İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə219/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   215   216   217   218   219   220   221   222   ...   231

götürür.  Bu  təsadüflər  isə  həmin  gizli  müqavilə  şərtlərinə  əməl 

olunmaması  hallarına  aiddir.  Cənab  Şaber  isə  öz  tərəfindən  onun 

ölümünün həqiqi olmadığını və artıq sizə talaq verildiyini təsdiq edən 

bir  məhkəmə  qərannın  çıxanlmasını  sizinlə  birlikdə  tədricən 

hazırlamağa razı olur. 

Qrafinya həyəcan içində: 

-

 

Bu maddəni mən qəbul edə bilmərəm, - dedi. - Mən məhkəmə 



prosesinə razı deyiləm. Nə üçün razı olmadığımı siz bilirsiniz. 

Vəkil sarsılmaz bir sakitliklə sözünə davam edərək: 

-

 

Cİçüncü maddəyə görə, - dedi, - siz Giasint qraf Şaberə iyirmi 



dörd  min  frank həmişəlik  renta  verməlisiniz,  özü  də  bu renta  dövlət 

borcları  dəftərində  qeyd  olunmalı  və  o  öldükdən  sonra  kapital  sizə 

keçməlidir. 

Qrafinya: 

-

 

Bu, çox bahadır! - dedi. 



-

 

Siz daha ucuz məbləğə onu razı sala bilərsiniz? 



-

 

Bəlkə də. 



-

 

Bəs siz, xanım, nə istəyirsiniz? 



-

 

Mən məhkəmə istəmirəm, mən istəyirəm ki... 



Dervil tez onun sözünü kəsərək: 

-

 



Siz istəyirsiniz ki, o, ölü qalsın, deyilmi? - deyə soruşdu. 

Qrafinya cavab verdi: 

-

 

Cənab,  əgər  iyirmi  dörd  min  frank  renta  lazımsa,  işi  məhkə-



mədə həll etməyə məcburuq. 

Bu halda polkovnik qapını açıb birdən-birə arvadının qarşısında 

zahir oldu və boğuq bir səslə bağırdı: 

-

 



Bəli, işi məhkəməyə verməyə məcburuq! 

O, bir əlini döşünün üstünə qoyaraq, o biri əli ilə yeri göstərirdi. 

Başına  gələn  macəralan  xatırladıqda,  bu  hərəkət  dəhşətli  bir  təsir 

bağışlayırdı. 

Qrafinya öz-özünə: “Odur!” - deyə düşündü. 

Qoca əsgər: 

-

 

“Çox bahadır!” - deyə təkrar etdi. - Mən sizə bir milyon ver-



mişəm,  amma  siz  mənim  bədbəxtliyimlə  alver  edirsiniz!  Çox  yaxşı, 

mən indi həm sizi, həm də sizin sərvətinizi geri qaytarmaq istəyirəm. 

Bu sərvət bizim ümumi sərvətimiz idi, talaq isə hələ verilməmişdir... 

633 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qrafinya, guya, heyrət edərək: 



-Axı siz ki polkovnik Şaber deyilsiniz! - deyə bağırdı. 

Qoca dərin bir kinayə ilə: 

-

 

Bəli,  -  dedi,  -  siz  sübutmu  istəyirsiniz?  Mən  sizi  Pale-Royal- 



dan

1

 gətirmişəm... 



Qrafinya  sapsarı  saraldı.  Qoca  əsgər,  qrafinyanın  yanağındakı 

boyaların altından üzünün saraldığını görüb, vaxtilə sevdiyi bir qadı-

nın  qəlbinə  toxunduğundan  mütəəssir  oldu  və  susdu,  lakin  dərhal 

onun zəhərli bir nəzərlə baxdığını hiss edib yenə davam etdi: 

-

 

Sizi saxlayan... 



Qrafinya vəkilə müraciətlə: 

-

 



Məni  bundan  xilas  edin,  cənab,  -  dedi.  -  Lütfən,  icazə  verin, 

gedim.  Mən  buraya  bu  cür  dəhşətli  şeylərə  qulaq  asmaq  üçün  gəl-

məmişəm. 

Qrafinya ayağa durub çıxdı. Dervil idarəyə yüyürdü. Sanki, qra-

finya  qanad  açmışdı;  o  artıq  yox  idi.  Dervil  kabinetinə  qayıtdıqda 

polkovniki  böyük  bir  qəzəb  içində  gördü;  o,  iri  addımlarla  otağın 

içində gəzinirdi. 

-

 



O  zamanlar,  -  deyə  polkovnik  danışırdı,  -  hər  kəs  istədiyi 

yerdən  özünə  arvad  tapırdı.  Lakin  bədbəxtliyimdən,  mən  zahiri 

görünüşə aldanaraq, yaxşı arvad seçə bilməmişdim. Bu qadının ürəyi 

daş imiş. 

-

 

Polkovnik,  görürsünüzmü,  sizin  buraya  gəlməməyinizi  rica 



etdikdə,  mən  haqlı  idim,  indi  mən  əminəm  ki,  siz,  doğrudan  da, 

polkovnik Şabersiniz. Siz içəriyə girdikdə qrafinyanın etdiyi hərəkət 

bunu tamamilə isbat edir. Bununla belə, siz yenə də prosesi uduzmuş 

oldunuz. Arvadınız sizin nə qədər dəyişmiş olduğunuzu gördü. 

-

 

Mən onu öldürəcəyəm... 



-

 

Bu divanəlikdir: sizi tutub bir cani kimi edam edərlər. Bundan 



başqa, əliniz qalxmaz. Bir adamın öz arvadını öldürmək istəməsi əfv 

edilməz,  bu  qeyri-mümkün  bir  şeydir.  Yaşlı  uşaq,  sizin  bu  ağılsız 

hərəkətlərinizi  düzəltmək  üçün  mənə  icazə  verin.  Gedin  evinizə! 

Ehtiyatlı olun, o, sizi tələyə salaraq Şarentonda yerləşdirə bilər. Sizi 

gözlənilməyən hadisələrdən qorumaq üçün vəsiqələrinizi ona təqdim 

etmək istəyirəm. 



1

 

Pale-Royal -

 kral familiyasına mənsub saraydır. Buranın taxta qalereya-

larında fahişələr toplaşırdı. 

634 


downloaded from KitabYurdu.org


Zavallı polkovnik öz gənc hamisinə itaət edərək üzr istəyə- istəyə 

getdi. O, bu zərbədən mütəəssir olaraq ağır fikirlərə dalmış bir halda 

yavaş-yavaş  pilləkəndən  düşürdü.  Bu  zərbə  onun  qəlbini  daha 

dərindən  yaralamışdı.  Birdən,  son  pilləyə  çatdıqda,  polkovnik  paltar 

xışıltısı eşitdi və arvadını qarşısında gördü. 

Qrafinya, bir zaman əri üçün əziz olan hərəkətləri xatırladan bir 

hərəkətlə onun qoluna girdi və: 

-

 



Gedək, - dedi. 

Qrafinyanın  yalnız  bir  hərəkəti,  yalnız  təkcə  mehriban  səsi  pol-

kovnikin qəzəbini söndürmək üçün kafi idi. O, etiraz etmədən karetə 

qədər yeridi. 

Lakey  karetin  pilləsini  aşağı  saldı.  Qrafinya  “əyləşin!”  dedikdə, 

o, sanki, bir sehr ilə arvadının yanında oturduğunu gördü. 

-

 

Haraya əmr edirsiniz? - deyə lakey soruşdu. 



-

 

Qrosleyə sürün, - deyə qrafinya cavab verdi. 



Karet hərəkət edərək Paris küçələrindən ötüb-keçdi. 

Qrafinya həyatdakı xariqüladə duyğulardan birini əhya edən və 

insanın bütün qəlbinə hakim olan bir səslə: 

-

 



Cənab! - dedi. 

Bu cür dəqiqələrdə insanın qəlbi, sinirləri, üzü, ruhu və vücudu - 

bütün varlığı sarsılır. Sanki, həyatımız artıq öz əlimizdə deyil, o coşur 

və  qaynayır,  bir  yoluxucu  xəstəlik  kimi  sirayət  edir,  baxış  səs  və 

hərəkətlə  başqasına  keçir,  başqasını  iradəmizə  əsir  edir.  Qoca  əsgər 

bu  yeganə  ilk  sözü,  bu  dəhşətli  “cənab”  sözünü  eşitdikdə,  bütün 

vücudu ilə titrəmişdi.  Lakin bu sözdə, eyni zamanda bir məzəmmət, 

dua, əfv, ümid, hüzn, sual və cavab var idi. Bu söz hər bir şeyi özündə 

ehtiva edirdi. Bir sözə bu qədər canlı bir ruh, bu qədər dərin bir duyğu 

vermək  üçün  aktrisa  olmaq  lazım  idi.  Həqiqət  bu  qədər  mükəmməl 

surətdə  öz  ifadəsini  tapmır,  həqiqət  zahirə  bütünlükdə  çıxmır,  onun 

içindəkini  duya  bilmək  lazımdır.  Polkovnik  şübhələr,  tərəddüdlər  və 

qəzəb  içində  çırpınırdı.  Həyəcan  içində  olduğunu  hiss  etdirməmək 

üçün başını aşağı saldı. 

Qrafinya bir az susduqdan sonra yenə: 

-

 



Cənab, - dedi, - mən sizi yaxşıca tanıdım. 

-

 



Rozina,  -  deyə  qoca  əsgər  cavab  verdi,  -  başıma  gələn  müsi-

bətləri unutmaq üçün bu sözlər mənim yeganə təsəllimdir. 

635 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə