İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə59/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   55   56   57   58   59   60   61   62   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

psixoloji  biliyini  xərcləyən  və  öz  işindən  zövq  alan 



müəllimlərin  obrazını  yaratmışdır.  Bu  cəhətdən  "Həmişə 

axtarışda"  adlı  oçerki  maraq  doğurur.  Yazı  Ağsu  şəhər  3 

saylı  orta  məktəbin  yaradıcı  sinif  müəllimi  Adilə 

Əfəndiyevanın  iş  təcrübəsinə  həsr  olunmuşdur.  Oçerki 

oxuyan  hər  kəsin  gözü  qarşısında  Adilə  müəllimin  işıqlı 

siması  canlanır.  Ümumiyyətlə,  kitabda  ömrünü  şam  kimi 

uşaqların təlim-tərbiyəsi yolunda əridən, gözünün nürunu, 

ürəyinin  hərarətini  fidan  balalarımızın  XXI  əsrə  layiq 

gənclər kimi yetişməsinə sərf edən geniş qəlbli müəllimlər 

çoxdur.  Gəncəli  təhsil  bilicisi,  hələ  sağlığında  öz 

məktəbini yarada bilmiş 75 yaşlı maarif fədaisi Müsəddin 

Məmmədov,  kimyaçı  alim,  professor  İsfəndiyar  Aslanov, 

astaralı  şair-müəllim  Seylan  Şiriyev,  ömrünün  32  ilini 

uşaqların  qəlbində  kimya  elminə  həvəs  və  maraq  məşəli 

yandıra bilən Bürcəli Qurbanov, Masallının Qodman kənd 

orta  məktəbində  işlədiyi  cəmi  6  ildə  "əqlin  gimnastikası" 

hesab olunan riyaziyyat fənnini sevdirən İlahəddin Əliyev 

və  başqaları  belələrindəndir.  Abşeron  rayon  təhsil 

şöbəsinin  müdiri  Aslan  Rüstəmovla  yazı  müəllifinin 

dialoqu  da  maraq  doğurur.  Müsahibədə  rayonun  təhsil 

sahəsində qazandığı uğurlardan bəhs olunur. 

Yazıların  dili  rəyan,  sadə,  aydın  və  səlisdir.  Dolaşıq, 

yerinə  düşməyən  fikir  və  ifadələrə  rast  gəlməzsən.  Bu 

barədə  bir  misal:  "Çoxları  ona  müəllimlərin  etalonu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

deyirdi.  O  həm  də  doğruluğun,  düzlüyün,  halallığın 



etalonu  idi.  Yalan  danışanları  görən  gözü  yox  idi. 

Nurəddin  müəllim  anadan  sanki  elə  müəllim  kimi 

doğulmuşdu.  Peşəsini  doğma  övladı  kimi  sevirdi. 

Uşaqlara  təlqin  edirdi  ki,  peşə  insanın  övladıdır.  Övlada 

isə xəyanət etmək olmaz..." "Onun həyat amalı düzlük və 

halalIıq  idi"  oçerkindən  dil  səlişliyinə,  rəvanlığa  fikir 

verirsinizmi?  Bütün  oçerk  və  publisist  yazılar  beləcə 

aydın, sadə, oxunaqlıdır. 

Nəfis  şəkildə  7  çap  vərəqi  həcmində  "Adiloğlu" 

mətbəəsində  çap  olunmuş  "Təhsilimizin  uca  insanları" 

kitabı M.Novruzovun yaradıcılığının yeni uğurudur. Kitab 

ali və orta məktəb müəllimləri, məktəb direktorları, təhsil 

şöbə  müdirləri,  eləcə  də  valideynlər  və  pedaqoji  sahədə 

çalışanlar üçün qiymətli vasitədir. 



 

RƏSSAM VƏ PEDAQOQ 

 

Pesəsindən  (istər  müəllim,  istər  həkim  və  mühəndis, 



istərsə  də  adi  fəhlə)  və  tutduğu  vəzifədən  (istər  institut 

rəhbəri  ol,  istərsə  də  adi  sürücü)  asılı  olmayaraq  hər  bir 

vətən  övladının  amalı  ondan  ibarət  olmalıdır 

KI

,



 

öz  şəxsi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

mənafeyini  xalqın  və  dövlətin  mənafeyindən  üstün 



tutmasın,  bütün  varliğı  ilə  xalqına  bağlansın,  bilik  və 

bacarığını  millətin  dirçəlişinə,  vətənin  rifahına  sərf  etsin. 

Bir  sözlə,  ölkə

 

vətəndaşı  adına  layiq  yaşayıb,  fəaliyyət 



göstərsin.  Elə  haqqında  söhbət  açmaq  istədiyim  rəssam-

müəllim Rauf Səmədzadə kimi. 

Rauf müəllim azərbaycanlı olmaği ilə fəxr edir, qürur 

hissi keçirir. Bu başı bəlalı xalqın tarixinə  yaxşı bələddir. 

Ancaq  həmişə  ona  təəssüflənir  ki,

 

torpağının  altı  da,  üstü 



də  qızıl  olan  vətən  övladları  bu  sərvətlərin  müqabilində 

firavan yaşaya bilmir, yoxsulluq, dilənçilik baş alıb gedir, 

dolanışıq  ucbatından  soydaşlarımız  cəlayi-vətən  olurlar. 

Küçələrdə  əl  açıb  dilənən  qadın  görəndə,  dünya  başıma 

fırlanır,  yer  ayağımın  altından  qaçır,  gözlərimə  qaranlıq 

çökür.  Dərhal  başımda  bir  fikir  dolaşır:  "Axı  bu  millət 

belə  yaşamamalıdır".  Rauf  müəllim  milli  azadlıq 

hərəkatının  öncüllərindən  olub,  dəfələrlə  "KQB"-yə 

"dəvət  olunub"  dindirilib.  Azərbaycan  müstəqillİk 

qazananda,  uşaq  kimi  sevinib.  Fikirləşib 

KI

,

 



xalq  artıq 

azaddır, özü öz sərvətinin sahibidir, yağ-bal içində üzəcək.

 

Lakin... belə olmadı, hələ 



KI

,

 



o düşünən vaxt yetişməyib... 

Rauf  Səmədzadə  Mirzağa  Əliyev  adına  İncəsənət 

Universitetinin məzunudur. Həmin ali məktəbin rəssamlıq 

fakültəsini  bitirib.  Diplom  işi  "Azərbaycan  dekorativ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

tətbiqi  sənətinin  reklam-plakatları"  mövzusunda  olub. 



Müdafiə  zamanı  Komissiya  üzvlərindən  Mikayıl 

Abdullayev,  Kərim  Kərimov,  Kamal  Ələkbərov,  Paşa 

Hacıyev  kimi  tanınmış  sənətkarlar  gənc  rəssamın  diplom 

işini  bəyəniblər.  Paşa  müəllimin  xeyir-duası  ilə  Rauf 

diplom  alan  kimi  N.Tusi  adına  Pedaqoji  Universitetə 

müəllim  kimi  dəvət  alır.  Burada  "Təsviri  incəsənət  və 

onun  tədris  metodİkası"  fənnini  tədris  eləməyə  başlayır. 

Beləliklə,  sənət  yollarında  ilk

 

addımlarını  atan  gənc 



rəssamlara  təsviri  sənətin  incəliklərini  öyrədən  Rauf 

müəllim  ali  məktəbdə  qısa  vaxtda  həm  müəllim 

həmkarlarının, həm də tələbələrin hörmətini qazanır. 

İllər  arxada  qalıb,  Rauf  Səmədzadə  bu  illər  ərzində 

çox şey itirib. Amma qazancı daha çox olub. İlk növbədə 

müəllim  adını  qoruyub-saxlaya  bilib,  onun  şərəfinə  xələl 

gətirməyib,  öz  halal  zəhmətilə  pis-yaxşı  dolanıb,  sevimli 

tələbələrinin qəlbinə yol tapa bilib, düşüncələrini tablolara 

köçürməklə rahatlıq tapıb. 

Rəssamlar  İttifaqının  üzvü  olan  Rauf  müəllimin 

indiyə kimi müxtəlif janrlarda yaratdığı rəsm əsərləri ayrı-

ayrı  ümumittifaq,  eləcə  də  Polşa  və  Çexoslovakiyanın 

sərgi salonlarında nümayiş etdirilib. Rəssamın Nəsirəddin 

Tusinin  yağlı  boya  ilə  çəkdiyi  portreti  Mədəniyyət 

Nazirliyinin 

fondunda 

saxlanılır. 

Şair 


Bəxtiyar 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə