İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin


Səh.  126:  Restavrasiya  -



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə227/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   223   224   225   226   227   228   229   230   231

Səh.  126: 

Restavrasiya  -

  Burbonlar  sülaləsindən  olan  kral  XVIII  Lüdo-  vik 

(1814-1824)  və  kral  X  Karl  (1824—1830)  hakimiyyətinin  bərpa  edildiyi  dövrə 

deyirlər. 

Səh. 126: 

Hersoq Eksar Jan Fransua  -

 XVIII Lüdovikin saray əhlindəndir; 

qannqululuqdan ölmüşdür. 

Səh.  127: 

Tantal

  -  yunan  əsatirinə  görə,  Olimp  allahı  Zevs  ilə  Pluto-  nanın 

oğludur.  Allahların  sirrini  verdiyinə  görə  aclığa  və  susuzluğa  məhkum 

edilmişdir. Tantal iztirabları ən dəhşətli iztirablar deməkdir. 

Səh. 128: 

Şatobriarı

 (1768-1848) - fransız ədibi 

Səh. 132: 

Gerubino -

 dvoryan ailəsinə mənsub və kübar yanında xidmət edən 

gənc pajdır. Bomarşenin “Fiqaronun toyu” komediyasında daim qadınlara aşiq 

olan xidmətçi. 

Səh.  134: 

Alsest

  -  Molyerin  “Mizantrop”  komediyasmın  qəhrəmanı;  fikrini 

açıq söyləyən namuslu adam. 

Səh.  134: 

Cenni  Dins  -

  ingilis  yazıçısı  Valter  Skottun  “Edinburq  zindanı” 

adlı əsərinin fədakar qəhrəmanı 

Səh.  140: 

Lüksemburq  bağı

  -  Lüksemburq  sarayının  yanındakı  bağ.  Latın 

məhəlləsinin yaxınlığındadır; Parislilərin çox sevdiyi istirahət və gəzinti yeri. 

Səh.  141: 

Qordi  düyünü  -

  qədim  yunan  rəvayətinə  görə,  Frikiya  padşahı 

Qordinin  arabasına  xamut  elə  düyünlə  bağlanıbmış  ki,  bunu  heç  kəs  aça 

bilməzmiş.  Kahinlərin  verdiyi  xəbərə  görə,  bu  düyünü  açan  bütün  Asiyanın 

hakimi  olmalı  idi.  Böyük  Fateh  Makedoniyalı  İsgəndər  Qordinin  bu  düyününü 

qılıncı ilə doğrayır. 

Səh.  142: 

Küvye

  (1769-1832)  -  fransız  alimi,  müqayisəli  anatomiya  və 

paleontologiyanın  banilərindəndir.  Müqayisəli  anatomiya  və  paleontologiya  - 

qedim  geoloji  keçmişlərdə  yaşayan  heyvanları  və  bitkiləri  tədqiq  edən  elmlərə 

deyilir. 

Səh. 142: 

Fodor və Pelleqrini

 - Jozefina Menviyel Fodor - Parisdə qastrolda 

olan  italyan  müğənnisi.  Feliks  Pelleqrini  -  italyan  müğənnisidir.  Paris 

konservatoriyasının professoru olmuşdur. 

Səh. 143: 

Stats-dama

 - qadınlara məxsus yüksək saray rütbəsi 

Səh.  143: 

Sanqvinik  -

  temperamentli  adam;  canlı,  diribaş,  hər  şeydən  tez 

mütəəssir olan adam 

Səh. 144: 

Böyük Moğol -

 1526-cı ildən 1707-ci ile kimi Hindistanda mövcud 

olmuş Babur hökmdarlarına verilən titul 

Səh.  158: 

Mirabo

  (1749-1791)  -  Fransa  buıjua  inqilabı  dövrünün  siyasi 

xadimlerindendir.  Markiz  Mirabo  inqilab  günlərində  buıjuaziya  tərəfinə 

keçmişdi. 

Səh. 159: 

Labrüyer, Jand de

 (1645-1696) - fransız yazıçısı. “Xarakterlər” adlı 

eserində zəmanəsinin adətlərini satirik şəkildə tesvir etmişdi. 

657 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səh.  163: 



Veniamin 

-

  Türen,  Anri  de  (1611-1675)  -  görkəmli  fransız 

marşalıdır; “Xatirələr” adlı əsəri var. 

Səh.  165: 

“Xilas  edilən  Venesiya 

”  -

  ingilis  dramaturqu  Tomas  Otveyin 

(1651-1685)  dram əsəridir.. 1746-cı  ildə fransız  dilinə  tərcümə edilmiş  və  böyük 

müvəffəqiyyət qazanmışdır. Faciədəki personajlardan Pyerlə Jafyer dostdurlar. 

Səh.  166: 

B  ey  tül-müqəddəs  küçəsi  -

 

burada  Parisin  cinayət  polis  idarəsi 



yerləşirdi. 

Səh. 167: 

Dalay-lama 

-

 lama, yaxud Böyük lama - Tibet hökmdarı deməkdir. 

Balzakda bu söz məcazi mənada işlədilmişdir. 

Səh. 167: “

Bağdad xəlifəsi

 

” - o zamanlar məşhur olan kəmik bir operanın 



adıdır. 

Səh. 167: 

Deus ex machina

 

(latıncadan hərfən “mexaniki allah” deməkdir) - 



antik  teatr  istilahlarındandır.  Hadisələrin  gedişini  dəyişən  və  qəfil  gələn  bir 

allaha deyərdilər. Bu allahın rolunu oynayan aktyor xüsusi mexanizmin köməyi 

ilə səhnəyə çıxardı. 

Səh. 170: 

Kuanyar 

-

  özünü  qraf de  Sent-Elen  deyə  qələmə  verən qaçqın  bir 

katorqalıdır.  Restavrasiya  dövründə  Paris  jandarm  idarəsində  polkovnik 

rütbəsində çalışmışdı; eyni zamanda oğru dəstəsinin başçısı idi. 

Səh.  173: 

Arqus 

-

  antik  əsatirdə  çoxgözlü  qarovula  deyirlər.  Geniş  mənada 

sayıq adam deməkdir. 

Səh. 174: 

Klinyankur redutu 

-

 Parisdə qədim qala 

Səh.  178: 

“Riçard,  mənim  kralım”  -

 

fransız  bəstəkarı  Qretrinin  “Şirürəkli 



Riçard” adlı kəmik operasının ariyasındandır. 

Səh.  179: 

Herkules 

-

  qədim  yunan  əsatiri  qəhrəmanlarındandır,  xariqüladə 

bir qüvvəsi vardı. Nemeya şirini boğmuş, Lemey əjdahasını öldürmüşdü. Burada 

kinayə ilə işlədilmişdir. 

Səh. 179: 

Venera 

-

 qədim yunan əsatirində məhəbbət və gözəllik ilahəsi 

Səh. 180: 

Lafit, Jak -

 

XIX əsrin əvvəllərində Fransa bankının müdiri idi. Burada 



şərab adı kimi işlədilmişdir. 

Səh. 182: “

Atala

 

” - Şatobrianın əsəridir, 1802-ci ildə nəşr edilmişdir. Madam 



Voke dəbdə olan fransız yazıçıları ilə onun əsərlərini qarışdırır. 

Səh. 185: 

“Pavel və Virginiya ” 

-

 fransız yazıçısı Bemarden de Sen- Pyerin 

(1737-1814) sentimental romanı 

Səh. 188: 

Sorbonna 

-

 Paris şəhərində yerləşən universitet 

Səh.  188: 

Qrev  meydanı 

-

  Parisdə  bu  adla  məşhur  olan  meydanda,  adətən, 

məhbusları edam edərdilər. 

Səh.  198:  “

Sənin  nəzakətli  olduğun  zamanlar  ötüb-keçdi! 

”  -

  Votren  bu 

sözlərlə  onu  həbs  etməyə  gələn  polis  rəisinin  vaxtilə  cani,  qaçqın  və  katorqalı 

olduğuna işarə edir. Sonralar Votren polis idarəsində onun vəzifəsini tutmuşdu. 

658 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə