İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə42/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   38   39   40   41   42   43   44   45   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"Ulduz"  redaksiyasındakı  ilk  görüşdən  Yasif  müəllimin 



qaynar,  nüfuzedici  baxışı,  gülər  üzü,  istiqanlılığı  və 

səmimiyyətilə yadımda qaldı.  Sonra ona bədii yazılarımı, 

o  cümlədən,  mənsur  şeirlərimi  təqdim  etdim.  Dərhal 

oxuyub  nəzərdən  keçirdi.  Razı  qaldığıni  hiss  etdim. 

Amma  tövsiyəsi  bu  oldu  ki,  çapına  tələsməyim, 

yazılarımın üzərində bir də işləyim, həm də Azərbaycanda 

mənsur  şeirin  banisi  olan  Gülhüseyn  Hüseynoğlunun 

yaralıcılığına  çox  müraciət  edim.  Razılıq  hissi  ilə  Yasif 

müəllimdən  ayrıldım.  Amma  bir  daha  onunla  ilk  dəfə 

olduğu    kimi,    üz-üzə  oturub  söhbət  etmək    mənə    nəsib  

olmadı.    Sonralar  müxtəlif  tədbirlərdə,  görüşlərdə  arabir 

rastlaşıb  salamlaşırdıq.  Lakin  ilk  görüşün  təəssüratı  hələ 

də  məni  tərk  etməyib.  Və  mən  o  vaxtdan  indiyə  kimi  

Yasif  Nəsirlinin  yaradıcılığını,  fəaliyyətini,  yəni 

bütövlükdə  ömür  yolunu  necə  deyərlər,  addım-addım 

izləmişəm. Ta bu günə kimi. 

Bilirəm  ki,  o,  mən  özümün  ikinci  Vətənim  hesab 

etdiyim  Qarabağın  Cəbrayıl  rayonunda  (Cəbrayılı  ona 

görə  özümə  ikinci  vətən  sayıram  ki,  bir  cəbrayıllı 

müqəddəs  ailə  ilə  az  qala  yarım  əsrdir  dostluq  edirəm) 

doğulub. 70 it bündan əvvəl bu rayonun Kavdar kəndində. 

Ərazicə  çox  da  böyük  olmayan  Cəbrayıl  Azərbaycana 

çoxlu  sayda  işıqlı  ziyalılar,  qəhrəmanlar  bəxş  edib. 

Akademik Mehdi  Mehdizadə (sabiq  maarif naziri), Əşrəf 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Hüseynov  (akademik),  Tofiq  Hacıyev  (akademik), 



Qəzənfər  Kazımov  (professorlar),  Novruz  Quliyev 

(akademik),  Sabir  Əhmədov  (xalq  yazıçısı),  Cəmil 

Əhmədov  -  onun  qardaşı  (Sovet  İttifaqı  Qəhrəmanı), 

Köçəri  Babayev  (Sosialist  Əməyi  Qəhrəmanı),  Vidadi 

Rzayev  (riyaziyyatçı)  və  onlarca  başqa  tanınmış 

şəxsiyyətlər  bəxş  edib.  Onlar  bu  torpaqda  həyata  göz 

açmış,  bu  yerlərin  ab-havası  ila  nəfəs  alıb,  ərsəyə 

çatmışlar.  O  dövrün  uşaqları  kimi  balaca  Yasifin  də 

uşaqlığını  Böyük  Vətən  müharibəsinin  dəhşətləri  udmuş, 

onu  məhrumiyyətlər,  dözülməz  əzab-əziyyətlərlə  üz-üzə 

qoymuş,  bir  sözlə,  arxa  cəbhənin  məhrumiyyətlərinə  tuş 

gətirmişdir. Atası Vətənin müdafiəsinə getdiyindən, anası 

ailəni  dolandırmaq  üçün  kirpiyilə  od  götürüb.  Ehtiyac 

ucbatındän  VII  sinif  şagirdi  olan  Yasif  günün  birinci 

yarısını quzu otarıb, ikinci yarısını isə dərsə gedib. Amma 

o  dövrün  xeyirxah  adamları,  o  cümlədən  məktəbin 

müəllimləri başqaları kimi Yasifin dərdini yüngülləşdirib, 

onlara maddi və mənəvi cəhətdən arxa-dayaq olublar.  

Onu doğru deyiblər ki, dərd adamları birləşdirir. 

Məktəbdə  oxuyarkən,  dəqiq  elmlərə  böyük  həvəs  və 

maraq  göstərən  gənc  Yasif  inanmazdı  ki,  həyat  ona  öz 

diktəsini edəcək. Belə ki orta məktəbin yuxarı siniflərində 

oxuyarkən  öz  ilk  şeir  və  hekayələrini  rayon  qəzetində 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

görəndə,  buna  heç  sevinməyib  də.  Çünki  ilk  qələm 



təcrübəsinin nə üçün mətbuata yol tapdığından heç özü də 

baş açmamışdı. Sən demə, bu ilk qığılcımlar bəs deyilmiş, 

bu,  onun  sonradan  ədəbi  aləmə  düşüb,  burada 

parlamasının başlanğıcı imiş. 

Sənədlərini  Neft  və  Kimya  İnstitutuna  versə  də, 

müsabiqədən  keçə  bilməyən  gənc  Yasif  vaxt  itirmədən 

Mədəni-Maarif Texnikumuna daxil olur. Və təhsil ocağına 

ona  görə  minnətdarlığını  bildirir  ki,  gələcək  ömür-gün 

yoldaşı məhz burada qismətinə çıxır və onu xoşbəxt edir, 

həyatını  mənalandırır,  ona  gözəl  övladlar  bəxş  edir; 

tərbiyəli  və  savadlı,  Vətənə  və  qədirbilən  xalqımıza, 

zəmanəmizə layiq övladlar! 

Yasif  Nəsirlinin  yaradıcılıq  bioqrafiyası  çox 

zəngindir.  O,  kifayət  qədər  təhsil  alıb.  BDU-nun  və 

M.Qorki 

adına 


Moskva 

Ədəbiyyat 

İnstitutunun 

məzunudur.  Eyni  zamanda,  keçmiş  SSRİ  Dövlət 

Təhiükəsizlik  Komitəsinin  Ali  məktəbini  bitirib.  Ədəbi 

aləmdə  imzası  isə  keçən  əsrin  60-cı  illərində  görünməyə 

başlayıb,  çox  məhsuldar  qələm  əhli  kimi  oxucuların 

marağına səbəb olan Yasif hələ təhsil aldığı ali məktəbin 

IV  kursunda  ikən  "Araz  daşan  yerdə"  və  "Qırmızı 

qərənfil"  sənədli  hekayələr  toplusu  ilə  həmyaşıdlarının 

diqqətini cəlb edir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"İnsanlar  və  görüşlər",  "Adsız  təpə",  "İntizar", 



"Bolluq  yaradanlar",  "Qayıdacağam",  "Çinar  vüqarı", 

"Görə  bilmədin",  "Azərbaycan  şeiri"  və  başqa  povest, 

hekayə,  pyes  və  elmi  əsərlərdən  ibarət  kitablar 

dediklərimizi  təsdiqləyir.  Sonra  da  "Ömür",  "Dünya", 

"Zaman»  adlı  üçcildliyi  çap  edilərək  oxucuların 

mühakiməsinə  verilmişdir.  Yazıçı  "Liftdə  hadisə», 

«Təyyarə geri dönür", "Qan qardaşları" adlı pyeslərini isə 

televiziya  tamaşaçılarının  ixtiyarına  verməklə  özünü  bu 

sahədə də sınamışdır. 

Y.Nəsirli  yaradıcılığının  bir  qolu  da  tərcüməçilikdir. 

Uzun  illər  bu  sahədə  çalışan  nasir  G.Markovun  məşhur 

əsəri olan «Sibir»i böyük bir ilhamla dilimizə çevirmişdir. 

Mariya  Mayerovanın  "Dünyaların  ən  yaxşısı»  romanı, 

A.Diqanskinin  "Filosof  və  paltaryuyan  qız»,  Ş.Ələddinin 

"Mərmər  pillələr"  povestləri  və  «Polşa  hekayələri» 

toplusu  Y.Nəsirli  tərəfindən  dilimizə  tərcümə  edilərək 

ayrıca kitabça şəklində işıq üzü görmüşdür. Yasif Nəsirli 

həm də alimdir, filologiya elmləri doktorudur. 

"Ulduz"  jurnalının  ilk  baş  redaktoru  olmuş  Y.Nəsirli 

həm  də  ömrünün  bir  hissəsini  ictimai-siyasi  xadim  kimi 

dövlətçiliyimizin  qorunmasına  həsr  etmişdir.  Belə  ki 

Azərbaycan  SSR  Dövlət  Təhlükəsizliyi  Komitəsində 

(DTK)  İdarə  rəisi  vəzifəsində  çalışan  Yasif  Nəsirli 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə