İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə49/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   45   46   47   48   49   50   51   52   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Növbəti  dəfə  o,  Bakıya  Hollandiyadan  qayıtmışdı. 



Qərib ölkədə pis dolanmasa da, Vətən üçün, onun qeyrətli 

oğul  və  qızlarından  ötrü  qəribsəmişdi  Araz.  Bir  də  axı 

onun  ən  çox  öz  doğma  Vətənində  başa  düşürlər,  o  da  öz 

həmvətənləri  ilə  ünsiyyətdən  dünyalar  qədər  zövq  alır. 

Araz Bakıda olduğu müddətdə özünə çoxlu dost, həmkar, 

həmdərd  tapdı.  Xeyli  konsert  verdi,  ürəyini  boşaltdı. 

Amma  geniş  tamaşaçı  qarşısında  çıxış  etmək  üçün 

darıxmışdı  yaman  Araz.  Belə  bir  məkan  mayın  29-da  Əl 

oyunları  sarayındı  yarandı.  Araz  sənətinin  pərəstişkarları 

həmin  günü  səbirsizliklə  gözləyirdilər.  Vaxt  tamam  oldu. 

Lakin  son  anda  hamının  əli  ağzında  qaldı.  Araz  Elsəs 

tamaşaçılar  qarşısına  çıxıb  konsertin  baş  tutmadığını 

söylədi,  texniki  səbəbləri  ön  plana  çəkdi.  Amma  tezliklə 

onlara  konsert  verəcəyini  vəd  etdi.  Vədə  sadiq  çıxmaq 

üçün bu yorulmaz, mübariz, qəlbində od gəzdirən 28 yaşlı 

gənc  Bakıda  xeyli  qapı  döydü,  çoxlu  məmurla,  idarə 

rəhbərləri  ilə  ünsiyyətə  girdi.  Axır  ki  istəyinə  nail  oldu 

Araz.  Bu  dəfə  Azərbaycan  Dövlət  Sirkində  konsert 

verəcəkdi  ozan.  Verdi  də.  Konsert  nə  konsert!  Bu  barədə 

yalnız həmin tədbirdə iştirak edənlər danışa bilərlər. 

 

«Salam, dar ağacı!» 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

…Bəlkə  də  bu  konsert  ocağı  iyunun  23-dəki  qədər 



tamaşaçı görməmişdi. Konsertin başlanmasına hələ yarım 

saat  qalmış  bütün  yerlər  tutulmuşdu.  Xeyli  əvvəl 

Azərbaycanın, türk dünyasının bayraqları əllərdə, qüdrətli 

biləklər  üzərində  dalğalanırdı.  Baş  bayraqdar  Elman 

Türkoğlu qoşa oğlu – Məmmədəmin və Elçibəylə başları 

üzərində  bayraqları  dalğalandırırdılar.  Cavan  ozan  əlində 

saz  səhnədə  görünəndə  uğultu  qopdu.  Sanki  kükrəyib-

coşan  dəryanın  suları  sahillərə  toxunub,  əks-səda  verdi. 

Sürəkli,  gurultulu  alqışlar  salonu  titrətdi.  Arazsevərlər 

yəqin  ona  sevinirdilər  ki,  gec-tez  onlar  bu  türk  qeyrətli 

igid  ozanla,  onun  sənəti  ilə  tanış  olmaq  imkanı  əldə 

etmişdilər.  Tamaşaçıları  qarşısında  baş  əyən  Araz  onlara 

minnətdarlıq nümayiş etdirdi və ayrılmaz könül həmdəmi 

sazı  sinəsinə  basdı,  bir  azdan  Əhməd  Cavadın  məşhur 

«Azərbaycan,  hey!»  mahnısının  sədaları  onun  ürəyindən 

qopub  çıxaraq  dalğa-dalğa  dörd  tərəfə  yayıldı.  «Gecədir 

dilsiz-ağızsız»a  növbə  çatdı.  «Salam,  dar  ağacı!»nı  Elsəs 

xüsusi  ehtirasla  oxudu.  Ümumiyyətlə,  Araz  öz 

repertuarına  elə  tükürpədən,  adamı  özündən  alıb  aparan, 

ürəyinə od salan mahnılar daxil edib ki, hər biri haqqında 

ayrıca  danışmağa  dəyər.  Orası  da  maraqlıdır  ki, 

nəğmələrinin  əksəriyyətini  müğənni  özü  bəstələyib, 

özününküləşdirib.  O  da  fərəhlidir  ki,  Araz  yeni  musiqi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qrupu  yaradıb,  müşayiəti  ilə  oxuduğu  musiqi  qrupuna 



«Bayduru»  adı  verib.  Qrup  sanki  Araz  qəlbinin  tellərini, 

ürək  çırpıntılarını  səsləndirir.  Daha  bir  qədim  xalq 

mahnısı  –  «Çoban qızı»  müğənninin oranjemanında necə 

də  həzin,  qəmli,  necə  də  məhzun  səsləndi!  «Bağlar», 

«Ceyran»  mahnılarını  müğənninin  lirik  ovqatını 

tamaşaçılara  bütün  çalarları  ilə  çatdıra  bildi.  Bəs  məşhur 

«Ninna, yarım» İraq-Kərkük nəğməsi?! 

 

Araz uĢaqlara dərs verirdi 

 

Araz  Elsəs    arada  konsertinə  gəlmiş  uşaqları  yanına 



çağırır,  mikrofonla  qarşılarında  diz  çöküb  onları  sorğu-

suala  tutur,  biliklərini  sanki  yoxlayırdı.  «Azərbaycanın 

neçə düşməni var?», «Azərbaycan bayrağı neçə rəngdədir 

və  onları  ardıcıl  necə  sayarsan»,  «Türk  dünyasında  neçə 

dövlət  var?»,  «Sən  böyüyəndə  kim  olacaqsan?»  və  s. 

Düzgün  cavab  verməyən  uşaqların  valideynlərini  Araz 

məzəmmət edirdi ki, övladlarına adi şeyləri öyrətmirlər. 

Tamaşaçılar  da  hər  mahnıdan  sonra  səhnəyə  çıxır, 

müğənninin  sənətinə,  onun  vətənpərvərliyinə  səcdə 

edirdilər.  Növbəti  dəfə  gənc  bir  qız  Araza  yaxınlaşdı. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Boynunu  qucaqladı,  onun  razılığı  ilə  mikrofona 



yaxınlaşdı.  Araz  Elsəsə  həsr  etdiyi  şeiri  ürək  yanğısı  ilə, 

titrək  səslə  oxudu.  Bu  Pərvanə  Süxəndi  idi.  Həmin  şeirin 

bir hissəsini sevimli oxuculara da təqdim edirik. 

 

Oyat bu xalqı! 

 

Oxu, ey yurdumun igid, ər oğlu, 



Təbrizin, Bakının fəxri-vüqarı. 

Ulu türkün od-ocağı, alovu, 

Hayqır, hayqır, oyat, oyat bu xalqı! 

 

Hələ ayıqdan çox yatanın vardır, 



Hələ türkçülüyü dananın vardır. 

Hələ soykökünü qanmayan vardır, 

Hayqır, hayqır, oyat, oyat bu xalqı! 

 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə