İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə229/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   223   224   225   226   227   228   229   230   231

Səh. 299: 

SalvatorRoza

 (1615-1673) - italiyalı rəssam; onun tabloları, əsasən, 

əzəmətli və kədərli döyüş səhnələrindən ibarətdir. 

Səh. 299: 

Şerokez

 - Şimali Amerikada məskunlaşmış hindu tayfalarından biri 

Səh.  300: 

Jan  Qujon

  (1515-1566,  yaxud  1567)  -  fransız  heykəltəraşı  və 

memarı 

Səh. 300: 

Nikola Pussen

 (1594—1665) - fransız rəssamı Səh. 300: 

Mikelancelo

 (1475-1564) - italiyalı heykəltəraş, rəssam, memar və şair 

Səh. 300: 

Klod Loren

 (1600-1682) - fransız rəssamı, mənzərəçi 

Səh. 300: 

Jerar Doun

 (1613-1675)- hollandiyalı rəssam 

Səh. 300: 

Rembrandt

 (1606-1689) - niderlandlı rəssam və oyma ustası 

Səh. 300: 

Velaskes

 (1599-1660) - ispaniyalı rəssam 

Səh. 300: 

Antonio Korej

 (1494—1534) - italiyalı rəssam 

Səh. 300: 

Korin -

 qədim yunan şairəsi (e.ə. V əsr) 

Səh. 301: 

Küvye  Jorj

 (1769-1832)  -  paleontologiya,  müqayisəli anatomiya  və 

heyvanların  təsnifatı  sahəsində  eserləri  ile  dünyada  məşhur  olan  fransız 

təbiətşünası;  müqayisəli  anatomiyanın  üsullarından  istifadə  edərək  qazıntı 

nəticəsində  əldə  edilən  heyvan  sümükləri  vasitəsilə  onların  bədən  quruluşunu 

müəyyən etmişdir. 

Səh.  301: 

Kadmus

  -  qədim  yunan  əsatirinə  görə,  Fiv  şəhərinin  əsasım 

qoymuş,  öldürdüyü  əjdahanın  dişlərini  torpağa  səpmişdir;  həmin  dişlərdən 

silahlı insanlar - fivlilərin əcdadları yaranmışlar. 

Səh.  302: 

Broken  —

  Cənubi  Almaniyada  dağ;  əfsanəyə  görə,  Brokenin 

zirvəsində  ifritələrin  eyş-işrət  məclisi  keçirilir.  Getenin  “Faust”  faciəsində 

Mefistofel Faustu Brokenə, həmin məclisə aparır. 

Səh. 307: 

Stilet

 - üçtərəfli tiyəsi olan kiçik xəncər Səh. 307: 

Santim, taren, 

heller, abolun, piastr, bilon -

 Avropa ölkələrində pul vahidləri 

Səh. 313: 

Svedenborq

 (1688—1778) - İsveç yazıçısı və filosofu Səh. 315: 

Sen-

Kanten mehmanxanası -

 Balzakın vaxtında hələ də mövcud olan bu 

mehmanxanada 1745-ci ildə, həqiqətən, J.J.Russo yaşamışdır. 

Səh.  315: 

Yelisey çölləri

  -  Parisdə  uzunluğu  Konkord  meydanından  Şarl  de 

Qoll meydanına qədər olan (1880 m) xiyabandır. 

Səh.  315: 

Buduar  -

  keçmişdə  Fransada  varlı  qadınlara  məxsus  otaq, 

qarderob və ya yataq otağı 

Səh.  315: 

Sent-Pelajı  və  la  Fors

  -  XIX  əsrin  birinci  yarısında  Parisdəki 

həbsxanalar  nəzərdə  tutulur;  borclarını  ödəyə  bilməyənləri  bu  həbsxanalara 

salırdılar. 

Səh. 315: 

İyul inqilabı —

 1830-cu il İyul inqilabı nəzərdə tutulur. 

Səh. 316: 

İn petto -

 xəyalən (istədiyin kimi) 

(ital.)

 

661 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səh.  316: 



Panürj 

-

  Fransua  Rablenin  “Qarqantua  və  Pantaqruel”  əsərində 

obraz; bu ad qayğısız, şən masqaraçı, zarafatcıl kimi qəbul edilmişdir. 

Səh. 317: 

More orientali

 

-şərqlisayaq 



(lat.)

 

Səh. 317: 

Mirabo, Taleyran, Pitt, Metternik 

-

 siyasi xadimlər

 

Səh. 317: 

Kirşvasser 

-

 Svartsvald gilasından hazırlanan içki növü 

Səh.  317: 

Amfitrion

 

(e.ə.  251-184)  -  Qədim  Roma  dramaturqu  Plavtın 



“Amfitrion”  əsərindən  iqtibas;  Molyerin  eyniadlı  komediyasının  iştirakçısı; 

“Amfitrion” sözü həm də məcazi mənada “qonaqpərvər ev sahibi” deməkdir. 

Səh. 317: 

Lukull

 

(e.ə. I əsr) - Qədim Roma siyasətçisi və sərkərdəsi, zəngin və 



təmtəraqlı ziyafətləri ilə məşhur olmuşdur (“Lukull ziyafəti” ifadəsi onun adı ilə 

bağlıdır). 

Səh. 318: 

“Qırmızı korsar” 

-

 Amerika yazıçısı Fenimor Kuperin (1789-1851) 

romantik macəralarla dolu romanı 

Səh.  318: 

Şartrölər 

-

  Müqəddəs  Bruno  ordeninin  rahibləri;  ordenin 

qanununa görə, rahiblər bir-birindən ayn hücrələrdə yaşamalı idilər. 

Səh.  318: 

Botanika  körfəzi 

-

  Avstraliya  körfəzinə  işarədir.  1787-ci  ildə 

ingilislər burada sürgündə olanlar üçün yaşayış məskəninin binasını qoymuşlar. 

Səh.  319: 

De  Viris  illustribus 

-

  görkəmli  insanların  həyatından  bəhs  edən 

Roma ədəbi mətnləri 

Səh. 319: 

J.J. küçəsi 

-

 Jan Jak Russo küçəsi nəzərdə tutulur. 

Səh.  319: 

Metr  Alkofribas 

-

  Fransua  Rablenin  (1494-1553)  ləqəbi;  1534-cü 

ildə Alkofribas Nasier (“François Rablais” sözlərindən düzəldilmiş anaqramdır) 

adı ilə “Qarqantua və Pantaqruel” romanının ikinci cildi çapdan çıxmışdır. 

Səh. 320: 

Si bemol ladında 

-

 yəni səsinin tonunu alçaldaraq 

Səh. 320: 

Kavatin 

-

 lirik ariya 

Səh.  321: 

“Birləşmə  və  unutma” 

-

  XVIII  Lüdovik  hakimiyyətinin  (1814-

1824)  ilk  illərində  “Konstitusiya  hüququ”nda  bütün  fransızların  birləşməsini, 

keçmiş ziddiyyətlərin, ixtilafların aradan qaldırılmasını vəd etmişdi. Lakin kral 

verdiyi vədi yerinə yetirmədi və əleyhdarlarını amansızcasına təqib etdi. 

Səh. 322: 

Məhəmməd 

-

 Məhəmməd peyğəmbər nəzərdə tutulur. 

Səh.  322: 

Kambaseres

 

-  Briya-Savaren  Kambasares  -  Birinci  İmperiya  və 



1830-cu  il  inqilabı  zamanı  siyasi  xadim;  vətəndaş  məcəlləsinin  müəlliflərindən 

biri; ləziz yeməkləri həddən artıq sevməsi ilə məşhur olub. 

Səh.  323: 

Kreşşendo 

-

  italyanca  musiqi  terminidir,  səsin  get-gedə  artması, 

güclənməsi deməkdir. 

Səh. 324: 

Non cecidit animus 

-

 ruh zəifləmişdir 

(lat.)

 

Səh. 324: 

Valens Flaviy

 

(328-378) - IV əsrdə yaşamış Roma imperatoru 

662 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə