İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə57/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   53   54   55   56   57   58   59   60   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

addımlayırdı. Fətəli harda olursa – olsun, hansı əməliyyatı 



yerinə  yetirirsə-yetirsin,  Fatma  anası  bir  an  da  olsun 

gözləri önündən getmirdi... 

Yenə  yuxusuna  girmişdi  tənha  qadın.  Təndir 

qalamışdı  arvad.  Çörək  bişirirdi.  Çörəyi  təndirdən 

çıxaranda, Fətəli anasına yaxınlaşır. Ana sevinir: 

-  Nə  yaxşı  gəldin,  oğul?  Sonuncu  çörəyi  təndirdən 

çıxarıb Fətəliyə tərəf  gəlir. Ana-bala  görüşüb öpüşürlər... 

Bu  ara  yuxudan  oyanır  zabit  Fətəli.  Yenə  fikrə  dalır: 

"Görəsən,  anam  necədir?  Xəstə  deyil  ki?  Bəlkə  heç  sağ 

deyil.  Belə  ağır  itkilərə  necə  dözsün  yazıq,  başıbəlalı 

anam? Birdən zil bir səs Fətəlini xəyaldan ayırır: 

-  Tovariş  starşiy  leytenant,  vas  kakaya-to  jenşina 

spraşivayet. 

Fətəli  ildırım  vurmuş  kimi  yerindən  sıçrayır. 

Hərbçinin dediyi yerə qacır. 

Birdən  əsl  möcüzə  ilə  qarşılaşır  Fətəli.  Bəli,  bu,  əsl 

möcüzə  idi.  Tanrının  yaratdığı  möcüzə!  Həmin  qadın 

anası  idi  –  doğmaca  anası  Fatma  ana!  O,  necə  bura 

düşmüşdü,  ilahi?  Mələklərin  qanadlarındamı  gəlib  çıxa 

bilmişdi oğlunun yanına - bu uzaq Polşa sərhədində, Tissa 

çayı  sahilində  axtarıb  tapa  bilmişdi?  Nə  idi  bu  ilahi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qüvvə?  Ana-oğul  məhəbbəti!  Axı  Fatma  ana  yeganə 



təsəllisi  Fətəli  üçün  yaşayırdı.  Ona  görə  də  Fətəlinin 

ardınca  dünyanın  lap  o  başına  gedib  çıxardı.  Təki  ona 

yetişə  bilsin.  Necə  ki  gəlib  hər  saniyə  ölüm  saçan 

müharibənin  od-alovundan  qorxmadan,  böyük  inamla 

uzaq  məsafələr  qət  edərək,  ümidgahına  yetişmişdi  Fatma 

ana. Fətəli Sahib indinin özündə də bu möcüzə qarşısında 

mat  qalıb.  Bu  gün  də  qəlbinə  həkk  olunmuş  o  möcüzəni 

tez-tez  yad  edir,  ömrünü  oğluna  bağışlayıb  dünyadan 

köçmüş  Fatma  anaya  dönə-dönə  Ulu  Tanrıdan  rəhmət 

diləyir,  hər  dəfə  də  uşaq  kimi  kövrəlir,  gözləri  nəmlənir, 

analı günlərinə qayıdır... 

 

Fətəli Sahib ləqəbini necə qazanır? 

 

1945-ci  il  aprel  ayının  22-si  idi.  Baş  leytenant  Fətəli 



Bayramov  adı  çəkilən  hərbi  qəzetin  bütün  ağırlığını  öz 

üzərinə  götürmüşdu.  Göydən  düşmən  tərəfindən  yağılan 

mərmi  yağışları  altında  qəzetin  hər  sayı  səyyar  surətdə 

çıxıb  Qızıl  Ordu  döyüşçülərinə,  əsgər  və  zabitlərə 

çatdırılırdı. Növbəti dəfə Tissa çayı sahillərində, meşənin 

dərinliyində  qəzetin  materialları  yığılır.  Xəbər  çatır  ki, 

ordu  mühasirədədir.  Xəbər  doğru  çıxır.  Birdən  yer-göy 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

lərzəyə  gəlir,  tufan  qopur.  Düşmən  redaksiya  heyətini 



yağış  atəşinə  tutur.  Aləm  alt-üst  olur.  Fətəli  gözünü 

açanda,  özünü  tənha  görür.  İmkan  tapıb  "ZİS-5"i  oradan 

uzaqlaşdıra  bilir.  Amma  çox  uzağa  gedə  bilmir.  Demə, 

düşmən  hədəfındəymiş.  Birdən  qəfil  və  sərrast  düşmən 

gülləşi  boğazının  sol tərəfıni  yarıb  keçir,  ikinci  güllə  sağ 

böyründən  girib,  solundan  çıxır.  Fətəli  sənədələyir,  çinar 

kimi  yerə  sərilir.  Bir  də  Riqada  yerləşən  hərbi  hospitalda 

gözünü  açib,  başının  üstündə  alagözlü,  mehriban  baxışlı, 

ağ xalatlı bir qadın görür.  Qadının ilıq və xoş təbəssümü 

Fətəliyə  bir  anlıq  yaralandığını,  ağrı-acısını  unutdurur. 

Tanış  olur.  Azərbaycanlı,  mayor  rütbəli  həkim  -  Xanım 

adli bu xanım-xatun qadın Cəbrayıl torpağından olduğunu 

söyləyir.  Xanım  həkim  baş  leytenant  Fətəli  Bayramova 

olmazın  qayğı  göstərir.  Yaralarına  məlhəm  qoyur.  Fətəli 

də  ilhama  gəlir,  bu  qayıgikeş,  şirindil  həkimı  vəsf  edən 

şeirlər yazır. Bu minvalla hər gün yeni şeir yaranır, ilham 

mənbəyisə  oxucuya  artıq  tanış  olan,  Fətəliyə  ikinci  ömür 

bəxş  edən  həkim  Xanım  idi.  Artıq  özünə  gələn,  qolunda 

güc,  qəlbində  təpər  hiss  edən  yaralı,  ağxalatlı  qadının 

nəvazisinə özünün qəlbində baş qaldırdığı ilhamı ilə cavab 

verir və hər gün 1-2 şeir yazıb, öz xilaskarına təqdim edir. 

Bir  il  hospitalda  qalıb  müalicə  olunan  həmyerlimiz  bu 

müddət ərzində görəsən, neçə şeir yazmış olar?  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Günlərin  birində  həkim  ona  həsr  olunmuş  növbəti 



şeirin  altında  öz  dəst-xəttilə  "Fətəli  Sahib"  təxəllüsünü 

yazır.  Yeni  təxəllüsü  görən  şair  öz  xilaskarının  yeni 

tapıntısından məmnun qalır. Beləcə, Azərbaycanın "Fətəli 

Sahib"  təxəllüsülü  bir  istedadlı,  məhsuldar  şairi  öz 

yaradıcılığı ilə yadda qalır. Şair təkcə ona təəssüflənir ki, 

bir  il  ərzində  həkim  xanıma  həsr  etdiyi  şeirlərin  heç 

birinin  surəti  onda  qalmayıb.  O  vaxtdan  o  həkimi  çox 

axtarıb, amma heç bir səmərəsi olmayıb... 



 

ġair Fətəli Sahib 

 

Bir  il  Riqa  hospitalında  müalicə  alandan  sonra 



Fətəlinin gərginləşmiş əsəblərini sakitləşdirmək məqsədilə 

onu  Tbilisidəki  nevroloji  hospitala  yola  salırlar.  9  ay  da 

burada  müalicə  qəbul  edir.  Yalnız  1947-ci  ildə,  özü  də 

Novruz  bayramında  Vətəninə  dönür.  İlk  öncə  özünü 

anasına yetirir. Ana Tanrıya dua edir ki, ciyərparası yaralı 

olsa da,  onun  yanına  qayıdıb.  Düzdür,  yaraları incitsə  də, 

onu  tez-tez  narahat  etsə  də,  Fətəli  Sahib  anasının 

hüzurundə  həmişə  özünü  qıvraq,  sağlam  göstərməyə 

çalışır. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə