244
sizlik sistemi yaradaraq h
əmin dövlətləri o sistemə cəlb etməyə
çalışır.
ABŞ-ın ənənəvi metodu isə, “əvvəl yemək, sonra dəyə-
n
ək”dır. Bunu başqa sözlə həvəsləndirici və təzyiq üsulları da
hesab etm
ək olar. Həvəsləndirici üsula olaraq maddi yardım etmək,
güz
əştli əsaslarla iqitsadi əlaqələr yaratmaq, elmi-texniki, hərbi-
texniki yardımlar göstərmək və s. amillər daxildir.
C
əlbetmə siyasətində bu üsul fayda vermədikdə təzyiqetmə
üsullarından istifadə olunur. Təzyiq vasitəsi olaraq hərbi güc tət-
biqetm
ə, etnik amillərdən istifadə etmək, münaqişələri dəstəklə-
m
ək, viza rejimini çətinləşdirmək, iqitsadi güzəştləri ləğv etmək və
dig
ər bu kimi metodlardan istifadə edilir.
Bir çox t
ədqiqatçıların fikrincə, Şimali Qafqazda baş verən
prosesl
ər geosiyasi faktorlara əsaslanır. Bu isə Qərblə Şərq arasın-
dakı tarixi mübarizə meydanında dünya dövlətlərinin öz hökmran-
lığını təmin etməyə və təbii resurslar üzərində nəzarəti ələ keçir-
m
əyə cəhdlə əlaqələndirilir.
Şimali Qafqaz – sosial-iqtisadi vəziyyət, dövlət idarəçiliyi və
Rusiyanın milli təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən həm
ən mürəkkəb, həm də ən mühüm regiondur. Bu region bir sıra si-
lah
lı toqquşmalarla müşahidə olunur ki, bunlardan biri Çeçen mü-
harib
əsidir. Məhz bu zonada baş verən hadisələr Rusiya Federa-
siyasının milli təhlükəsizliyinə, onun suverenliyinə, ərazi bütöv-
lüyün
ə real təhlükə törədir.
SSRİ dağıldıqdan sonra – Şimal Qafqaz xalqları da azadlıq
uğrunda müharibəyə qalxdılar. Çeçen-İnquş MSSR-da vəziyyət
daha g
ərgin idi. 1990-cı ilin noyabrın 27-də Çeçenistan və
İnquşetiya respublikasının Ali Soveti respublikasının dövlət
müst
əqilliyi haqqında bəyannamə qəbul etdi. 1991-ci ilin may-iyun
aylarında çağırılmış ikinci konqres Çeçen Respublikasının
müst
əqilliyini, RSFSR və SSRİ-nin tərkibindən çıxdığını, Çeçen-
İnquş Respublikasının RSFSR-in tərkibində iki suveren
respublikaya – Çeçen-
İnquş Respublikalarına ayrıldığını elan etdi.
C.Dudayev Çeçenistan Res
publikasının prezidenti seçildi. 1992-ci
il martın 31-də imzalanan Federasiya müqaviləsinə qoşulmaşdan
imtina ed
ərək Çeçenistan Federasiyadan çıxmaq, hərbi vəziyyət
245
elan etm
ək hüququ, respublika konstitusiyasının Federasiyanın
əsas qanunundan aliliyi haqqında qərarlar qəbul etdi. 1992-1993-cü
ill
ərdə Çeçenistan Federasiyanın büdcəsinə vergi ödənişini
dayandırdı. C.Dudayev parlamenti buraxdı. Respublikada 15
minlik nizami ordu yaradıldı. Çeçenistanın hərəkətləri RF
t
ərəfindən separatizm kimi qiymətləndirildi. 1994-cu ilin noyabrın
31-d
ə RF prezidenti B.Yeltsin “Çeçen Respublikasının ərazisində
konstitusiya qanun
çuluğu və qaydalarının bərpası üzrə tədbirlər
haqqında” gizli fərman imzaladı. Birinci Çeçenistan müharibəsi
başlandı. Dudayevi başlıca maneə hesab edən Rusiya hökuməti
onun aradan götürülm
əsinə nail oldu. Vitse-prezident
Z.Yandarbayev onu
əvəz etdi. Avqust ayında Çeçen qüvvələri
Qorznını azad etdilər. 1996-cı ilin sentyabrında Rusiya ilə
Çeçenistan arasında imzalanmış Xasavyurd razılaşmasına əsasən
Rusiya qoşunları Çeçnistanı tərk etdi. Lakin hadisələrin sonrakı
gedişi Çeçenistanı öz müstəqilliyini möhkəmləndirməyə imkan
verm
ədi. 1999-cu ilin noyabrında keçirilən ATƏT-in İstanbul
sammitind
ə RF-nin Çeçenistandakı hərəkətləri böyük dövlətlər,
xüsusil
ə ABŞ tərəfindən kəskin tənqid edildi. Rusiya bu məsələyə
qarşı qəti mövqeyini sammitdə bir daha nümayiş etdirdi. 1999-cu
ilin sonlarında Rusiya yenidən Çeçenistana təcavüz etdi. İkinci
Çeçenistan müharib
əsi başlandı. Qanlı döyüşlər nəticəsində Qroznı
şəhəri ruslar tərəfindən işğal edildi. Çeçen xalqı amansız soyqırı-
mına məruz qaldı. Bu dünya dövlətləri, xüsusilə ABŞ tərəfindən
ciddi t
ənqidə məruz qaldı.
B
əs, Çeçenistandakı vəziyyət kimlərə sərf edir? Rus tədqiqat-
çılarının bəziləri, bu ərazidəki qeyri-stabil vəziyyətə ABŞ-ın
Qafqaz
dakı siyasətinin əsas fiquru kimi Türkiyənin nəzarət
etdiyini bildirir.
Qeyd edilir ki, ABŞ-la Qərb Bakı-Tbilisi-Ceyhan
neft k
əmərini çəkməklə Xəzər neftini Rusiyadan yan keçməklə
Q
ərbə axıtmaq, özlərinin rus kəmərlərindən və Yaxın Şərq
regionundan enerji asıldığını heçə endirmək istəyir. Rusiyanın isə
alternativ neft x
əttləri Şimali Qafqaz ərazisindən (Dağıstan və
Çeçen-
İçgeriya) keçir və münaqişələrin bu regionda
g
ərginləşməsində ABŞ-ın və Qərbin əli olduğu iddia edilir.
M
əsələyə başqa prizmadan baxanda Şimali Qafqazda teokratik
246
rejiml
ərin yaranmasını nə ABŞ-ı, nə də Qərbi qane etmədiyi aydın
olur. Bu
ən çox siyasiləşmiş islam fundamentalizminin
nümay
əndələrinə, ərəb neft şeyxlərinə, Fars körfəzi ölkələrinin
maliy
ə oliqarxiyalarına sərf edir ki, onlar öz neftlərini
Novorossiyski vasit
əsilə Xəzərdən Qərb bazarına ötürə bilsinlər
(Tranzit x
ətti Şimali Qafqazdan keçir). Qərbi Avropaya və
Rusiyaya narkotikl
ərin daşınmasının mümkünlüyünü genişlən-
dirm
əklə bu vəziyyət beynəlxalq narkomaniya üçün də əlverişlidir.
H
əmçinin Qərb ölkələri, Yaxın və Orta Şərqdə, Şimali Qafqazda
Rusi
yanın təsirini azaltmaqla strateji maraqlarını burada təsdiqlə-
m
ək imkanları qazanmaq istəyirlər. Məhz bu qüvvələr Rusiyanın
Qafqazı parçalamaq siyasətini indi onun özünə qarşı yeridərək
Şimali Qafqazda etnik münaqişələri qızışdırır və Rusiyanı
parçalamağa çalışırlar.
Çeçen-rus müharibd
əsi nəinki ətraf regionlarda islami dirçə-
lişi stimullaşdırır, həm də islam intibahının yüksək siyasiləşmə
d
ərəcəsini müəyyənləşdirir. Bu müharibə rus tədqiqatçılarının
fikrinc
ə, İslam faktorunu Rusiyanın cənubunda və hətta bütün
Qafqazda sabitliyi pozan
əsas amilə çevirir. Çeçenlərin dini dövlət
yaratmaq ist
əyi Moskva üçün yolverilməzdir. Bəs islamı siyasiləş-
m
ə nədir?
Bu münaqişədə Moskva Şimali Osetiyanın tərəfində idi.
Rusiya, Osetiya Respubilkasını özünün Qafqazdakı dayağı say-
maq
la yanaşı, Moskva həm də qorxurdu ki, inquşlar ərazilərini
genişləndirib müstəqillik tələb edəcəklər. Həmçinin Moskva ose-
tinl
əri əli ilə vayxanaları sarsıtmaq, yəni inquşlarla yanaşı çeçen-
l
ərin də müqavimətini qırmaq istəyirdilər. Osetinlər qeyri-
müs
əlman xalqları olduqları üçün Şimali Osetiya güclü olmalı idi
ki, g
ələcəkdə Rusiya Gürcüstan və Cənubi Osetiya arasında müna-
qi
şələrdə ondan istifadə etsin.
1980-ci ild
ə Səudiyyə Ərəbistanı kralı Fəhd elan etmişdi ki,
Müq
ədəds cihad – kommunizm kimi sərhəd bilməyən bir inqilab-
dır. İndi bu inqilabın təsiri Yaxın və Orta Şərqi, Qafqazı, Orta,
M
ərkəzi, Cənub və Cənub-Şərqi Asiyanı, Avropanı (Balkanlar),
Şimali Afrika, Uzaq Şərqi (Çində uyqur seperatçıları) əhatə edir.
Dostları ilə paylaş: |