İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə60/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   56   57   58   59   60   61   62   63   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Vahabzadənin qrafik üsulu ilə yaratdığı rəsmi Moskvadakı 



Şərq muzeyinin daimi eksponatlarından biridir. 

...Bu  da  rəssamın  yaradıcılıq  emalatxanası:  müxtəlif 

sənət  əsərləri,  mənzərələr,  tablolar,  plakatlar,  qrafik 

nümunələr,  yarımçıq  qalmış  əl  işləri.  "Qalada  axşam", 

"Xoşbəxt  ailə  ",  "Təbriz  gözəli",  "Abşeron  bağları"  -  hər 

əsərdə  dərin  bir  məna,  rəssam  təxəyyülünün  ifadəsi. 

Emalatxana  əsil  rəssamlıq  sərgisini  xatırladır.  Burada 

Azərbaycanın təbii gözəllikləri, namuslu və ər kişilərimiz, 

Bakı və Abşeron mənzərələri və s. öz əksini tapıb.  

Rauf Səmədzadə ömrünün 65 yaşına gəlib çatıb. Onun 

yarısını sevimli tələbələri arasında auditoriyalarda keçirib. 

O,  tələbələrə  təkcə  sənət  öyrətmir,  həm  də  onlara  həyat 

dərsi keçir; tələbələri dilimizin saflığı uğrunda mübarizəyə 

səsləyir, türkçülüyü qorumağı tövsiyə edir. 

Çingiz,  Əziz,  Ədalət,  Şöhrət,  Arif  Mərdanov  kimi 

rəssam  və  əqidə  dostları  ilə  hər  görüşdən  sonra  xeyli 

yüngülləşir, mənən zənginləşir. 

Poeziya 


vurğunudur 

Rauf 


müəllim. 

Qəzet 


səhifələrində  həzin  və  lirik  şeirləri,  satiraları,  rübailəri 

"Rauf  Azərtürk"  ləqəbilə  çap  olunub.  Sonda  onun  bir 

rübaisini oxuculara təqdim edirik: 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Vətən həsrətilə alıĢıb-yandım, 

Dünyanı çox gəzib, çox da dolandım. 

Görmədim azəri türkü tək nəcib, 

Xalqımı bəĢərin incisi sandım... 

 

P.S.  Bu  material  Rauf  müəllimin  60  illik  yubileyi 

ərəfəsində  yazılmışdı.  Bu  müddətdə  rəssam-müəllimin 

həyatında  nə  baş  vermişdir?  Yaşının  üstünə  bir  yaş  da 

əlavə  olunmuşdur.  Dərs  dediyi  ali  məktəbə  yeni  rəhbər 

təyin  olunmuşdur.  Yeni  təyinat  təhsil  ocağına  yeni  ab-

hava  gətirmiş,  sağlam  atmosfer  yaratmışdır.  Rauf 

Azərtürkün 

həm 


rəssamlıq, 

həm 


də 

poeziya 


yaradıcılığında  yenilik  var.  Rübailərdan  ibarət  kitabı  işıq 

üzü  görüb.  Bir  sözlə,  bu  müdrik  insan  yaşayır,  yaradır, 

gənc rəssamların həyat yoluna işıq salmaqda davam edir. 

2007-ci il 

VĠTALĠ ĠSLAMI QƏBUL ETDĠ 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

BUNA   HEYDƏR ƏLIYEVIN HƏCC ZIYARƏTI 

SƏBƏB OLUB 

 

Hazırda  islam  dini  ciddi  təhlükəylə  üzləşib.  Bu 

təhlükə  ondan  ibarətdir  ki,  Azərbaycana  müxtəlif  əcnəbi 

ölkələrdən  dini  missionerlər  ayaq  açır,  burada  bəzi  zəif 

iradəli  gənc  oğlan  və  qızları  öz  torlarına  salır.  Bugünkü 

ağır  iqtisadi  çətinliklərdən  istifadə  edərək  gənc 

soydaşlarımızı  pul  gücünə  öz  iradələrinə  tabe  etdirə 

bilirlər.  Beləliklə,  pul  hərisləri  olan  iradəsi  zəif  gənclər 

dini  əqidələrinə  dönük  çıxıb  başqa  dinlərə  üz  tuturlar. 

Faktlara  inanşaq,  deyə  bilərik  ki,  hazırda  iki  minə  qədər 

soydaşımız xristian dinini qəbul edib. Nə yaxşı ki bu gün 

başqa dinlərdən də islama üz tutur, müsəlmançılığa iman 

gətirirlər.  Eləcə  də  xristianlar  islama  pənah  gətirirlər.  Bu 

yaxınlarda  onlardan  biri  ilə  görüşüb,  ətraflı  tanış  oldum, 

ömür  yolunu  izlədim.  Çox  maraqlı  həyat  tarixçəsi  var. 

Onu oxucularımız qarşısında vərəqləməyi lazım bildim. 



 

KEġLƏLĠ BALASI VĠTALĠ 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Vitali Apuşkin Bakının qədim Keslə qəsəbəsində 



kasıb bir rus aıləsində dünyaya gəlib. Ailə 

azərbaycanlılarla təmasda olub. Ona görə də bu keşləli rus 

balası Azərbaycan dilində təmiz və sərbəst danışır. 

Uşaqlıqda  yaman  dəcəl  olub.  Pozğun  uşaqların 

əhatəsində  böyüyüb.  Siqaret  də  çəkib,  içki  məclislərində 

də  iştirak  edib.  Amma  hamı  onu  çox  istəyib,  necə 

deyərlər,  başına  and  içib.  Vitali  də  dostlarının  hər  işinə 

yarayıb,  sözlərindən  çıxmayıb.  İradəsi  onu  pis  əməllərə 

qoşulmaqdan  xilas  edib.  Bəxti  onda  gətirib  ki,  idmana 

meyl  göstərib  və  ondan  möhkəm  yapışıb.  Idman  da 

Vitalinin  həyatında  əsaslı  dönüş  yaradıb,  onu  sonrakı 

uğurlara  qovuşdurub.  İdmana  olan  həvəsi  hər  şeyə  qalib 

gəlib. Sambo və dzü-do  ilə məşğul olub. Az bir  zamanda 

idman  ustası  adına  layiq  görülüb.  Müxtəlif  beynəlxalq 

yarışlarda  çıxış  edib.  Və  hər  dəfə  də  Azərbaycana 

mükafatlarla  qayıdıb.  Bütün  qazandığı  nailiyyətlərə  görə 

özünü ilk məşqçisi Akif Əhmədova borclu hesab edir. 

50  yaşlı  Vitali  Apuşkin  bu  gün  bir  təcrübəli  məşqçi 

kimi  öz  yetirmələri  ilə  fəxr  eləyə  bilər.  Onların  ikisi 

Azərbaycanın  Milli  Qəhrəmandır:  Mədət  Quliyev  və 

Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak 

olub,  şəhidlik  zirvəsinə  yüksəlmiş  İlqar  İsmayılov. 

Yeddiqat  dünya  çempionu  Ceyhun  Məmmədov  da 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə