doğulub boya-başa
çatdığı, bu gün də tez-tez görüşünə getdiyi başı qarlı
dağlardan alıb. Xoşbəxt ailəsi var Novruz Demanlının - 4
oğul, 3 qız atasıdır, övladlarının hamısı ali savad alıb.
Bütün bunlarda, əlbəttə, evin xanımı, Novruz müəllimin
ömür-gün yoldaşı Cənnət xanımın böyük zəhməti, payı
vardır.
Novruz Demanlı yaradıcılığının müdrik çağını
yaşayır. Onun bu yaxınlarda çap olunmuş "Qəzəllər"
kitabından Həzrət Əli (ə)-a həsr olunmuş bir qəzəlini
oxuculara təqdim edirik:
Dostları ilə paylaş: |