İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə58/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   54   55   56   57   58   59   60   61   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Vətənə  qayıdan  Fətəli,  ilk  öncə  ali  təhsil  almağa  can 



atır  və  anasının  arzusunu  yerinə  yetirir.  Azərbaycan 

Dövlət  Universitetinin  filologiya  fakültəsinin  tələbəsi 

adına layiq görülür. Bu gün Azərbaycan poeziyasında adı 

hörmətlə çəkilən Balaş Azəroğlu, ƏliTudə (rəhmətlik) ilə 

eyni  qrupda  təhsil  alır.  Şeirləri  geniş  oxucu  kütləsinin 

qəlbinə  yol  tapdıqca,  Fətəli  Sahibin  məsuliyyəti  də  artır, 

yaradıcılığı  da  cilalanır,  ədəbi  aləmin,  tənqidcilərin 

nəzərini cəlb edir. 

Beləcə,  yarım  əsrdən  çox  poeziya  dünyasında  öz 

yaradıcılıq  dəst-xəttinə  sadiq  qalan  qocaman  və  müdrik 

şairin  qələmindən  indiyə  kimi  21  kitab  çıxıb.  Təkcə 

Moskvada  rus  oxucuları  onun  4  kitabı  ilə  tanışdırlar. 

Əsərləri  bir  neçə  əcnəbi  dilə  tərcümə  olunub.  Mövzu 

aktuallığı onun  yaradıcılığı üçün əsas meyardır. Şübhəsiz 

ki,  canlı  şahidi  olduğu  müharibə  mövzusu  əsərlərindən 

qırmızı  bir  xətlə  keçir.  Şirin-şəkər  balalara  da  şeirlərində 

yer tapır. Onlara indiyə kimi bir neçə şeir həsr edib. Axı o 

da  babadır.  4  nəvənin  babası,  iki  övladın  atasıdır  Fətəli 

Sahib. 

 

Son söz əvəzi 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Son  vaxtların  gün-güzəranı  onu  da  xeyli  sıxmışdı. 



İqtisadi durum, sosial vəziyyətin ağırlığını o da dadmışdı. 

Aldığı təqaüd yaranı sağaltmırdı. Fərdi təqaüd almaq üçün 

xeyli  qapı  döydü.  Hərdən  əsəbiləşirdi  də.  Axır  ki  haqq 

yerini tapdı. Nazildi, amma üzülmədi. Mən onu tanıdığım 

üçün adını fərdi təqaüdçülər sırasında görəndə, sevindim, 

uşaq kimi kövrəldim də. Onunla görüşməyi qərara aldım. 

Xeyli  söhbət  etdik,  ovqatı  ilə  maraqlandım.  Hər  halda 

özüm  də  görür  və  hiss  edirdim  ki,  əvvəlki  kimi  məzəli 

zarafatları  ilə  ətrafdakıları  feyziyab  edir.  Çox  sualla  onu 

yormaq istəmədim. Onsuz da ömrü suallarla dolu həyatda 

onun özü çox sualla üzləşib. Bəzilərinə hələ də cavab tapa 

bilmir. Şair dostuma yeganə sualım bu oldu: 

- Fətəli müəllim, ilk fərdi təqaüdü necə xərclədiniz? 

-  llk  öncə  yığılıb  qalan  borclarımı  verdim.  Çatmadı, 

ikinci  təqaüdə  də  qaldı.  Bütün  borclarımı  verəndən  sonra 

rahat nəfəs ala bilərəm. 

Beləcə,  həyat  imtahanlarından  məharətlə  çıxan, 

əyilməzliyi,  mübarizliyi,  vətənpərvərliyi  ilə  çoxlarının 

diqqətini cəlb edən  Fətəli Sahib hələ həyatdan doymayıb, 

yaşamaq  istəyir.  Odur  ki,  bu  gün  də  yazıb-yaradır, 

yuxusuz gecələr keçirir. Gənclərlə tez-tez ünsiyyətdə olur. 

Ona  da  əmindir  ki,  hamı  vətəndə  qeyrətlə  çalışsa,  hər 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

addımda  rastlaşdığımız  neqativ  hallar  aradan  qaldırılsa, 



qarnıyorğun  məmurlar  odu  təkcə  öz  qabaqlarına 

çəkməsələr, ölkənin sərvəti əhalisinin maddi rifahına sərf 

olunsa,  Azərbaycan  dünyanın  ən  varlı  məmləkətlərindən 

birinə  çevrilər,  onda  hər  addımda  əl-ayağa  dolaşan 

dilənçilər də olmaz.  

Burada vətənpərvər şairin iki misrası yadıma düşdü: 

 

Vətənçün yanmasan, Vətən yanacaq, 



Vətənə Vətənçün yanan qalacaq! 

2002-ci il 

 

TƏHSĠLĠMĠZĠN FƏDAĠLƏRĠ 

 

Malik  Novruzov  respublikanın  tanınmış  jurnalisti 

kimi  özünü  çoxdan  təsdiqləyib.  Axı  o  60  illik  ömrünün 

yarıdan  çoxunu  məhz  ürəkdən  bağlandıgı  bu  peşəyə  həsr 

etmişdir.  BDU-nun  jurnalistika  fakültəsinin  məzunu  olan 

gənc  Malik  "Azərbaycan  müəllimi"  qəzetinə  göndərilmiş 

və burada məsul katib kimi fəaliyyətə başlamışdır. Bu gün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

də sənətinə və vəzifəsinə sadiq qalan M.Novruzov zəngin 



təcrübə qazanmışdır. Müqəddəs və məsul peşə sahibi olan 

müəllimlərlə  daim  təmasda  olan  Malik  müəllim  onların 

fəaliyyəti,  istək  və  arzuları,  amallarına  hamıdan  çox 

yaxındır.  Ona  görə  də  istedadlı  jurnalistin  müəllimlərə 

həsr  etdiyi  hər  yazı  öz  orijinallığı  və  yazı  tərzi  ilə  seçilir 

və  maraqla  qarşılanır.  Müxtəlif  illərdə  müəllifin 

mühakiməsinə  vermiş  olduğu  oxucuların  "Ürəkdə  yanan 

işıq"  və  "Müəllim  əməyinin  izi"  kitabları  M.Novruzovun 

öz mövzusuna sadiq qaldığını təsdiq edir. Yaxın günlərdə 

işıq üzü görmüş "Təhsilimizin uca insanları" kitabı Malik 

müəllimin  sayca  üçüncü  əsəridir.  Yeni  kitabda  orta 

ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin 

nümunəvi  iş  təcrübəsindən,  illər  boyu  bu  və  ya  başqa 

təhsil  sahəsinə  rəhbərlik  edən  pedaqoqların  şərəfli 

əməyindən,  rayon  təhsil  şöbə  müdirlərinin  təhsil  islahatı 

yollarında qazandıqları uğurlardan, zəngin təcrübələrindən 

geniş bəhs olunur. 

 Müəllif  kitaba  daxil  etdiyi  materialları  "Qabaqcıl 

müəllim  və  məktəb  rəhbərləri",  "Təhsil  islahatı 

yollarında",  "Unudulmaz  pedaqoqlar"  və  "Müsahibələr" 

ümumi başlıqlar altında toplamışdır. Çap olunmuş hər bir 

oçerk  və  publisist  yazıda  müəllif  öz  peşəsini  ürəkdən 

sevən, tədris etdiyi fənni uşaqlara sevdirmək üçün zəngin 

təcrübəsindən  istifadə  edən,  bu  zaman  elmi-metodiki  və 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə