İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə51/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   47   48   49   50   51   52   53   54   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  Siz  mojaritar,  yoxsa  proporsional  qaydada 

seçilmisiniz? 

-  Mən  48  saylı  Ağdam  kənd  seçki  dairəsindən 

mojaritar  qaydada  namizədliyimi  irəli  sürəndə,  qələbə 

qazanacağıma  əmin  idim.  Çünki  zorla  cəlb  olduğumuz 

muharibənin  ən  ağır  günlərində,  qaçqınlıq  həyatının  ən 

müdhiş dövründə həmişə həmvətənlərimlə birlikdə olmuş, 

onlara  mənəvi  dayaq  durmağa  çalışmışdım.  Ağdamlılar 

həmin  ağır,  dözulməz  günlərdə,  məşəqqətli  məqamlarda 

məni  sınaqdan  keçirmiş  və  həmin  vaxtlarda  lazımınca 

tanımışdılar. Rəqiblərimə gəldikdə, həmin dairədən daha 3 

nəfər  namizədliyini  irəli  sürmüşdü.  Son  nəticəni 

möhtərəm  seçicilər  həll  etdilər.  Alternativlərimin  isə  biri 

YAP-ın, ikincisi Sosial Rifah Partiyasının üzvü, üçüncüsü 

özünü  bitərəf  kimi  təqdim  etsə  də,  əslində  müxalifət 

tərəfindən  ciddi  şəkildə  müdafiə  olunan  adam  idi. 

Nəticəyə görə seçicilərimə minnətdaram. 



-    Ümumiyyətlə,  builki  seçkilərin  əvvəlkindən 

üstünluklərini əsasən nədə görürsünüz? 

-  Əvvəla, qəti bəyan edim ki, seçkilər tam demokratik 

şəraitdə keçdi və məndə əvvəlcədən bu inam olduğu uçün 

namizədliyimi    irəli  sürmüşdüm.    İkincisi,  xalq 

gözləniləndən də çox fəallıq nümayiş etdirdi. Müxalifətin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

isə  məğlub  olacağı  qabaqcadan  heç  kimə  sirr  deyildi. 



Çünki  iqtidarda  olduğu  müddətdə  özünü  lazımınca 

doğrultmayan,  hər  şeyi  inkar  edən,  qazanılan      bütün   

uğurların      üstünə      qara  pərdə  çəkmək  üçün  dəridən-

qabıqdan 

çıxan 

müxalifətin 



kifayət 

qədər 


səs 

qazanmayacağı  gün  kimi  aydın  idi.  Axı  xalqın  gözü 

tərəzidir.  O,  qurub-yaradanları,  inkişafı  təmin  edənləri 

sevir və onlara inanır. Bu dəfə də belə oldu. 



-  Jurnalist  peĢəniz  deputat  mandatı  qazanmaqda 

köməyinizə çatdımı? 

-    Əlbəttə.  1991-1993-cü  illərdə  "Həyat"  və 

"Azərbaycan"  qəzetlərinin  Qarabağ  üzrə  xüsusi  müxbiri 

işləyəndə  Ağdamda  yaşayırdım.  Hərbi  əməliyyatların  ilk 

dövrlərindən  torpağının  müdafiəsinə  qalxanların  arasında 

olmuş,  onların  şücaət  və  qəhrəmanlıqlarının  canlı  şahidi 

kimi  müntəzəm  olaraq  materiallar  hazırlayıb  işlədiyim 

qəzetlərdə  dərc  etdirmişdim.  Eyni  zamanda,  odlu-alovlu 

müharibənin  gedişindən  bəhs  edən  "Qeyrət  və  xəyanət" 

kitabının 

müəllifiyəm. 

Qarabağ 


müharibəsində 

qarabağlılar və bütün Azərbaycan xalqının nümayəndələri 

öz  silahları  ilə,  mən  isə  qələmimlə  iştirak  etdiyim  üçün 

bir-birimizi gözəl başa düşürdük. Ona görə də jurnalistlik 

fəaliyyətim MM-ə seçkilərdə uğurumu təmin edən mühüm 

amillərdən biri oldu. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-    Birinci  gün  parlamentdə  özünüzü  necə  hiss 

etdiniz? 

-    İlk  gün  bir  qədər  həyəcanlı,  bir  qədər  də  sevincək 

idim. Bütün bunların fonunda məsuliyyətli gün idi. Həmin 

gün  MM-in  sədri  seçildi.  Bu,  YAP-ın  nümayəndəsi, 

tanınmış  siyasətçi,  elm  xadimi  Murtuz  Ələsgərov  idi. 

Birinci  iş  günü  həm  də  Azərbaycanda  baş  verən  ictimai-

siyasi  proseslər,  müxalifətin  antidemokratik  fəaliyəti 

prinsipiallıqla  müzakirə  edilib  qiymətləndirildi.  Şəki 

hadisələri barədə bəyanat qəbul edildi. 

-    Sizcə  müxalifətdən  olan  deputatlar  MM-ə 

gəlməməklə nəyə nail oldular? 

-  Onlar MM-ə  gəlməməklə heç nə qazanmadılar. Bu 

addımı  atmaqla    şəxsi  ambisiyalarını  bir  daha  üzə 

çıxardılar.  Amma  bu  hərəkətləri  ilə  çox  şey  itirdilər.  Ən 

əvvəl, onlara səs verən seçicilərin etimadını. Bu addımları 

ilə onlara səs verənlərə göstərdilər ki, möhkəm yanılıblar. 

Güman  ki,  növvbəti  seçkilərdə  həmin  şəxslər  öz 

"səhvlərini" düzəldərlər. 



-    Budəfəki parlamentdən nə gözləyirsiniz? 

-    Ötən  parlament  öz  fəaliyəti  dövründə  900-ə  qədər 

qanun  qəbul  edib.  Həmin  qanunlar  həyatımızın  bütün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

sahələrini  əhatə  etmişdir.  Artıq  müstəqil  Azərbaycan  öz 



qanunları  əsasında  fəaliyyət  göstərir.  Şübhəsiz,  qanun 

yaradıcıları  öz  fəaliyyətlərini  səmərəli  şəkildə  davam 

etdirəcəklər.  Ölkəmiz  beynəlxalq  aləmə  çıxaraq  dunya 

təşkilatları  ilə  müxtəlif  parlament  və  qurumlarla  əlaqə 

yaradır, mövcud  əlaqələri  daha da genişləndirir.  Bu, həm 

də Azərbaycan parlamentinin fəaliyyətinin  yeni sahəsidir: 

Bütün bunları nəzərə alaraq MM-ə daha 1 müavin seçilib. 

İnanırıq  ki,  qarşıdakı  müddətdə  MM  hər  iki  sahədəki 

fəaliyyətini uğurla davam etdirəcək. 

-      Siz  bir  deputat    kimi  parlamentdə  xalqın 



mənafeyinə xidmət edəcək hansı taleyüklu problemləri 

qaldırmağı planlaĢdırmısınız? 

- Ağdam  rayonundan deputat seçilmişəm. Hazırda bu 

rayonun 3/2 hissəsi işğal altındadır. Ağdamlılar həm rayon 

ərazisinda,  həm  də  respublikanın  50-dən  çox  rayonunda 

məskunlaşıblar.  Odur  ki,  həm  Ağdam  qaçqınlarının,  həm 

də  respublikadakı  1  milyondan  çox  məcburi  köçkün  və 

qaçqının çətinlik və problemləri var. Ölkə prezidenti zati-

aliləri  Heydər  Əliyev  qaçqınlarla  bağlı  bütün  məsələləri 

operativ  şəkildə  həll  edir.  Onlara  lazımi  qayğı  və  diqqət 

göstərir.  Hörmətli  prezidentimizin  bu  atalıq  qayğısı, 

qaçqınlara  münasibəti  bizim  hər  birimiz    üçun   örnəkdir. 

Qaçqınların  həyat  şəraiti  və  güzəranını  yaxşılaşdırmaq 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə