İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə61/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   57   58   59   60   61   62   63   64   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

V.Apuşkinin  yetirməsidir.  Vaxtilə  "Azərbaycan  pələngi" 



adını  qazanmış  Vitali  Apuşkin  bu  millətə  sadiq  qalaraq, 

ikinci adı - Məhəmməd Əli ilə fəxr edib qürrələnir. 

Hazırda  "Ruslan"  idman  sağlamlıq  mərkəzində 

məşqçi  fəaliyyətini  böyük  bir  həvəslə  davam  etdirən 

V.Apuşkin Azərbaycanın müxtəlif idman cəmiyyətlərində 

yaxşı  tanınır.  Onun  Məhəmməd  Əli  adı  ilə  tanınması 

yaxın tarixə aiddir. 

 

«AZAN SƏSĠ RUHUMU TƏZƏLƏYĠR» 

 

Onun  qəribə  taleyi  var.  İlk  baxışda  şən,  nikbin  təsir 



bağışlayan bu adamın iç dünyasında nəsə bir nisgil, ağrı-

acı, köhnə yara var. Bu da onun birinci arvadı ilə bağlıdır. 

Köhnə səhifələri özü böyük ürək ağrısı ilə belə vərəqləyir: 

-  Erkən  ailə  qurdum.  Həyat  yoldaşım  rus  qadını  idi. 

Onunla 32 il ömür sürdük. Qismətimizə bir qız, bir oğlan 

payı  düşdü.  İllər  keçdi,  uşaqlar  boyüdü.  Hazırda  qızım 

Almaniyanın  Münhen  şəhərində  ərdədir.  Almana  ərə 

gedib.  Oğlum  İspaniyada    yaşayır.  Özüm  də  on  il 

Almaniyada yaşayıb işləmişəm. Pis də dolanmırdım.  Düz 

6  il  Münhen  şəhərində  məşqçi  işlədim.  Orada  başqa 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

işlərdə də fəaliyyət göstərmişəm. Sonra da doğma Vətənə 



– Bakıya döndüm. Burada arabir kilsəyə gedərdim. Amma 

qəlb  rahatlığı      tapa    bilmirdim.  Bu  din  məni  yormuşdu. 

Hiss  edirdim  ki,  bu  din  mükəmməl  din  deyil.  İstədiyin  

kimi    hərəkət  edə  bilmirsən.  Yalnız  islamda  tapdım  qəlb 

rahatlığını.  Bu  din  paklıqla,  təmizliklə  yoğrulub. 

Müsəlmançılığı qəbul etdikdən sonra özümü rahat, yüngül 

hiss edirəm. İbadət edəndən, namaz qılandan sonra özümü 

sərbəst hiss edirəm. Müsəlman olduğum üçün xoşbəxtəm. 

İki ildir oruc tutur, gündə beş dəfə namaz qılıram. Üstəlik 

də,  təzə  ailə  qurmuşam.  Gözəl  azərbaycanlı  qızı  ilə 

evlənməyim  məni      dünyanın  bəxtəvəri  edib.    Sanki 

yenidən  dünyaya  gəlmişəm.  Hər  dəfə  məscidə  namaz 

qılmaga  gedəndə, azan səsini eşidəndə,  ruhum  təzələnir,   

gəncləşir, yaşamaq, adamlara gərək olmaq istəyirəm. 



 

ĠSLAMI NECƏ QƏBUL ETDĠ? 

 

Vitali  bu  məqamda  belə  deyir:  -  Almaniyada  həm  də 



barda  barmen  işləyirdim.  Bir  gün  bir  iranlı  televizoru 

mənə  göstərdi.  Baxdım,  gözlərimə  inana  bilmədim. 

Azərbaycan  prezidenti  Heydər  Əliyev  -  həcc  ziyarətinə 

gedən  respublika  nümayəndələrinin  arasında  idi.  Həm  də 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ehramda. Bir anlıq daxilimdə bir təlatüm baş qaldırdı. Ani 



fikrə  daldım.  Özümə  gələ  bilmirdim.  O  vaxtdan  islam 

dininə olan məhəbbətim qəlbimə əbədi hakim kəsildi. 



HAġĠYƏ 

 

Taleyi  müsəlman  qardaşımızı  xeyli  sınağa  çəkib,  ona 



ağır  zərbələr  vurub.  Özü  də  32  il  birgə  yaşadığı  həyat 

yoldaşı tərəfindən. 

Vitalinin  dediklərindən:  "Əyri  yol  tutmuşdu,  içki 

düşgünü  olmuşdu.  Bunu  sonradan  bildim.  Çox  axtardım, 

düz 7 ay izi-tozu tapılmadı. Gecələr az qalırdı havalanım, 

yatağıma  sanki  qor  dolurdu.  Sonra  hər  şey  mənə  aydın 

oldu.  Sən  demə,  məndən  xəbərsiz  evimizi  sataraq  aradan 

çıxıb,  Rusiyaya,  valideynlərinin  yanına  gedib.  Nə  yaxşı 

özümü  ələ  ala  bildim.  Bu  məqamda  da  islam  köməyimə 

çatdı. Mənə səbir, dözüm, iradə, möhkəmlik verdi.". 



 

Necə müsəlman oldu? 

Vitalinin dediklərindən: 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  Iki  il  əvvəl  dostum  Xəyal  Rza  ilə  respublika  klinik 



xəstəxanasının  yanından  keçirdik.  Birdən  dostum  mənə 

təklif  etdi  ki,  gedək  xəstəxanaya,  cərrah  səni  müsəlman 

eləsin.  Ürəyimi  elə  bil  oxumuşdu!  Bu  fürsəti  çoxdan 

gözləyirdim. Nə isə, getdik xəstəxanaya. Cavan bir cərrah 

bizi  qarşıladı.  Dostum  mətləbi  ona  açdı.  Cərrah  mənə 

hazırlaşmağı  tapşırıb  qeyd  etdi  ki,  əməliyyat  cəmi  5-6 

dəqiqə  vaxt  aparacaq.  Amma  45  dəqiqə  çəkdi. 

Əməliyyatdan razı qaldim. Cərrah məni  təbrik edib əlimi 

sıxdı. Heç pul da götürmədi. Beləcə, müsəlman oldum. 

Dostum Xəyal Rza məni Məhəmməd Əli çağırmağa 

başladı. Bax, Vitali belə Məhəmməd Əli oldu. Qürur hissi 

keçirirəm ki, həyat yoldaşım da azərbaycanlıdır - Fəridə 

xanımdır adı. . 

 

 

 

FƏRĠDƏ XANIMIN DEDĠKLƏRĠNDƏN 

 

Vitali müəllim "Ruslan" idman-sağlamlıq mərkəzində 



həm sambo, həm də dzü-do üzrə təcrübəli, işgüzar, 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə